Ordan-burdan 33
Üsuli-tərcümə
Müəllim (şagirdə) – Qulaq as görüm, rusca dərs deyirəm: kniqa – kitab; lejit – uzanıbdır; na – üstündə; stole – stolun; nişiy – dilənçi; brodit – ora-bura dolanır; pod – altında; oknami – pəncərələrin; i – və; prosit – təvəqqe eyləyir; milostınyu – dilənçi payı.
Ptiçka – quşcığaz; sidit – oturubdur; na – üstündə; dereve – ağacın; sobaka – it; laet – hürür; na – üstünə; nişeqo – dilənçinin.
Ded – baba; edet – bir şeyə minib gedir; v – içinə; qorod – şəhərin.
Ha, de oxu görüm.
Ş a g i r d – Kniqa – kitab; lejit... Mirzə qoy yadıma salım, lejit – durubdur...
M ü ə l l i m – Yox, əgər dursa idi, onda gərək bu cürə dik dura idi.
Ş a g i r d – Lejit, mirzə, yatıbdır... yox, yıxılıbdır... yox, belə zad eləyibdir. Mirzə, yəni kitabı istolun üstünə qoyubdur.
M ü ə l l i m – Yox, bilmədin. Lejit, yəni uzanıbdır.
Ş a g i r d – Mirzə, yəni uzunmu olubdur?
M ü ə l l i m – Adə yox, uzanıbdır. Sən yatanda uzanmırsan? Kitab da o cürə uzanıbdır.
Ş a g i r d – Mirzə, kitab da uzanarmı?
Müəllim – Ta çox fizülluq eyləmə! Sənə deyirlər uzanıbdır – deyinən ki, bəli uzanıbdır. Dalını oxu.
Ş a g i r d – Nişi – dilənçi; brodit – hərlənir...
M ü ə l l i m – Yox, ora-bura dolanır.
Ş a g i r d – Brodit – ora-bura dolanır. Pod... pod... Mirzə, pod... dibində.
M ü ə l l i m – Yox, altında!
Ş a g i r d – Altında, oknami – pəncərələrin. Mirzə, pəncərənin altında ora-bura dolanmaq olarmı?
M ü ə l l i m – Rusca olar, oxu!
Ş a g i r d – İ – və; prosit – dilənir...
M ü ə l l i m – Yox, təvəqqe eyləyir.
Ş a g i r d – Mirzə, təvəqqe eyləyir nədir?
Müəllim – Təvəqqe eyləyir, yəni... zad eyləyir, yalvara-yalvara istəyir.
Ş a g i r d – Prosit – yalvara-yalvara istəyir, milostınyu – dilənçi payı.
M ü ə l l i m – Dalını oxu.
Ş a g i r d – Ptiçka – quşcuğaz, sidit, qoy deyim, sidit – qonubdur.
M ü ə l l i m – Yox, oturubdur.
Ş a g i r d – Mirzə...
M ü ə l l i m – Səsini kəs, hər nə deyirlər ona qulaq as (Şagird ürəyində: görəsən quş diz üstə oturubdur, yoxsa bardaşqurma?).
Şagird – Sidit – oturubdur, na – üstündə, dereve – ağacın; sobaka – it; layet – hürür, na – üstünə, nişeqo – dilənçinin (ürəyində: görünür ki, dilənçinin üstü çox cındır imiş). Ded – baba; yedet-yedet... yedet... Mirzə, yedet içinə?
M ü ə l l i m – Yox, bir şeyə minib gedir.
Ş a g i r d – Mirzə, bir şey nədir?
M ü ə l l i m – Necə bir şey nədir? Məsələn, araba.
Ş a g i r d – Yedet – bir şey arabasına minib gedir.
M ü ə l l i m – Yox, adə, bir şey araba deyil, at da ola bilər, eşşək də ola bilər, maşın da ola bilər.
Ş a g i r d l ə r – Yedet – ata, ya eşşəyə, ya maşına.
M ü ə l l i m – Ya qatıra, ya dəvəyə.
Ş a g i r d – Ya qatıra, ya dəvəyə.
M ü ə l l i m – Ya öküzə, ya itə və hətta adama.
Ş a g i r d – Ya öküzə, ya itə və hətta adama. Mirzə, məsələn, uşaq anasının qucağına minib gedir, yəni uşaq yedet.
M ü ə l l i m – Səfeh söz danışma.
Ş a g i r d – Minib gedir. V – Mirzə, v nədir?
M ü ə l l i m – V – içinə.
Ş a g i r d – V – içinə, qorod – şəhərin.
M ü ə l l i m – Bir də başdan oxu.
Ş a g i r d – Mirzə, vallah yoruldum.
Şagird (evə gedə-gedə yolda hava ilə oxuyur): V – içinə, na – üstünə.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ordan-burdan-33
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
ÇoxluqBirisi yazıb, bizdən sual eyləyir və deyir ki: hamıya məlumdur ki, Bakı camaatı, məsələn, bu gün qoç döyuşdürməkdə, məsələn, bu gün xoruz vuruşdurmaqda, məsələn, bu gün dəvə üləşdirməkdə hamıdan mahir olub, bu cürə gün keçirməkdən ləzzətli bir şey bilmirəm.
Qafqazda müsəlman kəndlisinin halı1S i ç a n. Atakişi əmi, taxılın cücərmədi?
Ordan-burdan 97Şəkidən, Şirvandan, filandan idarəmizə gələn və Osmanlı ilə İran barəsində nə təhər yazı yazmağın “zakaz”ını bildirən kağızlarını oxuyanda, mənim yadıma həmişə bu düşər:“Kərbəlayı Bədəl, bizə bir-iki lüləkəbab bişir, amma gözlə ki, nə quru olsun, nə də sulu, bir də istiotunu bacardıqca az elə, yanına soğan əvəzinə turp qoy, üstünə də bir sumax səp”.
Fəxr etməliyizmi, məyus olmalıyızmı?Misirdə nəşr olunan “Türk” qəzetəsi, “Əhalimizi oyandıracaq biriki yol” sərlövhəsi və “Xorasani” imzasilə yazmış olduğu məqalə xüsusəsində Osmanlı millətinin istibdad təsirilə aludəyi xabi-ğəflət olduğundan bəhs edərək, oyandırılması üçün yollar göstərir və o yollardan biri olmaq zənnilə, biz Rusiya müsəlmanları ilə İran müsəlmanlarının bu barədə bözli himmət etmələrini ummayır.“Türk” məqaləsinin başında deyir ki: “Əhalimizi (yəni Osmanlı əhalisini) oyandırmaqdan muradım, onları oxudub, öyrətməklə zehinlərini açmaq demək deyildir. Onun nə qədər lazım olduğunu əhalimiz çoxdan anladı.
Başqa şairlərin şeirləri · Satira
Bir nəfər fəqir şəxs nə qədər qeyrətlə çalışırdısa da, külfəti böyük olduğu üçünyeməklərini ödəyə bilmirdi. Bir gün orada, bir gün burada işləməklə öz külfətini
Lə’nət ola!Fələkin gərdişi-dövranına min lə’nət ola!Sərvətə qız satan insanına min lə’nət ola!
Ucuz xatirələrYaxşı olar, olmasa bu sulu xatirələr,Uydurmayla, yalanla dopdolu xatirələr,
İki mollaMolla Həsən, niyyətinə mərhəba,İş düzələr, deyirdin bu gün, sabah.