Səhifə 1 / 4

Keçənlərdə mənim məktəblərimizdə rus dili təlimi haqqında yazmış olduğum məqaləyə cavab və yaxud bir haşiyə olaraq möhtərəm müəllim Rəşid bəy Əfəndizadə cənabları tərəfindən yazılmış bir məqalə gördüm. Rəşid bəy əfəndi məqaləsini “Mübadiləyi-əfkardan bariqəyi-həqiqət törəyir” sözlərilə başlayıb, əvvəlcə bir balaca müqəddimə yazırlar və o müqəddimədə əzcümlə belə deyirlər: “Mətləbimiz o məqalənin (yəni mən yazdığımın) ziddinə çıxmaq əsla deyildir”, yəni Rəşid bəy əfəndi oxucuları xəbərdar edir ki, onun məqsədi mənim ilə mübahisə və mücadiləyə qalxmaq deyildir. Ehtimal bu səbəbdəndir ki, Rəşid bəy əfəndi məşhur təbir olan “Müsadiməyi əfkardan” da hətta “müsadimə” sözünü bu yolda çox şiddətli bir təbir bilib, onun əvəzinə “mübadilə” yazıbdırlar və hərçənd “mübadilədən” “bariqə” törəmədiyini və “bariqə”nin ancaq “müsadimədən” törədiyini nəzərə alıbdırlarsa da, amma yenə də məni incitməmək üçün məntiqi qurbanedəcək dərəcədə fədakarlıqla bulunubdurlar. Mən də Rəşid bəy əfəndinin bu fədakarlığına qarşı təşəkkürlər edirəm. Ancaq burasını dəxi əlavə edirəm ki, böylə bir əhəmiyyətli məsələdə Rəşid bəy əfəndi həqiqəti mənə qandırmaq üçün başımı yarsa da incimərəm.

Burada mən dəxi bir müqəddimə söyləyəcəyəm. 1-2 gün bundan əvvəl müəllim rəfiqlərimdən birisi yanıma gəlib mənə dedi:

“Canım, keçən səfər sən nə yazmışdın ki, Rəşid bəy ona böylə cavab verir?” Mən dedim ki, əvvəla Rəşid bəy mənə cavab yazma, yıbdır; o mənim məqaləmdən haşiyə çıxır və saniyən, keçən səfər mən yazmışdım ki, “məktəblərimizdə rus dilini üsuli-təbii ilə tədris etmək lazımdır”. Rəfiqim sordu: “Sən yazmışdınmı ki, tazə dil tutan uşaqlarımıza rus dili öyrətmək lazımdır?”.

M ə n – Əstəğfürullah, Allaha şükür, hələ ki məndə bir cünunluq nişanəsi yoxdur.

R ə f i q i m – Bəs, nə üçün Rəşid bəy cənabları sənə və yaxud haşiyə olmaq üzrə yazır ki, tazə dil tutan uşaqlara üsuli-təbii ilə dil öyrətmək olmaz?!

M ə n – Mən də təəccüb edirəm.

R ə f i q i m – Sən yazmışdın ki, bütün elmləri rus dilində oxumaq lazımdır?

M ə n – Əstəğfürullah! Canım, sən məni kim hesab edirsən, mənim haqqımda bu suzən yararmı?

R ə f i q i m – Canım, nə üçün Rəşid bəy əfəndi sənə cavab və ya haşiyə olaraq yazır ki, sair elmləri biz öz ana dilimizdə oxumalıyıq?

Bəli, mən rəfiqimin bu sözlərindən kəmal-yəs və kədərlə anladım ki, Rəşid bəy əfəndinin məni incitməyəcək bir tərzdə yazılmış olan haşiyəsini oxuyan kəslər, mənim haqqımda bir çox suzənlərdə bulunacaqdırlar. Qərəz... indi keçək Rəşid bəyin haşiyəsinə.

Rəşid bəy əfəndi ən əvvəlcə üstüörtülü olaraq yazır ki, məktəblərimizdə rus dilini heç oxutmaq lazım deyildir. Sonra deyir ki, yox, rus dilini oxutmaq lazımdır, ancaq elmləri öz dilimizdə oxutmalıyıq. Ondan sonra deyir ki, hər halda tazə dil tutan uşaqlara rus dili öyrətmək yaramaz.

Bunların arasında da üsuli-təbiini pisləyib, guya üsuli-təbii ilə dərs demək üçün ağzına yumurta salan bir müəllimin dərsini tərif edib deyir ki, belə dərsdən fayda olmaz.

İndi keçək Rəşid bəy əfəndinin əvvəl dediyi sözlərə ki, məktəblərimizdə rus dili oxutmaq lazım deyilmiş.

Rəşid bəyin fikrincə üç şöbəli ibtidai məktəblərdə əvvəl il yazı və qiraət öyrətmək, ikinci il şagirdlərin təhzib əxlaqına çalışmaq və üçüncü ildə nəfili bilik, məsələn, hesab, bağ və ziraət işi və sairə öyrətmək lazımdır.

