İran və “Novoye vremya”
Rus malının İranda baykot olunması təəssüf ediləcək hadisələrdən biridir. Hər halda bu işdə müqəssir iranlılar deyildirlər... Biz burada hökumətimizin politikasını təftiş və tənqid etmək niyyətində deyilik, çünki bu politikanın bugünkü nəticəsi haman politikanın yaxşı-yamanını gözəlcə bildirməkdədir.
Ancaq nə üçün İranda rus malı baykot olunur da, ingilis malı olmayır. Halbuki İngilis hökuməti dəxi rus hökuməti ilə müvafiq bir surətdə iş görməkdədirlər.
Bu suala cavab odur ki, durbin olan İngilis hökuməti bu yolda öylə bir politika intixab etdi ki, İran milləti tərəfdarı kimi göründü. Rus hökuməti isə şah tərəfdarı çıxdı. Hər iki hökumətin İranda gördükləri işlər bizim hamımıza məlumdur. İndi götürək hər iki hökumətin nimrəsmi mətbuatını və görək İran işlərinə dair bu qəzetələr hansı məsləkə xidmət edirlər. İran məşrutəçilərinin birinci müzəffəriyyəti və müzəffəriyyət bədində kəmali-nizam və qayda bərpa olunduğu xəbərini aləmə bildirən əvvəlcə ingilis mətbuatı oldu.
Eyni zamanda da “Novoye vremya” qəzetəsinin müxbiri Tehrandan belə bir teleqraf çəkmiş:
“Bəxtiyarilər və fədailərin dəstələri kəmali-xəyanət ilə Tehrana soxuldular və məclisi tutdular.
Bunların başçısı olan süpehdar özünü şah elan etdi, küçələrdə və meydançalarda şiddətli atışma davam etməkdədir, hər iki tərəfdən yaralananlar və ölənlər vardır.
Lyaxov və rus ofiserləri kəmali-mərdanəliklə kazax briqadasını müdafiə edirlər. Kapitan Perebinosov Soltanabadda şahı müdafiə edir. Qəzvində qalmış olan rus qoşununu bilatəxir buraya göndərməlidir.
Tehran hərci-mərc olubdur. Yevropalılar böyük bir təhlükə içindədirlər. Şahın əhvalı böhranlı və ümidsizdir”.
Bu teleqramı çap etdikdən sonra, “Novoye vremya” özü də bunu əlavə edir:
“Bəs, görünür ki, daha təxir etmək yeri deyildir... Biz haman sədayiistimdadı təkrar edib də, deyirik ki, qoy bu məsələnin həlli kimə racə isə eşitsin və bunu bilsin ki, doğrudan da tələsmək lazımdır”.
Lakin nə yaxşı oldu ki, hökumət “Novoye vremya”nın bu qışqırığına qulaq vermədi və belə bir provokasiyaya məhəlgüzar olmadı.
Bəxtiyarilərin və fədailərin miskin milləti müstəbidin çəngalindən qurtarmaq üçün ölümə getdiklərini bütün aləm alqışlarla təbrik və təhsin və təqdir etdiyi halda, “Novoye vremya” bunun adına xəyanət deyir. İranın təcəddüdü, əhyası “Novoye vremya”çıları istirahətsiz edir. Guya, rus mənafeyini gözləmək və kamali-əmnü-əmanda olan əcnəbilər – ki, onlardan birinin burnu qanamadı, müdafiə (?) etmək üçün “Novoye vremya” tələb edir ki, rus qoşunu Tehrana girsin, halbuki böylə bir təşvin rus dövlətinə xidmət deyil, xəyanət olduğunu “Novoye vremya” anlamaq istəmir və belə bir zamanda ki, İranda olan rus şən və heysiyyətini bərqərar etmək üçün hökumət öz politikasını lazım olan yoluna salmağa qeyrət etməlidir.
“Novoye vremya” qəzetəsi bu yolda hökumətə lazım olan kömək əvəzində daha da hökuməti Ümumrusiya mənafeyi üçün müzürr bir yola sapdırmağa çalışır...
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-iran-ve-novoye-vremya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rusiyanın hal-hazırda mövcud övza və əhvali rus “ər”lərinə xoş gəlmir. Bu iğtişaşə bir nəhayət olacaqmı? Haçan Rusiya kəsbi sükunət edəcək? – suallarını virdi-zəban edərək, təngə gəldiklərini izhar edirlər. “Zülm, cəbr, zor lazımdır! Öldürmək, yandırmaq, qırmaq lazımdır!” – deyə bunlar hökumətə “əlac” və “əncam” göstərirdilər. Lakin zülm, cəbr, zor, öldürmək, yandırmaq, qırmaq, dağıtmaq – bunlar Rusiyanın sükunəti üçün bir “əlac” və rahatlıq üçün “əncam” olmadı və olmur.Bəs nə etməli? Daha “əlac” yoxdurmu? “Novoye vremya”çı cənab Menşikov deyir ki, “əlac” var – yaponlar ilə ikinci dəfə müharibə etməlidir və yaponları nə tövr olursa olsun basmalıdır. O halda, Rusiyanın içi düzələr. Bu sözləri eşidib, Rusiyanın sair balaları deyirlər ki, binəva Menşikov sərsəm azarına mübtəla olubdur... Allah şəfa versin.
