Ayrı söhbət
Məşədi Dadaş. Kəblə Qasım nə belə dərin fikrə cumubsan?
Kəblə Qasım. Ay Məşədi, ovqatım nəhayətdə çox təlxdir.
Məşədi Dadaş. Niyə bala, sənə nə olub ki, səhərdən sımsırığını sallamısan?
Kəblə Qasım. Daha nə olacaq. Bundan sonra evimiz yıxılıb, qapımız bağlı qalacaq; balalarımız da çöllərdə səfil-sərgərdan dolanacaqlar. Ax, ax, Allah baisin evini yıxıb, balalarını mənim balalarım kimi çöllərdə qoysun.
Məşədi Dadaş. Kişi, nə çox ahu-zar eləyirsən? Nə olub sənə məgər? Olmaya şəhər dumasının yaman günlərinə və camaatın sahibsizliyinə belə ağlayırsan? Yoxsa şəhərimizdə təzə açılan bankın üzvləri sənə də kredit (etibar) açmaq üçün kəlləqənd təmənnasında olublar? Olmaya haman ağalar oranı da şəhər idarəsinin, kökünə salmaq istəyirlər ki, guya... gərək onlara baş əyilsin? Ay kişi! Niyə dinmirsən? Görünür ki, dərdin lap yekədir? (Kəblə Qasım ağlayır.) A kişi, bir deginən görüm axır sənə nə olub? Olmaya keçən gün “Məktəbi-xeyriyyə”də imtahan üstündə bir-birilə boğuşan müəllimlərin, “müdir”lərin halı səni ağladır?
Kəblə Qasım. Ay başına dönüm, Məşədi Dadaş, iş elə budur da! Belə bu gün oğlum məktəbdən gəlib, çəkməsini atdı taxçaya, sonra da başladı özünü yerdən yerə sürtməyə. Mən və uşağın anası uşağı güc ilə ovudandan sonra soruşduq ki, balam nə olub? Dedi ki, ata, bu gün uçitellərimizin ikisi də, məktəbin qeyrətli komisiyonlarına ültimatom veriblər ki, ya gərək onlardan birisi məktəbə müdir olsun, ya da ki, üç günə kimi məktəbi bağladacaqlar. İndi mən də bundan ötəri ağlayıram ki, balalarımız çöldə qalacaqlar. Daha müəllim tapılmayacaq, uşaqlarımız da quli-biyabani olacaqlar.
Məşədi Dadaş. Kişi, elə bu?
Kəblə Qasım. Bəs bu azdı?
Məşədi Dadaş (bir az fikirdən sonra). Doğrudan da. Filankəs ilə mən də fikirləşirəm ki, bu çox böyük bədbəxtlikdir; Allah axırın xeyir eləsin!
İkisi. Amin!
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ayri-sohbet-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Vaqe olur Keykavusun bargahında; təxtə əyləşmiş, vəzirlər yanında, musiqi çalınıb bazəndələr oynayırlar. Bir qədərdən sonra xor daxil olub təzim edir.)*Keykavus**
Dördüncü məclis(Vaqe olur dava meydanında. Söhrab Hüceyri çəkib gətirir.)*Söhrab**
Pristav ağaM... kəndində bir qəribə halətdir. Əhali bir-bir komalarından dışarı çıxıb, guya xof və vahimədən nəşət edən bir iztirab ilə o tərəfə bu tərəfə baxaraq, kəndin gen bir küçəsinə doğru gedirlər və burada toplaşıb dururlar. “Allah özü sovuşdursun” – deyirlər. Hər kəsin üzündə bir nişanəyi-xof, hərəkətində bir cürətsizlik, danışığında bir ehtiyat müşahidə olunur. Bunlar insanı bilaixtiyar titrəməyə məcbur edəcək mərtəbədə müdhiş bir hadisə vüquinə və yaxud mütəqəddim bir şəxsin vürudinə müntəzir idilər. Vaqiən belə idi: M... kəndinin əhalisi (Allah göstərməsin) pristav ağanın təşrifini gözləyirdilər. Dünən İran sərbazına müşabəhəti olan bir strajnik “bəy” kəndə gəlib, qabağına çıxan ağsaqqalları xubunca döyüb-söyəndən sonra, “sabah pristav ağa gələcək” dedi və gecə, döydüyü ağsaqqalların birinin evində qalıb, səhər atına minib, geri qayıtdı.Şayani-diqqət burasıdır ki, strajnik bəyin kəndə gələndə cibində beş-altı qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı qəpik bir gecənin içində beş-altı manata “istihalə” etmişdi. Bu “möcüzənin” sirri ev sahibi ilə cib sahibinə məlum idi.
Bir firəng ilə söhbətimGünlərin bir günü, yəni bir neçə zaman bundan irəli nə tövr oldusa bir firəng ilə tanış oldum. Firəng məni, mən firəngi söhbətə tutduq, bir xeyli danışdıq, elədik; axırda firəng məndən soruşdu ki, bir de görüm bu Qafqazda nə qədər müsəlman vardır? Dedim, altı dəfə doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz və bir də altı müsəlman! Dedi, bu zəhməti çəkmə, altı milyon desə idin ağzın yorulmazdı. Dedim, mən müsəlmanam, doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mənə artıq təsiri olur, nəinki bir milyonun. Firəng bu sözə razı oldu və sonra yenə soruşdu ki, bu altı milyon müsəlmanın içində neçə qəzetə verilir. Dedim Allahdan gizli deyil, səndən nə gizli olacaqdır: bu altı milyon müsəlmanın içində bircə dənə qəzetə verilir; bunu dediyimi gördüm, firəng yerindən elə sıçradı ki, guya, kişini ilan dişlədi! Və üzündə elə bir heyrət və təəccüb əlaməti göstərdi ki, mənim özüm də quruyub mat qaldım və ürəyimdən keçirtdim ki, yazıq altı milyon müsəlman bir gör sənin içində bircə dənə qəzetə verilməsi yad firəngə nə pis təsir elədi və halonki, sənə qalsa istərsən ki, heç qəzet yerli-dibli olmasın! Amma sonra bildim ki, firəngi təəccübə gətirən altı milyon müsəlmanın içində bir qəzetə olması deyilmiş, çünki o məndən soruşdu ki, “Müsyo, indiyədək, nə təvarixdə, nə də heç bir abrazavannı yerdə görülməyibdir ki, bir dənə qəzetənin altı milyon müştərisi olsun!!! “Neujeli” sizin bir danə qəzetənizin altı milyon müştərisi var?! Firəng bu sualı mənə verdikdə, məndən bir qəhqəhə çıxdı ki, firəng elə bildi dəli olmuşam... dedi, nəyə gülürsünüz? Dedim: heç, onu deyirəm ki, qəzetəmizin altı milyon müştərisi yoxdur, bir qədər azdır.Dedi: Beş milyon?
Başqa şairlərin şeirləri · Satira
Diriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,Cahanda xatiri qəmgin, dili pürdəd mən qaldım.
Arif odur ki...Arif odur ki, gözləməyə ehtiramını,Rüsvayi-aləm eyləyə öz nəngü namını.
A mollaÇıxdı ramazan, çıxdı sənin canın, a molla,Başlandı sənin şami-qəribanın, a molla.
“Səni mən sevməyirəm, sevməyirəm...”Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.