بسان چنگ بصد پرده می نهفتم راز
Qəsidə nədir?
Qəsidə: təntənəli, uzun lirik şeir; mədh və ya öyüd üçün yazılır.
بسان چنگ بصد پرده می نهفتم رازفغان که ناله بی اختیار شد غماز
مرا چو نی غم غربت به ناله می آردکجاست همدم و غمخواری غریب نواز
مراست سینه چو قاپر از هوای بتاندلی نهفته ز بیداد مردم ناساز
سزد که گر بنوازش کنند پرسش حالبه شرح راز برآید زهر رکم آواز
بیاد بزم بتان در مقام بی صبریمراست دیده ز گرداب اشک دایره ساز
ز بهر آنکه جهانرا کند سیه بر منسواد چشم مرا در این سوز گریه گداز
بلا و درد گرفتند در میانه مرانهاد حادثه بر رشته حیاتم کاز
بدان رسید که از های هوی گریه منز آشیانه تن مرغ جان کند پرواز
بکو شمال جفای فلک چو عود خوشمبدان امید که شاید مرا نوازد باز
نیازمندم و هرگز نمیخورم غم آنکه در رعایت من روزگار دارد ناز
نیازمندی من مایه نشاط منستچو هست آصف دوران محب اهل نیاز
خجسته رای عزیزی که در طریق ادبازوست وضع بنای مراسم اعزاز
بیان طاعت او شرط در نوال نعمنوال نعمت او حکم بر ازاله آز
قضای حاجت او ختم چون ادای دیونادای حذمت او فرض چون ادای نماز
ثنای رفعت او از حد قیاس افزونلباس نعمت او بر قد زمانه دراز
مه سپهر لطافت جناب جعفر بیککه کرده بر همه لطفش در ترحم باز
چنان گرفته بآوازه آفرینش راکه در دهور نه انجام مانده نه آغاز
چنان شکسته عقاب عقاب را پر وبالکه جلوه گاه کبوتر شده نشیمن باز
ز سعی خامه او گشته کار عالم راستز نقش نامه او دیده لوح ملک طراز
ز پرتو نظرش ملک غیرت جنتز فیض درگه قدرش عراق رشک طراز
کشیده پنجه انصاف دوست معدلتشفراز را به نشیب و نشیب را به فراز
اگر مهابت او الفت عناصر رابرد علاقه مزاج از عمل بماند باز
و گر اراده او را رضا بود بخلیلفساد کون طبایع کند قبول جواز
زهی همیشه در احیای ملک چون عیسیزده صریر نی خامه ات دم از اعجاز
عدالت تو جهان پرورست ملک پناهسیاست تو عدوافکنست خصم انداز
حصار عدل تو دارد اساس حرص بقاکشیده جاه ترا در احاطه احراز
ثنای قدر تو کار حشمت محمودصفای طبع تو آیینه دار حلم ایاز
تویی که نیست نظیر تو در خردمندیتراست ملک خرد بی شریک و بی انباز
چو راست بازی کلک تو دید در عالمبساط حیله فرو چید چرخ شعبده باز
سپهر خوانمت اما ز استعاره بریفرشته گویمت اما بشرط نفی مجاز
شها فضولی زارم که در طریق وفاز سایر فقرای در توام ممتاز
نمی برم ز تو عقد علاقه تا هستمکجا روم تو سخن فهم و من سخن پرداز
امید هست که تا آفتاب بر عالممثال روز پی دفع شب کند آراز
دبیر حکم قضا ملک اعتبار تراکند ز جمع ولایات منقلب افراز
Edəndə çəng kimi pərdələrdə razi nihan,
Fəğan ki, nalələrim etdi gizli sirri əyan.
Bu qürbət eldə məni inlədir qəmim ney tək,
Görünməyir mənə həmdəm, bu yerdə dərdə qalan.
Dolub gözəllər həvasilə sinə qanun tək,
Sədamı mən boğuram ta ki, duymasın düşman.
Nolar ki, lütf edərək bir soraydılar halım,
Cəvabə hər damarımdan qopardı bir əfqan.
