از شرم رخت منزل یوسف شده چاهیدر روی زمین نیست برخسار تو ماهی

Yusif hüsnündən utandı, mənzili çah oldu, çah,Hüsndə yoxdur tayın aləmdə, ey rüxsarı mah!

من مایل آنم که کنی میل من امامشکل که کند میل گدایی چو تو شاهی

Mailəm səndən mənə bir meyl ola, lakin görən,Mən gədayə meyl edərmi sən kimi bir padşah?

از چشم فتادم بتو هر گاه که گفتمدارم طمع گوشه چشمی ز تو گاهی

Düşdüm ol ləhzə gözündən hər zaman kim, söylədim:Guşeyi-çeşminlə də olsa, mənə bax gah-gah!

ای جان حزینم بنگاهی ز تو خرسندآزرده چرا می شوی از من بنگاهی

Bir baxışla qəmli könlüm böylə səndən şad ikən,Incimə məndən, sənə etsəm əgər bir dəm nigah.

در دست تو گر ریخته شد خون دل ماما دل بتو دادیم ترا نیست گناهی

Gər əlinlə qəlbimin qanı tökülsə, qəm deyil,Mən sənə verdim o qəlbi, görmürəm səndə günah.

روی از سر کوی تو همان به که نتابیمغیر از سر کوی تو مرا نیست پناهی

Üz çevirmək xaki-kuyindən bizə mümkün deyil,Yox mənə bu asitandan başqa bir yerdə pənah.

Məqtə — şairin təxəllüsü olan son beyt. خواهی که شود چشم و دلت پاک فضولیبی سیل سرشکی مشو آتش آهی

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, istəyirsən pak ola qəlbin, gözün,Sel kimi göz yaşı tök kuyində yarın hər sabah!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri