Möhnəti-eşq, ey dil, asandır deyib, çox urma laf
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Möhnəti-eşq, ey dil, asandır deyib, çox urma laf,
Eşq bir yükdür ki, xəm olmuş onun altında qaf.
Olma xali dürdkəşlər söhbətindən, ey könül,
Gər dilərsən edəsən ayineyi-idrakı saf.
Sübhdəm zülfün dağıt, ya şam ərzi-ariz et,
Qoyma sübhü şam arasında təriqi-ixtilaf.
Rəşki-rüxsarın dili-xurşidə salmış iztirab,
Qeyrəti-qəddin mizaci-şəmə vermiş inhiraf.
Xaki-kuyin Kəbəyə nisbət qılan bilməzmi kim,
Bunda hərdəm, onda bir növbət olur vacib təvaf.
Vəhmim ondadır ki, mümkün olmaya qəmdən nəcat,
Fərric-il lahümmə həmmi, nəccini mimma məxaf.
Ey Füzuli, zahid ər dəvayi-əql eylər, nə syd,
Nəfi-zövqi-eşqdir cəhlinə eyni-etiraf.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-mohneti-esq-ey-dil-asandir-deyib-cox-urma-laf
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yüz tikan gördü yanında, canı aram olmadı.
Məh cəmalində niqabi olmasa gər, qəm deyilŞöləyi-rüxsari çünki örtüyündən kəm deyil.
Xətin ki, gül üzünü mişk ilə niqabə salarBütün gözəlləri bir dəmdə inqilabə salar.
Xalın qəmi gedərmi könüldən füsun iləGözdən bu qarə getmədi seylabi-xun ilə.