Gözəllərin salaraq zövqi-bəzmini yadə,
Gözüm dəfində salar qanlı göz yaşım tufan.
Cahanı etmək üçün gözlərimdə bir zülmət,
Bəbəklərim qaralıb göz yaşımdan etdi duman.
Bəlavü dərd məni tutdu hər tərəfdən, ah,
Bıçaq qoyub da kəsir ruzigar rişteyi-can.
Nəhayət iş o yerə çatdı ki, fəğanimdən
Gəlib də canə uçub getdi can quşum yuvadan.
Fələk qulağımı bir ud tək burur, dözürəm
Ki, bəlkə rəhmə gəlib sonra oxşaya bir an.
Ona ümid yoxumdur ki, dövri-çərxi-fələk
Bu xəstə könlümə bir gün edər dəva, dərman.
Bu dərdü qəm özü xoşdur mənə cahan içrə,
Onun kimi yaşayırkən bir Asəfi-dövran,
Əzizü möhtərəmü lütfü mərhəmət kani,
Onunla qiymət alır dəhrdə ədəb, ərkan.
Ona itaət edənlər çatar hər istəyinə,
Bu hikmətiylə onun tez çıxar təmə’ aradan.
Onun hər istəyi bir borc kimi ödənməlidir,
Ona ürəklə gərək xidmət eyləsin insan.
Nə həddi vardır edə lütfünü qələm təhrif,
Onun kimi bir adam görməyibdi çeşmi-zaman.
Məhi-süpehri-lətafət cənab Cəfər bəy,
Onun kəraməti açmış hamıya babi-əman.
Tutub cahanı sərasər onun bu dəbdəbəsi,
Zəmanənin özü qalmış cəlalinə heyran.
Qırıldı qol-qanadı cümlə zülm qartalının,
Qızıl quş ilə göyərçinlər eylədi cövlan.
Nizamə saldı cahanı onun qəvi qələmi,
Savadi-naməsi etdi bu mülkü abadan.
Onun nəzərləri etdi bu torpağı cənnət,
Onunla oldu Hicazdan Iraq daha abadan.
Onun ki, pənceyi-insafi və ədalət əli
Ucaltdı məzlumu aləmdə, tutdu zalimə divan.
Onun məhabəti dörd ünsürə düşərsə, yəqin
Əlaqələr pozulub məhv olar nizami-cahan.
Fəsadü fitnəyə gər salsa bir nəzər, dərhal
Fəsadü fitnə təbəddül edib çıxar aradan.
Bu mülkə vermək üçün bir həyat Isa tək,
Sehirli xaməsi min mö’cüz eyləyər hər an.
Ədalətinlə bu dünya tapar nizam sənin,
Siyasətinlə olar bağrı düşmənin al qan.
Həsardır sənin ədlin mətinü müstəhkəm,
Sənin cəlalına yoxdur zəval ilə nöqsan.
Sənin məqamını tə’rif edər bu gün Məhmud,
Tutar da güzgü sənin hilminə Əyazi-zaman.
Sənin şüuruna yoxdur nəzir dünyadə,
Ağıl cəhanı sənindir şəriksiz, əl’an.
Görüb sənin qələmin düz yazır, bu çərxi-fələk
Buraxdı hiyləsini, oldu düz yol ilə rəvan.
Sənə fələk deyirəm, bu sözüm həqiqətdir,
Sənə mələk deyirəm, bu sözüm deyil də yalan.
Şəhim, Füzuliyi-zarəm, vəfaliyəm sənə mən,
Mənimlə tay ola bilməz qapında hər üryan.
Nə qədr var bu tənim, atmaram sənin qapını
Ki, mən söz ustasıyam, sən isə sözü tanıyan.
Ümidimiz onadır, afitabi-aləmtab,
Qovub qaranlığı, etdikcə nurini rəxşan,
Qəza dəbiri sənin hökmünü rəvan yazsın,
Bütün cahanı edə fəth verdiyin fərman.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qeside-28
← → düymələri ilə keçid, R — təsadüfi şeir