Abbas Mirzə Şərifzadə haqqında
1
Dursunəli – Hamlet! Nə böyük məsafə! Nə ağır yollar! Nə parlaq nailiyyət!
2
...Aktyor ömründə 20 illik yol uzun bir yoldur. Türk aktyorunun ömründə isə bu yol iki və üçqat uzundur.
Türk aktyorunun yolunun İki tərəfi istehzadan, həqarətdən yapılmış, sərac yol özü isə iti tikanlar ilə döşənmiş çuxurlardan və uçurumlardan ibarətdir. Abbas Mirzə ətrafını çulğalayan bir böylə maneələrə baxmayaraq, müstəqim, mətin, ümidlə dolu bir ürəklə bu uzaq yolu qəhrəmanlıqla keçib türk səhnəsində parlaq bir məkan tutmuşdur. Səhnəyə qədəm qoyandan İndiyədək Abbas Mirzə Şərifzadə rol arxasınca gəzməmiş, həmişə rol onu axtarmış, tədriclə bir məktəb uşağıdək xırdaca rollardan başlamış, axırda bu mövqeyə çatıb türk səhnəsinin zinəti və Avropa miqyasında tanınan aktyoru olmuşdur. Nadir şah, Ağa Məhəmməd şah, Pərviz, Nəcəf bəy, Aydın, Oqtay və axırda Otello və Hamlet rollarını məharətlə yaratmışlar. Türk aktyoru heç vaxt aristokrat və burjuaziya sinfinə xidmət etməmişdir. Teatromuzun həyatının şahidləri onu təsdiq edirlər. Aktyorun xidməti həmişə kütləyə oldubdur.
Aristokratlar və burjuylar aktyordan həzz aparırdılarsa, o həzzi lotu Cabarlardan apardıqları həzzdən ayırmamışlar. Kütlə isə həmişə aktyoru özünə oğul, ata və müəllim bilibdir. Odur ki, zəhmətkeş sinfi hökuməti öz əlinə alarkən aktyora layiq olduğu məqamı verdi və öz aktyorlarını vaxtı-vaxtında ürəkdən təbrik etməməkdədir. Aprel inqilabından sonra Abbas Mirzə səyini onqat artırıb zəhmətkeş sinfə xidmət etmiş, xalqın sevimlisi olmuşdur.
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-abbas-mirze-serifzade-haqqinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sabiq tacir Ağa Qurbanı hamı tanıyırdı. Rastabazarda iki qapıdan ibarət böyük bəzzaz mağazası vardı; ildə neçə dəfə ticarət niyyəti ilə Moskvaya, Nijni Novqoroda, Lodza, Varşavaya gedib-gəlirdi. Şəhərdə İki böyük imarəti var idi. Hər biri ona bir neçə min manat mədaxil gətirirdi.Ağa Qurban nədənsə məni xoşlamışdı. Düşəndə birgə gedib onun dükanından parçadan-purçadan almaq istərdim. Məni əyləşdirib bir stəkan acı çaya qonaq edib, gəzdiyi şəhərlərdən, çəkdiyi keflərdən nağıl edirdi:
QabanBöyük poçt yolunun kənarında uca bir təllin üstündə vaqe, bir mərtəbəli, ağ daşdan yapılmış bina çaparların mənzili idi. Çaparların vəzifəsi dəmiryol moqifindən gəlib şəhərə və şəhərdən gəlib moqifə gedən poçtu müşayiət etmək idi. Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Bu bir dünya görmüş, neçə illər polis idarələrində qədim murovlar, pristavlar, naçalniklər yanında xidmət etmiş şirİndil, zərif, gödək boylu, altmış sinnini ötürmüş bir kişi idi.Poçt yolu ilə gəlib gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmaliməmnuniyyətlə rəf edərdi. Qubernator həmişə deyərdi: “Poçt yolundakı çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd qoyunla otlar”.
Söhbətİsti yay günlərindən biri idi. Evin bürküsü məni boğduğundan, durub küçəyə çıxdım. Küçədə də, doğrudur, hava çox isti idi, amma bununla belə, balaca bir külək də əsirdi. Camaat istinin əziyyətindən küçələrdə əkindən qayıtmış yornuq öküz kimi o yan-bu yana dolaşırdı. Sərin su satılan dükanların qabağında xalq növbəyə durub, bir şahı, iki şahı verib özlərini bir az sərinlədirdilər. Cibi bir qədər pullular özlərini pivəxanalara verir, oralarda axşam sərini düşənədək vaxtlarını keçirməyə hazırlaşırdılar. Bir əlimdə papağım, o biri əlimdə dəsmalım şəhər bağının darvazasından ötəndə, bağdan bir nəfər məni səslədi. Dönüb qədim dostum Kərbəlayı Hüseynəlini gördüm.Bu görüşdən dolayı çox şad olub bağa girdik. Salamlaşdıqdan və əhvalpürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik.
MüsibətSərdarovların evində şivən qopmuşdu. Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi.Neçə il idi ki, Sərdarov vətənini tərk edib, Türküstana getmişdi. Bu müddətdə Türküstanda onun böyük ticarəti, hər şəhərdə mülkü, karvansarası, ticarətxanasının şöbələri var idi. Krasnovodski o tərəfə addayandan sonra hər şəhərdə Sərdarovun adını eşidə bilərdin. Rusiyanın cəmi ticarət mərkəzlərində Sərdarovun etibarı var idi və banklar həvəslə onun üzünə öz qapılarını açırdılar. Sərdarovu nəinki Rusiya, hətta İran da tanıyırdı. Ildə neçə dəfə böyük karvanlar Hacı Səlim Sərdarovun xuşkabar yüklərini Xorasandan Türküstana gətirirdilər. Hacının sərvəti haqqında növbənöv hekayələr söylənərdi və onun banklarda olan pulunun qədərini milyon hesab edərdilər. Bir nəfər hacının əqrəbasından getdiyi Kərbəlaya and içərdi ki, bu sözü ona Hacı Səlim özü söyləmiş. Biz onun sərvətinin qədərini bilmirik, az idimi, çox idimi; dörd bacısı da bilmirdi; ancaq bircə şey məlum idi. Hacı Səlim çox böyük sərvət sahibi idi.
Başqa şairlərin şeirləri
Eşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim!Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!
Bax birisinəƏvvəl dörd kitabdan, hər bir hesabdan,Siftə qələm çalmış Hax birisinə.
Samur kanalıSamur çayı, yadındamı,Şırıldayıb axardın sən?
VəsiyyətVurma əl türbətimə, türbəti-Adəm də mənəm,Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.