Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!Mən kiməm, aləmdə bir kəmtər qulamın, ya Əli!
Şükr ola Allahə kim sayə salıbdır başimə,Dövləti-iqbal ilə lütfi-müdamın, ya Əli!
Müshəfi-həqdə olan hər hikmətin mənasıdır,Hikmətin kani olan hər bir kəlamın, ya Əli!
Kim nəcat istər Qiyamətdə, gərəkdir saxlaya,Taəti-həqq tək həmişə ehtiramın, ya Əli!
Cümlə insanlar, mələklər Kəbə tək məbəd sanar,Hər yerin kim orda olmuşdur məqamın, ya Əli!
Hər kəs istərsə, cahanda çərxidən alsın murad,Kama çatmaz olmasa, lütfi-tamamın, ya Əli!
Məqtə — şairin təxəllüsü olan son beyt. Lütfi-süfrəndən sənin hər ləhzədə min feyz alır,Bu Füzuli vird edər həmdi-salamın, ya Əli!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ezber-olmusdur-dilimde-sanli-namin-ya-eli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Odur piyaleyi-kafur, şərbəti-kövsər.
Həzar şükr ki, yar oldu ruzigarə qəzaKi, qalmamış onun islahə ehtiyaci daha.
Edəndə çəng kimi pərdələrdə razi nihanFəğan ki, nalələrim etdi gizli sirri əyan.
Mənim könlüm sədəfdir, sözlərimdir dürri-qəltani.Dənizdir elmim, Allah feyzidir neysan barani.
Başqa şairlərin şeirləri
Səni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz