Zəmanət
Cavan şair, sənə mən,Tərəddüdsüz ürəkdənZəmanət verirəm ki, ömrünün kitabını –Oxutdura biləsən ellərə varaq-varaq.Zəmanət verirəm ki, eşqinin rübabınıDinləsin yaxın-uzaq.Şeir bağçan görməsin qansız xəzan yelləri,Zəmanət verirəm ki, ürəyinin telləriAtana bağlı olsun, babana bağlı olsun,Elinə bağlı olsun, obana bağlı olsun.Məhəbbətsiz keçməsin, gəncliyin – bahar çağın,Beyninə yad fikirlər düşməsin bir an yaxın.Addımla, yol açıqdır, üzün günəşə doğruGözün günəşə doğru.Dənizlərə baş vurub dalğaları yaranda,Təzəlik axtaranda,Ey gələcək vurğunuUnutma gəl sən bunu –Nə vətənin köhnədir, nə də anan köhnədir,O da, bu da səninçün əvəzsiz xəzinədir.Sən təzəlik naminə yad ocağa vurma baş,Nizamiyə atma daş.Şairlər məclisində toy sənin şair səsinFüzulini ağladıb, Vaqifi öldürməsin.Göylərə uçsan belə,Günəşi qucsan belə,
Ayağın bu müqəddəs torpaqdan ayrılmasın,Əlin Xəzər dalğalı bayraqdan ayrılmasın.Qoy zəhmət ocaqları olsun hər zaman yerin,Odlu qəlbində doğan alovlu sətirlərin,Qara ürəklilərçün qara gülləyə dönsün.Gözəl diləklilərçün qızılgüllərə dönsün.Qısılma mənzilində bir divarın küncünə,Şərik ol dünyamızın dərdinə, sevincinə.Qoy ananın südüylə yoğrulsun şeirlərin,Müəllimin bu eldir, məktəbin bu həyatdır,İkisi də uçuşda sənə iki qanaddır.
Sənin zəmanətinə imzasını atanın, –İllərlə yazıb pozan bu ağ saçlı atanınNələr görməyib gözü, nələr çəkməyib başı,Sinə gərib həmişə bəlaya dərdə qarşı.İndi növbə sənindir,Bəli, şairlik kimi böyük rütbə sənindir.Sənə məhəbbətlə mən zəmanət verirəm ki,Zəmanətdə bir eybi gözün görməsin iki.Həqiqətin gözü ol,Millətinin gözü ol.Doğrult məhəbbətimi,Doğrult zəmanətimi!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-zemanet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aşiq olanın bağrı dönər qanə, deyirlər,Atəşdə yanan aşiqə pərvanə deyirlər.
Səni istərKönlüm yenə min şövq ilə, canan, səni istər,And olsun əziz canına ki, can səni istər.
Son məktubYenə canlandı əski xatirələr,Yenə gördüm önümdə sevgilimi.
Yadıma düşdüXatirat dəftərim durur qarşımda,Dolaşır bir ölməz sevda başımda.
Başqa şairlərin şeirləri · Fələk və tale
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?
Nişanlı qızZülmət gecədə nişanlı bir qızBir hüzn, kədər içində yalqız,
گردون نرهد ز تندرفتاریگیتی ننهد ز سر سیهکاری
Mən gəzirəm bu yaşımdaMən gəzirəm bu yaşımda,Bu dünyanın qarasında.