Əvvəlinci məclis

Türkiyə (sair dövlətlərə). Bircə siz mənim işimə qatışmayın, qoyun mən öz əlimlə öz başım olum, işlərimi də düzəldim! Yəni Siz Makidoniyanın rahatlığını istəmirsinizmi? Sizin işiniz yoxdur, mən onu rahat edərəm.

İngiltərə. Kişi doğru deyir, gəlin gedək, qoyun işini görsün.

Fransa. Mən ki, qatışmayacağam.

Rusiya. Mm m... mən də!

Avstriya. İndi ki, belə oldu – mənə nə düşübdür?

Bolqariya. Doğrudan çıxıb gedirsiniz? Bəs, sizin hünəriniz elə buradək imiş, ay bişuurlar!

Avstriya. Neyləmək əzizi mən, kişiyə güc ilə demək olmaz ki, yıxıl üstünə minim. O lap ağ olar ki, (qulağına pıçıldayır) amma sən... başqa məsələsən, sənin bu saat əlinə bir fürsətdir düşübdür ki, hərgah şüurun olsa.

İngiltərə. Onun qulağına nə pıçıldayırsan?

Avstriya. Heç, deyirəm ki, elə otur, elə dur ki, heç kəs səndən inciməsin!..

Türkiyə. Çox razıyam həzərat! Təvəqqe edirəm ki, sabah gəlib çörəyinizi bizdə yeyəsiniz.

Bolqariya. Saat neçədə?

Türkiyə. Sən ilə dəyiləm!

Bolqariya (ağlamsınır). Məni çağırmırsan?

Türkiyə. Yox, sənin bunlara dəxlin yoxdur.

Bolqariya (ağlayır). Görünür ki, sən məni adam hesab eləmirsən.

Rusiya və Avstriya (Türkiyəyə). Gəl onu da çağır, xətrinə dəymə.

Türkiyə. Xeyr, ola bilməz, bura xətir yeri deyil, heç görün o sizə taydırmı?

Bolqariya (gözlərini silir və yavaşca deyir). Gör sənin başına nə oyun gətirəcəyəm?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü məclis

Ə s g ə r i n evində vaqe olur. Ev yaxşı bəzənib, Ə s g ə r özü dəxi yaxşı geyinibdir.Ə s g ə r. Biçarə Gülçöhrənin başına əngəllər açdım. İndi yazıq qız elə bilir ki, doğrudan da onu özgəsinə ərə verirlər. Amma əcəb sözü üstə dayanan qızdır. Xoşluqla ərə getməyə razı olmadı, odur ki, atasının təvəqqəsinə görə, adam göndərmişəm ki, gedib götürüb qaçsınlar. Zərər yoxdur; bir-iki saatdan sonra mənim kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm, atası da sevinər, hamı sevinər. Amma ürəyim çox bərk tələsir, istəyirəm ki, qızı tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin. Amma qəribə iş gördüm ha. Evlənmədim-evlənmədim, axırda bu kələklə evləndim. Heç pis eləmədim, yaxşı elədim. Allah Süleymanın atasına rəhmət eləsin, əcəb şey öyrətdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dəxi məni sevir!… Qərəz, gedim xalam dediklərimi düzəldibdirmi? (Gedir).

191710 dəq
Əsli və Kərəm

4 PƏRDƏLİ 6 ŞƏKİLLİ OPERAİŞTİRAK EDİRLƏR

19121 dəq
Birinci pərdə

Z ə n g i d ə, padşahın xəzinədarı olan keşiş (Arsen) xanın imarəti həyətində vaqe olur. Həyət gözəl bir bağçadır ki, içində cürbəcür ağaclar və güllər vardır. Sağ tərəfdə keşişin evi görünür, içəri daxil olmaq üçün qapısı vardır. Sol tərəfdə başı qarlı və dumanlı dağlar görünür. K e ş i ş i n q ı z ı (Əsli) bağçada bir sərv ağacının dibində oturubdur. Ətrafda k e ş i ş ilə bərabərq ı z l a r və o ğ l a n l a r oynayıb gülməkdədirlər. Keşiş qapısının ağzında əyləşib, bağçaya tamaşa edir.

19128 dəq
İkinci pərdə

BİRİNCİ ŞƏKİLİsfahan şəhərində p a d ş a h ı n s a r a y ı n d a vaqe olur. Saray mümkün mərtəbədə şəşəəli döşənmişdir. P a d ş a h taxtda əyləşibdir, ə y a n l a r dəxi yanına düzülübdürlar, K ə r ə m dəxi padşahın hüzurunda ortada dayanıbdır.

19129 dəq

Başqa şairlərin şeirləri