Vladiqafqaz caamatına bir də açıq məktub
Əfəndilər!
“Molla Nəsrəddin” jurnalını təkfir və təlin xüsusunda idarəmizə dörd nəfərin imzası ilə bir məqalə gəlmişdi. Məqalənin axırında “Ümumvladiqafqaz camaatı tərəfindən vəkil” sözləri bizim diqqətimizi cəlb etdi. Və çünki biz məzkur vəkilləri tanımırdıq, ona görə açıq məktubla Vladiqafqaz camaatından soruşduq və əhval istədik. Sualımıza cavab olaraq idarəmizdə 70-ə qədər Vladiqafqaz sakinlərindən cavab gəldi ki, haman adamları onlar vəkil seçiblər.
O ki qaldı məzkur məqalənin çap edilməsinə: əvvəla bunu bəyan edirik ki, bir neçə zaman bundan əvvəl İstambulda, yəni xəlifeyimüslümin oturan və bir çox islam alimlərinin məcməi olan bir yerdə “kafir” ləfzi rəsmi surətdə ləğv edildi. Yəni orada belə qayda qoyuldu ki, bundan sonra heç bir kəs, istər müsəlmanı, istər qeyri-müsəlmanı “kafir” sözü ilə təhqir etməsinlər. Biz İstambulun belə bir məqul və mədəni tədbirini alqışlayırıq. Bundan aşkardır ki, heç bir kəsin, baxüsus millətə bir çox xidmət göstərməkdə olan “Molla Nəsrəddin”in küfr və mürtəd olduğunu qəzetimizdə elan edə bilmərik. Özünüz dürüst mülahizə buyurun. “Molla Nəsrəddin” müsəlmandır. Çünki müsəlman dəyiləm demir və madam ki, bir şəxs “mən müsəlman dəyiləm” demiyib, özü də müsəlmanlar, biz necə onu kafir, mürtəd edə bilərik?..
Peyğəmbərimiz dini mübinin islami yer üzünün bir çox nöqtələrinə yaydı. İslam əhlini artırdı, islamiyyətin çoxalması yolunda mücahidələrdə bulundu. Sizlər isə dini-islam əhlini artırmağa çalışmaq əvəzinə “küfr və irtidad” vasitəsilə azaltmağı təklif edirsiniz. Bu isə qəzetimizin məsləkinə müvafiq dəyildir. Siz iddia edirsiniz, ki, “Molla Nəsrəddin” günah edibdir. Belə dəyilmi? Çox əcəb. Əlbəttə, hər bir kəs, yəni biz də, siz də və “Molla Nəsrəddin” də söz ilə və ya əməl ilə günah iş edə bilərik. Həqiqi müqəddəsləri əbəs yerə təhqir etmək, səbb etmək, xalqın malını yemək, yalan və iftira söyləmək, adam öldürmək, fitnə salmaq, camaatı aldatmaq – bunlar hamısı cürbəcür günahlardır. Lakin hər günah üstə müsəlmanı kafir və mürtəd edərsək, o halda ruyi-zəmində bir cüt yarım müsəlman da qalmaz. Bu, ağıl və məntiq cəhətincə. İndi insaf və vicdan iqtizasına tabe olaraq danışaq.
“Molla Nəsrəddin” jurnalı indiyə qədər bir çox mənfəətli məqalələri ilə millətimizə çox xidmətlər göstəribdir. Çirkin və çürük adətlərimizin zahirdə gülünc və batində maneyi-tərəqqi və pişirəfti olduğunu ap-aşkar bizə bildirməklə bir çox qüsurlarımızı bir-bir göstərməklə gözümüzü açıbdır, pis adamlarımızı taqsırlandırıb, əfradimillətə vurduqları zərərləri aşkar edibdir. Bu cürə mənfəətli bir jurnalı, yalnız bir məqalə üstündə təkfir, təlqin etmək, baykotlamaq insafdırmı, ağıl və vicdan buna yol verərmi?
Budur bizə ədəb dairəsində cavab verənlərə bizim tərəfimizdən bəyanat.