Əvvəla, bu başqa bir məsələdir və bu barədə mən bir söz yazmamışam və saniyən Rəşid bəyin bu sözlərilə mən razı deyiləm.

Rəşid bəy əfəndi tərif edən üç şöbəli məktəb, məncə, bir qəpiyə dəyməz. O cürə məktəbdən uşaq heç bir şey əxz edə bilməz. Məncə, ibtidai məktəblərimizin cümləsi iki sinifli və 5 şöbəli olmalıdır ki, oranı ikmal edən uşaq savad və bilik sahibi ola bilsin və bir də bu məktəblərdə rus dilini məcburən oxutmalıdır. Oxutmalıdır ki, uşaq məktəbi qurtardıqdan sonra ikmali-təhsil üçün realnı, gimnaziya kimi böyük məktəblərə girib, istəsə oradan da darülfünunlara gedə bilsin.

İbtidai məktəblərdə rus dili lazım deyil demək, biməna bir təəssübdür ki, onun zərrə qədər mənfəəti olmayıb bol-bol zərəri var. Binəva uşağı yalnız bir ibtidai məktəbdə oxumağa məhkum edib də ikmali-təhsil yolunu tutmağın nə mənası var və bir də camaatımızın bir bu qədər zillət və həqarətlərə düçar olduğu əksəriyən dil bilməmək ucundan deyilmi?!

Sonra Rəşid bəy cənabları yazırlar ki, rusi oxutmaq lazımdır, lakin elmləri öz dilimizdə oxutmalıdır. Rəşid bəy əfəndidən sual edirəm, hökumət müstəbiddilərindən başqa, kim deyir ki, ibtidai məktəblərdə elmləri rus dilində oxutmalıdır? Nə üçün Rəşid bəy əfəndi bunu yazıb da, mənim haqqımda xalqı suzəndə bulundurur. O sözləri mənə və ya “Tərəqqi” oxucularına deyil, popeçitelə, maarif vəzirinə, rus hökumətinə söyləmək lazımdır. Əcəba bizim də çalışdığımız ibtidai məktəblərdə elmləri ana dilində oxutmaq deyilmi? Ondan sonra Rəşid bəy elmlərin də rus dilində oxunmasına razı olmuş kimi (halbuki mən ona heç bir vaxt razı ola bilmərəm) deyir ki, tazə dil tutmuş uşağa rus dili öyrətmək yaramaz. Bu mətləbin işə heç bir dəxli yoxdur, çünki hətta hökumət dəxi buna razı olubdur ki, ibtidai məktəblərdə əvvəlki sənə təlimi ana dilində olsun! Böylə sözlərin məni şübhəli göstərməkdən başqa özgə bir mənası ola bilməz.

İndi keçək Rəşid bəy əfəndinin üsuli-təbii haqqında olan fikrinə:

Guya, üsuli-təbii ilə tədris edən və bunun üçün klasda “yumurtlamağa” məcbur olan bir müəllimin dərsini tərif edib də Rəşid bəy əfəndi sorur: budurmi üsuli-təbii?

Cavab verirəm ki, xeyr, müəllimin klasda yumurtalamağı, banlamağı, hürməyi və sairə bu gunə klounluğu üsuli-təbii tədrisi deyildir. Əgər Rəşid bəy əfəndi üsuli-təbiini bundan ibarət bilirsə, o halda doğru deyir ki, bundan uşaqlar bir şey qanmaz. Amma üsuli-təbii bundan ibarət deyildir. Üsuli-təbii ilə dərs vermək üçün müəllimin “tənasüx” edib toyuq, meymun və sair bir heyvan şəklinə girməsi lazım deyildir.

Mən üsuli-təbiinin istemalı lüzumu haqqında əvvəlki məqalələrimi yazdıqda müəllim arkadaşların üsuli-təbiinin nədən ibarət olduğunu bilirlər zənnində yazmışdım və o zənnimdə də baqi qalıram və Rəşid bəy əfəndinin isə üsuli-təbiini başqa bir qaydada bilməsinə təəccüb və təəssüf edirəm. Bununla belə üsuli-təbiini başdan-ayağa qədər tamamilə burada tərif etmək məcburiyyətindən özümü azad bilirəm, çünki əvvələn, bunu qəzetə vasitəsilə qandırmaq mümkün deyil və saniyən mən əvvəlki ixtarımı ki, üsuli-təbii ilə dərs vermək yaxşıdır, üsuli-təbii qaydasını bilən müəllimlər üçün yazmışdım və haman üsulun bu bir neçə ildən bəri nə səbəbə gözdən düşmüş olduğunu da iqtidarım qədər bildirmişdim.

