Zövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Zövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkər,Əhli-zövq oldur kim, ondan daməni-himmət çəkər.
Gün çəkər yerdən gögə hər dəm qübari-rahini,Tutiya içün, bəli, yerdən gögə minnət çəkər.
Ey çəkən qeyr ilə pünhan bəzm edib mey gah-gah,Yad qıl ondan ki, bəzmin yad edib həsrət çəkər.
Xali etmiş qeyrdən zülfün xəyali könlümü,Nola sahibkəşf ilə bir ömrdür xəlvət çəkər.
Çək, səbuhi, sübh nəqqaşinə ərzi-ariz et,Böylə çəksin, kim fələk lövhinə bir surət çəkər.
Sərvqamətlər səmənrüxsarlər toprağıdır,Hər səmən kim, açılır, hər sərv kim, qamət çəkər.
Qətreyi-əşkim qətarı, sinə çakindən girib,Tən evinə dışradan bari-qəmü möhnət çəkər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, baxmayam ta qeyrə, hər xunin müjəAtəşin bir mildir kim, çeşmimə qeyrət çəkər.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-zovq-sovqile-cehan-qeydin-ceken-zehmet-ceker
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu bəhri-niylgun min mövc hər saat əyan eylər,Ülül-əbsarə bir-bir kəşfi-əsrari-nəhan eylər.
Yenə açıldı gülü qıldı cəhani xürrəmYenə açıldı gülü qıldı cəhani xürrəm,Çəmənarayi-vücud oldu güli-baği-ədəm.
Bihəmdillah vəl-minnə ki, tövfiqati-rəbbaniBihəmdillah vəl-minnə ki, tövfiqati-rəbbaniYetirdi mənzili-məqsudə İbrahim sultani.
Yenə dəşt sərsəbzdir, fəsl xürrəmYenə dəşt sərsəbzdir, fəsl xürrəm,Cahan bitəkəllüf, təkəllüfdə aləm.
Başqa şairlərin şeirləri
Təbib gəldi məni gördü ağladı,İndi bildim yaman dərdim var mənəm,
GədaEşidəndə bəd xəbəri, sanki dondu bədənim,Nəcəf kimi bir oğulu etdiniz candan, gəda!
Əgər dünya budur, bixanü biman olmamız yegdürƏgər dünya budur, bixanü biman olmamız yegdür,Buraqıb işrət əsbabını üryan olmamız yegdür.
QuşlarQuşlar, quşlar, a quşlar!Qaranquşlar, a quşlar!