Hesab məsələləri

(Zadaçalar)

1

Bakı quberniyasında 6 min müsəlman öldürülübdür və hər bir müsəlmanın öldürülməsinə əqəllən 200 manat pul sərf olunubdur. Sual olunur ki, bunların hamısına neçə dana “Tərəqqi”yə müştəri yazdırmaq olardı?

2

Cəmi dünyada 100 minə qədər qəzetə verilir, 6 milyon Qafqaz müsəlmanlarının da bir dana qəzetəsi var. Əgər (xudanəkərdə) cəmi dünya Qafqaz kimi olsaydı, qəzetələrin sanı nə qədər azalardı? (cəmi dünyada bir milyard yarım nüfuz var).

3

İran məclisi il yarım davam etdi, bu müddət ərzində İran şahı 30 dəfə Qurana and içib sındırdı. Əgər İran məclisi beş il davam etsəydi, Məmmədəli şah neçə dəfə Qurana and içib sındırardı?

4

...................................

...................................

5

Bir dana Lyaxovun köməyi ilə 50 min iranlı qırıldı. Bütün İranı qırdırmaq üçün neçə dana Lyaxov lazımdır? (İranda 10 milyon adam var).

6

Hər bir müsəlman şagirdi, sutkada 4 saat tərbiyə alıb 8 saat da yuxu yatır, qalan saatları tərbiyəsiz qalır. 35 yaşında bir müsəlman şagirdi neçə il tərbiyəsiz qalmış olur?

7

Hər 100 nəfər Bakı müsəlmanlarının 25 nəfəri qoçudur, Bakıda 70 min müsəlman var. O surətdə neçə dənə qoçumuz olur?

8

Bir müsəlman birisinin 150 manatlıq paltarını oğurlayıb bir neçə manata satdı. Paltar sahibi oğrunu görüb dedi: Satdığın paltardan aldığın pulu məndən istəseydin, məni bir də 142 manat üç abbası zərərə salmazdın. Müsəlman qardaş paltarı neçəyə satmışmış?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü dəllək

Bizim Qarabağda cürbəcür dəlləklər var. Bunların içində eləsi var ki, həmi sənin başını qırxar, həmi hansı dişini desən çəkər, həmi boynunun ardına zəli qoyar, həmi istəsən oğlunu sünnət eylər. Amma “adikalon-madekalon” bilməz və o cürə murdar şeyə heç əlini də vurmaz, bainhəmə üstündən bərk “ətir” iyi gələr ki, ona “quyruq yağı” deyirlər.Eləsi var ki məsələn, bu gün yaxşı urusu baş vurar, buğlarını da hatərəfə desən o tərəfə eşər və bir az-maz da urus dili bilər. Stolunun üstündə də həmişə cürbəcür içi su ilə dolu “adekolon” şüşələri olar, güzgüsü də adamı “xortdan”a oxşadır.

3 dəq
Məşədi Kabilin Təbriz səfəri

Məşədi Kabilin başı çox qarışıq idi, cürbəcür “vajnı” işləri var idi ki, bunların hamısını bir-bir düzəltmək lazım idi. Bir işi o idi ki, gərək oğlunu işkolaya qoysun, ondan sonra qızını köçürsün və bunlar hamısı keçəndən sonra Təbrizə gedib mal gətirsin və dükanını olduğu yerdən ayrı bir yerə köçürsün və bundan başqa o qədər xırda işləri var idi ki, bəzi vaxt heç başını qaşımağa da macalı olmurdu.Məşədi Kabilə məsləhət gördülər ki, əvvəlcə Təbrizə gedib dükan işlərini düzəltsin, sonra o biri işlərinə şüru etsin.

2 dəq
Bazar söhbəti

– Məşədi Səməd, bir bura bax! Vay Məşədi Səməd! Bura bax, söz deyirəm!– Bu saat! Qoy bir bu çuxanın burasını tikim! Yiyəsi gözləyir.

1 dəq
Hara qaçacaqlar?

Ravi belə rəvayət eləyir ki, Eynüddövlə, Şüca Nizam, Rəhim xan, Mir Haşım, Mirzə Həsən, Mirzə Kərim və qeyriləri – bunlar hamısı Təbrizdən çıxıb qaçarkən şaha belə bir məktub yazıblar:“Salam-duadan sonra yazıb məlum edirik ki, “ma səd nəfər budim tənha, onha, yek nəfər budənd cəm”, ona binaən Təbrizdən qaçdıq, vəssalam.”

2 dəq

Başqa şairlərin şeirləri · Satira