Və bir də Rəşid bəy əfəndi deyirlər ki, üsuli-təbii ilə dərs verən müəllim yumurtanı ağzına alıb qırt-qırt elədi, sonra yerə salıb rusca dedi ki, toyuq yumurtladı... Nə deyim, görünür ki, ya müəllimin ağzı xariqüladə bir ağız imiş, yainki yumurta çox balaca imiş və illa adi yumurta adi adamın ağzına o qədər sərbəst girməz ki, hələ bir sonra da qırt-qırt eləmək mümkün olsun. Hər halda bəlkə Rəşid bəy əfəndi elə bir müəllim görübdür. Fəqət nahaq yerə Rəşid bəy cənabları üsulitəbiini bundan ibarət bilirlər.


Sonra, Rəşid bəy cənabları yazırlar ki, “bizim əqidəmizə görə məktəbi-mübtədilərdə oxunmalı dərslərin mahiyyət, məlzəmə fəqərəsini əcnəbi dilinə asan təriq ilə aşna olmaq fəqərəsilə heç qarışdırmamalıdır. Çünki əcnəbi dilinə aşna olmaq fəqərəsi bilik və qanacaq kəsb eləmək deyildir”. Anlamıram ki, Rəşid bəy əfəndi bu sözləri kimə deyir; məncə bu sözlər Rəşid bəy əfəndinin özünə aid olmalıdır. Çünki üsuli-təbii ilə əcnəbi dili öyrənmək fəqərəsilə ibtidai məktəblərində nə oxunması lüzumunu qarışdıran Rəşid bəy əfəndinin özüdür ki, mənim də etirazımın əsası bu maddədir. Mən bəhs açdım ki, rus dilini üsuli təbii ilə tədris etmək lazımdır. Rəşid bəy əfəndi isə, bu məsələni ana dili məsələsilə bərabər məktəbi-mübtədilərdə oxunmalı dərslərin mahiyyət məlzəmə fəqərəsilə qarışdırıb, “təbii üsuli-təlim” sərlövhəsi altında yazdığı məqalənin məzmununa başqa bir rəng veribdir. Və “üsuli-təbii” məsələsinə lüzumsuz “haşiyələr” əlavəsilə əsil məsələdən çox uzaq düşübdür. Zatən burasını Rəşid bəy əfəndi özü də iqrar edir ki, axırda deyir: “İndi sədədə gələlim”. Sədədə qayıdıb da Rəşid bəy əfəndi üsuli-təbii haqqında yazır:

“Təbii üsul təlim sayəsində əcnəbi lisanına aşna olmaq və bu vəsilə ilə məlumat və mərifət kəsb eləmək qaydasına didaktika qanunları yol vermir”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ordan-burdan 18

Kimdən nə soruşdularLoğman həkimdən soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: – Bakının işkol uşaqlarından.

1 dəq
Ordan-burdan 19

Dünyada olan bütün diri məxluqatın (hətta bəzi nəbatatın da) bir qüvvəyi-tədafüəsi vardır. Yəni bir karastısı var ki, onunla düşməni dəf eləyir.Məsələn, şirin və bəbir kimi heyvanların qüvveyi-tədafüəsi iti dişləri və dırnaqlarıdır.

2 dəq
Ordan-burdan 20

Ha fikir edirsən, ha özünə təsəlli verirsən, ha deyirsən ki, Allah kərimdir, işimiz bu gün-sabah düzələr, ha papağını fırlayırsan ki, il gəlib keçsin, bir də baxıb görürsən ki, “millət irəli gedibdir”, ha eşidirsən ki, filan yerdə filankəs filan dana məktəb açdı, qiraətxana düzəltdi, pul bağışladı. Ha danışırlar ki, beş il keçməz müsəlmanlar yapon kimi tərəqqi edərlər. Ha deyirlər ki, indidən belə məscidlərdə başmaq, papaq, saqqal məsələləri müzakirə olunmayacaqdır. Ha inandırırlar ki, indidən belə orucluqda qəzetə oxumaq həlal olacaqdır. Ha söyləyirlər ki, daha ümumi mənafe üçün qurulan işlərin içinə qərəzi şəxsi soxulmayacaqdır. Ha deyirlər ki, daha bundan sonra müsəlmanlar arasında ittəhad və ittifaq olacaqdır, ha inandırırlar ki, müsəlmanlar millət, din və məzhəbi özlərinə bəhanə edib, partiyabazlıq salmayacaqlar. Ha deyirlər, ha söyləyirlər, ha inandırırlar, – yenə axırda baxıb görürsən ki:Əlif, zəbər ə, bey zən əb, cim, zəbər, cə, dal zən cəd – əbcəd!

1 dəq
Ordan-burdan 21

BayramBu gün eydi fikirdir. Bu gün o gündür ki, camaatın ağzı açılıb, amma məscidlərin ağzı qapanır.

2 dəq

Başqa şairlərin şeirləri · Satira