Lakin bizim sualımıza cavab yazanların çoxu öz cavablarını ədəbsiz bir surətdə yazıb bütün mətbuat ilə qərəzləri olduğunu bildirirlər. Bunun öz, bu şəxslərin “islam müdafiəçisi” olmadıqlarını aşkar bildirir. Bunların məqsədi islamı müdafiə etmək dəyil, bəlkə ümum müsəlman mətbuatına düşmənçilikdir. Hər halda ədəbsiz sözlərdən incimirik. Təhdidatlardan ürkmürük. Çünki məlumdur ki, qəzetçilik və qəzetçiyə o cürə şeylər bədihidir ki, əsər eləməz. Lakin “biz ərizə verib imperatordan təvəqqe edərik ki, bütün müsəlman qəzetələrini bağlasın” və bir də “müsəlman qəzetələri çıxandan bəridir ki, çox fəsadlar törənir”. Budur, bu sözlərdir ki, bizi hamısından artıq məyus edir. Zərər yoxdur əfəndim, ərizəni hazırlayın, bəlkə “islamı müdafiə edəsiz!” O ki qaldı qəzetlər çıxandan bəri fəsadlar törənməsinə – onda da haqqınız vardır. Doğrudan da qəzetələr çıxandan bəri sizin və sizin kimi “islam müdafiəçilərinin” xoşuna gəlməyən çox “fəsadlar” əmələ gəldi. Məsələn, Məmmədəli şah taxtından düşürüldü, Sultan Əbdülhəmid xilafət və səltənətdən qovuldu, Şeyx Fəzlullah, Mir Haşım asıldı, Rəhim xan dərbədər düşdü... Xülasə, qəzetələr çox “fəsad” çıxartdı. Elə isə bəri başdan ərizələri hazırlayın.
Xülasə, bu məktublar idarəmizin ən əziz malı olubdurlar. Biz onları həmişə saxlayacayıq ki, əvvəla, millət mühakimlərinə pişnəhad edək və saniyən gələcək övladımız o məktublar vasitəsilə bizim indiki halımızdan müxbir ola bilsinlər.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-vladiqafqaz-caamatina-bir-de-aciq-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gün dünyada bir yer yoxdur ki, oradan iğtişaş sədası, şuriş səsi gəlməsin. Demək olar ki, yaşadığımız bu XX əsrdə bütün dünya ümumi bir qələyan, hərcayi bir həyəcan içində titrəməkdədir.Ən mədəni tayfalardan başlamış, ən vəhşilərə kimi, bu gün hamı şuriş və iğtişaşa sarılıb mübarizə edir və bu günə kimi ümumi sükunəti xələldar edirlər.
Ordan-burdan 112Müəllimlər ictimai“Müəllimlər ictimai camaat məktəblərinin müdiri “Narodnıy inspektoru”nun*
Ordan-burdan 113Qarabağ zəriflərindən birisi mənimlə söhbət edərkən həmişə belə deyərdi: hər kəs ki meydana çıxıb deyir ki, mən millətpərəstəm və döşünə döyür ki, milləti irəli aparıram, bil ki, bu sözü ya yalandan deyir, ya da ki doğrudan. Əgər bunun yalan və doğruluğunu bilmək istəsən, get lap əvvəl onun öz ev-eşiyinə bax. Əgər gördün ki, bunun öz ev-eşiyində bir səliqə, bir qayda, bir intizam var, onda bil ki, kişi doğrudan da milləti irəli apara bilər. Yox əgər gördün ki, bu heç öz evini dolandıra bilmir, onda ağzına vur, deyinən ki, qələt eləyirsən, səndən millət irəli aparan ola bilməz.Mənim ağlım kəsir ki, zərifin bu sözü bir yana baxsan haqdır.
Ordan-burdan 114Sədini tənqidAdam oturub, Sədinin Gülüstanını, ya Bustanını, ya bütün külliyyatını oxuduqca özü-öz başına fikir eləyir və görür ki, hərçənd, bu kişini bir belə tərifləyirlər. Amma, sözün doğrusu, mən and içirəm ki, Sədinin bu dünyadan bir belə də xəbəri yox imiş. Yalan ki, demirəm, özünüz elə bir baxın, görün, məsələn, bu kişi nə yazır? Bustanın bir yerində deyir ki:
Başqa şairlərin şeirləri · Satira
Gülmesin, hergiz cahanda ruyİ-ürfan, gülmesin,Çıxmasm şəmsi-temoddun, əhli-vicdan gülməsin.
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?
Bilirəm“Zəhlə töküb yazma” – deyənlərəYazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm,
Ağbaşlar içtimainin qətnaməsiŞükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.