Müdhiş etiraz
Bu gün dünyada bir yer yoxdur ki, oradan iğtişaş sədası, şuriş səsi gəlməsin. Demək olar ki, yaşadığımız bu XX əsrdə bütün dünya ümumi bir qələyan, hərcayi bir həyəcan içində titrəməkdədir.
Ən mədəni tayfalardan başlamış, ən vəhşilərə kimi, bu gün hamı şuriş və iğtişaşa sarılıb mübarizə edir və bu günə kimi ümumi sükunəti xələldar edirlər.
Əcəba, bu şuriş, bu iğtişaş, bu mübarizə nə üçündür?
Bunlar hamısı çürümüş, köhnəlmiş əməldən düşmüş qayda və nizamlara qarşı, qəti bir etirazdır. Görünür ki, bu XX əsr, keçmiş əsrlər tərəfindən bərpa edilmiş qayda və nizamlara təhəmmül eləmir. O qayda və nizamlar bir o qədər köhnəlibdir ki, yenilənmək və tazələnməyə meyyal olan həyati-bəşəriyyənin asayiş və intizamını təmin edəməz.
İştə, o səbəbdəndir ki, hər tərəfdən etiraz sədaları qalxıb, artmaqdadır. Bir ovuc köhnəpərəst və irticapəsənəd adamların bu etiraz sədalarını yatırtmağa qarşı olan təşəbbüsləri, onlar üçün heç bir müvəffəqiyyət hasil edəməz. Bu sədalar get-gedə çoxalıb, artıb, axırda gurultulu bir zərbə ilə qarşısına rast gələn bütün mümaniətləri nist və nabud edər. Daha bu etiraz seli qabağında köhnəpərəstlik qayaları sədd olub davam edəməz!..
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-mudhis-etiraz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Komediya)*Əvvəlinci məclis
QalmaqalƏvvəlinci məclisTürkiyə** (sair dövlətlərə). Bircə siz mənim işimə qatışmayın, qoyun mən öz əlimlə öz başım olum, işlərimi də düzəldim! Yəni Siz Makidoniyanın rahatlığını istəmirsinizmi? Sizin işiniz yoxdur, mən onu rahat edərəm.
Dövlətlər gəzirlərİkinci məclisFransa**. Məncə, bu gün durub Türkiyə ilə pislik başlamağın heç bir mənfəəti yoxdur. Bu gün bu kişi heç birimiz ilə düşmən olmaq fikrində dəyil, mən bunu yəqin bilirəm.
İran işləriŞah** (öz-özünə). Nə tövr eləyim? Doğrudan məclisi bir də açımmı, açmayımmı? Məşrutəni verimmi, verməyimmi? Vallah qəribə işə düşmüşəm, heç baş açmaq olmur.Əmir Bahadır** (daxil olur). Sənə qurban olum! Buyur bu kağıza qol çək, bu qələm, bu da mürəkkəb.
Başqa şairlərin şeirləri · Satira
Aman, ay Kirpi dayı, aç, oxu peymanımızı,Yaz, bütün hər yerə bildir bizim elanımızı.
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
Əvvəl və indiƏvvəl kəbin kəsərdi bir kəllə qəndə molla,Gündə nikah oxurdu dörd-beş həpəndə molla.
KontorçularımızAman, kantorçularımız, dad sizdən,Bizi zar eylədiz, fəryad sizdən!