Zəhi, zatın nihanü ol nihandan masiva peyda,Bihari-sün’ünə əmvac peyda, qə’r napeyda.

Büləndü pəsti-aləm şahidi-feyzi-vücudundur,Degil bihudə olmaq yox ikən ərzü səma peyda.

Kəmali-qüdrətin izhari-hikmət qılmağa etmişQübari-tirədən ayineyi-gitinüma peyda.

Dəmadəm əks alır mir’ati-aləm qəhrü lütfündən,Onunçün gəh küdurət zahir eylər, gəh səfa peyda.

Gəhi toprağə eylər hikmətin min məhliqa pünhan,Gəhi sün’ün qılır topraqdən min məhliqa peyda.

Cahan əhlinə ta əsrari-elmin qalmaya məxfi,Qılıbdır hikmətin küffar içində ənbiya peyda.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nişani-şəfqətindir kim, olur izhari-həmdinçün,Füzuli tirə təb’indən kəlami-canfəza peyda!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət