ای شمع که شد سوخته عشق تو جانم
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
ای شمع که شد سوخته عشق تو جانمروشن شده باشد بتو هم سوز نهانم
Ey şəm, yanıbdır sənin eşqində rəvanım,Aydın ola, kaş sənlə də bu suzi-nihanım.
مشهور جهان چون نشود حسن تو از منعمریست من از عشق تو رسوای جهانم
Hüsnün belə məşhuri-cahan məndən olubdur,Rüsva olub eşqində cahan içrə bu canım.
بر بند زبانم بتکلف که نیفتدسر غم عشقت بزبانها ز زبانم
Bağla dilimi, qoyma gələ nitqə ki, salsınDildən-dilə sirri-qəmi-eşqin bu zəbanım.
مانند بنایی که دهد عکس بآوازآمد بفغان گنبد گردون ز فغانم
Hər bir səsə gur əks-sədalar verən ev tək,Əfğanə salıb günbədi-gərduni-fəğanım.
کی در تو رسد آه من خم شده قامتتیرم نرود دور چو بستست کمانم
Ahım sənə yetməz, gözəlim, qəddim əyilmiş,Getməz uzağa ox, dəxi süst oldu kamanım.
کارم بخدا ماند چه سازم چه کنم آهبسیار سراسیمه سودای بتانم
Qalmışdır işim Allaha, bəs mən nə edim, ah!Məşuqələrin eşqi alıb əldən imanım.
Məqtə — şairin təxəllüsü olan son beyt. از اشک روان چون نکنم گریه فضولیبرداشت ز خاک ره او اشک روانم
Məqtə — şairin təxəllüsü olan son beyt. Bəs mən necə də ağlamayım indi, Füzuli,Qaldırdı yolundan məni öz əşki-rəvanım.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-325
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin,Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Yavaş-yavaşMinib eşqin səməndini çaparam yavaş-yavaş,Sınıq könlüm yüz tədbirnən yaparam yavaş-yavaş.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,