Ordan-burdan 59Dünənki nömrəmizdə cənab Q.Mahmudbəyov “İrşad”ın 76-cı nömrəsində mündəric “Mərəzlərimizdən biri” ünvanlı məqalənin məzmunu ilə müvafiqət etməyib, deyir ki, mərəzimiz cürətsizlik deyil, məktəbsizlikdir! Cənab Mahmudbəyova cavab: – Əfəndim, məktəb açmaq üçün bir cürət lazımdırmı, yoxsa məktəb bahar gülü kimi özbaşınamı açılar? Bunu da unutmayaq əfəndim, özünü “oda-közə toxuyan” adama cürətli deməzlər, axmaq deyərlər. Bundan əlavə, siz məqalənizdə özünüzü kənara qoyub, “təqdiri-qəza qüvvəti bazu ilə dönməz” misrasının məzmun və məalinə tabe olan əvamı özünüzə qalxan edər kimi meydana çıxırsınız. Halbuki, cürət siz və biz məktəb görmüşlərdə olmalıdır ki, əvamımız da “məktəbli” olub, “hüməmül rical təqləül cibal” kimi ali fikirlərin qüvvədən felə gətirilməsinə naili-murad olsun, əfəndim!Əcəb türkün ürəkdən tikan çıxardan məsələləri var. Məsələn, “Abbasını bəyənməyən beş şahı çıxardar”. Bu zərbi-məsəl bir para başıboş, bişüur, məslək və əqidəsiz firqələrin hər bir kargün zatə qarşı etdiyi istehzaya bir cavabı şafidir. Hər bir millətin içində “abbasını bəyənməyən” fərdlər vardır. Lakin bunlar üç qisimdir: biri abbasını bəyənməyib, beş şahı çıxardanlar, digəri, abbasını (həqiqətdə də qəlp olduğuna görə) bəyənməyib, beş şahı çıxarda bilməyənlər və üçüncüsü, abbasını bəyənməyib, beş şahı çıxartmağa aciz olanlardır. Məlum olduğu üzrə bu üçüncü qisim hər bir millət içində müzürr bir ünsürdür ki, bunun sənəti iş görməyə bel bağlayan adamları həvəsdən salmağa qövl və fel ilə çalışmaqdadır. Əlbəttə, iş görənlərimiz də öz istedad və qüvvətlərinə etiqad olsa belə, “abbasını bəyənməyənlərin” hər bir qövl və felini daşa-qayaya çırparlar.
Ordan-burdan 60Bir “Başıqapazlı”nın söylənməyi“Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, çıxsaq da hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq. Bilet alıb vaqona minirik – konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən? Bilet almayıb vaqona minirik – yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən. Sonra da tutub cibimizi soyur. Şəhər və kənd müəssisə (uçrejdenie)lərinin qapısında biz həmişə boynu buruq və əli qoynunda durub həftələrlə “növbət” gözləyirik. Axırda da “zavtra” ilə bir qapaz alıb, məyus gedirik. Ürəyimizin qəmini dağıdıb əhvalımızın pərişanlığını düzəltmək niyyətilə “bulvar” və “sad” deyilən təfərrückahlara çıxırıq – qaradavoy qapaz vurub, bayıra çıxardır ki, bura sizin yeriniz deyil. Tamaşa üçün teatrlara gedirik – pul ilə də bizə bilet vermirlər. Görünür ki, ora dəxi bizim yerimiz deyil. Küçələrdə gəzmək bizim üçün xatadır. Sübh vaxtı qabağımıza çıxan adam bizi görüb, geri çəkilir ki, tfu “mənhus” adama rast gəldim. İşim düz gətirməyəcək. Axşamçağlarda da bizi qaradavoy və strajniklər soymasa – quldurlar soyur. Dilənçilər də bizi görüb, təkəbbürlük satırlar. İtlər də hər yerdə tək bizə hürür, uşaqlar da bizə sataşır. Guya ki, biz bu dünyaya gəlməkdə bir xəta etmişik”.
Ordan-burdan 61Rus və yapon müharibəsi əsnasında bizim avam-xalqımıza deyirdilər ki, yaponlar quş kimi uçub Peterburqun başına gəliblər, iki saatdan sonra rus paytaxtını alacaqlar... Yaponlar öz dəryalarının dibinə girib bir aydan sonra rus dəryasının içindən çıxıbdırlar və s.Biz “abrazavannılar” əvamımızın bu sözlərini eşi-dəndə gülürdük, belə şey yoxdur – deyirdik. İndi, bizdən milyon dəfə artıq “abrazavannı” olan əcnəbilər bizim bu Qafqaza dair elə qəribə əhvalatlar danışırlar ki, “bişmiş toyuğun gülməyi tutur”. Bu əhvalatı yalnız danışırlar deyil, məşhur qəzetələrində də yazırlar. Belə ki, ingilis qəzetələrində yazmışdılar ki, Bakı şəhəri, general-qubernatoru ilə bir yerdə dağılıb, viran olubdur. İndi də alman qəzetələrində yazırlar ki, guya Qafqaz müsəlmanlarından bir firqə İrana gedib, İran əhlini rus əleyhinə qalxızırlarmış, bunt istəyirlərmiş və bu firqənin əlində iki qəzetə və hər qəzetənin 70 min (pah, atanla yeri!) müştərisi varmış!..
Başqa şairlərin şeirləri · Satira
Üç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.
Ədəbiyyat (“Kəlniyət”! Al bircə qələmdən, kağız)“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,
OlmağaAy Baba, mən bu sözü yardım əyan olmağa,Bakılılar and içib şiri-jəyan olmağa.
CeyranvuranlarCeyranı atıb vurmaq, əgərçi qadağandır,Ceyran yatağı Mil düzüdür, bir də Muğandır.