Mülki-hüsnün böylə zalim padişahi olmağıl
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Mülki-hüsnün böylə zalim padişahi olmağıl,
Kim sənə zalim desə, adil güvahi olmağıl.
Qəmzə tiğin çəkmə hər saət könül yəğmasinə,
Hökmə tabe mülkə qarətgər sipahi olmağıl.
Ahını, ey mah, üşşaqin yetirmə göylərə,
Dərd əhlinin nişani-tiri-ahi olmağıl.
Gər dilərsən şəm tək qeyrət oduna yanmayım,
Şamlər əğyar şəmi-bəzmgahi olmağıl.
Adət etmək xoş degil, bidadə rəhm et tanrıçün,
Gahi olsan maili-bidad, gahi olmağıl.
Aşiqi rüsva görüb, mən etmə, ey naseh, məni,
Münkiri-asari-təqdiri-ilahi olmağıl.
Ey Füzuli, eyləmə taət riyayi, tərkin et,
Tövbə qıl minbəd, məşğuli-mənahi olmağıl.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-mulki-husnun-boyle-zalim-padisahi-olmagil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Ağlamağı bacarırsan bilirəm,Gözlərinin yaşını bir silsənə.
Səttar möcüzəsiŞəninə hər yerdə tərif, söz olub,Rəqibin az olub desəm düz olmaz.
Dilbəra, eşqin sənin cismimdə canım canıdırDilbəra, eşqin sənin cismimdə canım canıdır,Vəsli rüxsarin xəyali könlümün mehmanıdır.
یا ملک المغرب و المشرقمثلک فی العالم لم یخلق