Dərdi-eşqim dəfinə zəhmət çəkər daim təbib
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Dərdi-eşqim dəfinə zəhmət çəkər daim təbib,
Şükr kim, olmuş ona zəhmət, mənə rahət nəsib,
Bir zəbandır şərhi-qəm təqririnə hər bərgi-gül,
Eyləməz bihudə gül gördükdə əfğan əndəlib.
Bilsə zövqüm vəsldən firqətdə əfzun olduğun,
Vəsldən mənim rəva görməzdi rəşkindən rəqib.
Təni-qəflətdir pəritələtlərə izhari-hal,
Sanma kim, əhbab halından olur qafil həbib.
Ah, bilmən neyləyim qurtulmaq olmaz qeyddən,
Mən hərifi-sadədil, xuban cəmali dilfirib.
Şəm qürbilə təfaxur qılma, ey pərvanə, kim,
Xirməni-ömrün göyər bərqi-fənadən ənqərib.
Nola ağlarsa Füzuli rövzeyi-kuyin anıb,
Lacərəm giryan olur qılğac vətən yadın qərib.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-derdi-esqim-define-zehmet-ceker-daim-tebib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqınmaz tiri-ahimdən ki, qarşımda süpər tutmaz.
Ey sayə, mən tək gəzmədin səhraları avarə sənYox taqətin tənhalığa, möhtacsan bir yarə sən.
Zülmət gecədə bizlərə rəhm eyləmədin, yarMəhşər gününə etməmisən sən məgər iqrar?
Hər gecə-gündüz könüldə, aylar, illər dildəsənSən mənim qəlbimdəsən, olsan əgər qafil də sən.