Birinci pərdə
Səhifə 2 / 3 · 33%
İkinci bşəkil
Hacı Mirzə Əhməd ağa ağanın həyəti. Füqəra, əlil, şikəst kişilər və Qadı nlar
toplaşmışlar.
Müctəhidinamili (çıxır). Camaat, sakit olun! Nə qeylü-qaldır? Bura müctəhid qapısıdır, zənanahamam deyil. Səs-küy salıb ağanın istirahətini pozmayın.
Camaatdanbirneçənəfər. Baş üstə, sakit durarıq.
Birqoca. Xalqa nə verəcəksiniz verin, dağılıb getsinlər, ağa da istirahətindən qalmasın.
Amil gedir.
Birqoca (o birisinə). Görəsən ağanın iltifatı bu gün nə qədər olacaq?
Obirisi. Hər nə qədər olar, evi abadan.
Birçolaqcavan. Necə yəni nə qədər olar? Ağa məgər bu xalqa atasının malını verir? Məmləkətin hər yerindən göndərilən imam malıdır. Çox gələr çox versin, az gələr az. Keçən cümə axşamı hər adama iki qıran pul verib yola salıbdır. Mən bədbəxt özümdən savayı üç baş adam saxlayıram. İki qıran onların bir günlük çörəklərini ödəmir. Bəs bu külfət həftənin altı gününü nə yesin?
Birinciqoca (cavana). Ay oğul, niyə belə xam danışırsan? Budur mən bu qapıdan neçə sənədir cümə axşamlar nəzir aparıram. Bu nəzirlər hamısı gözə pərdə çəkməkdir. Hacı Mirzə Əhməd ağaya ildə neçə yüz min tümən imam malı gəlir. Ondan hər cümə axşamı bir iyirmi tümən görk üçün füqəraya paylanır, qalanı da...
Şəhər əyan və tüccarından beş-altı nəfər gəlib camaatı yarıb keçirlər, amil onları pişvaz edir.
Amil. Buyurun, qədim əziz edibsiniz, ağa sizə müntəzirdir.
Birinciqoca (cavana). Gəlib keçənləri gördün? Bu adamlar hər gecə müctəhidin evində plov basırlar. Pulların qalanı bunların qarnına gedir. Əlavə, ağanın yeddicə nəfər arvadı var. Bunları da ki acçılpaq saxlamaq olmaz.
Cavan. Bəs belə olan surətdə bu barədə qışqırıb danışmaq lazımdır, bəlkə camaatın gözü açıla.
Birinciqoca. Hünərin var, buyur çıx bazara, qışqır. Mitilinə fərman verərlər, mitilin bazarın ortasında düşər.
Amil (çağırır). Oğlan bir buraya gəl, qoca, sən də buraya gəl. (Hər ikisi gəlirlər.) Orada nə söhbət eləyirdiniz?
Qoca. Nə söhbət eləyəcəyik, acın söhbəti qarından olar, bir-birimizə dərdimizi söyləyirdik.
Cavan. Həqiqət belədir. Budur mənim iyirmi beş yaşım tamam deyil. Hacı Kamyabın pambıq zəmisində işləyirdim, qolumdan ilan çaldı, sağ qolum düşdü, oldum əlil. Yoxsa mənim taylarımın əlləri də, ayaqları da pul qazanır, mən olmuşam möhtac. Hər cümə axşamı gəlib buradan iki qıran imam malı aparıram. Qoca əmi ilə bu barədə söhbət edirdik.
Amil. Müctəhid ağanın qulluğunda beş nəfər amil var. Bizim hər birimizin yüz qulağı var. Qapını bağlayıb arvadınla danışdığın söhbəti biz eşidirik. Sizin də söhbətinizi gözəl eşitdik. Mən bu saat sizin ikinizi də əliboş bu qapıdan qovardım, ancaq sizin külfətinizə rəhmim gəlir. Mən görürəm siz ikiniz də fikirli, qanacaqlı adamlarsınız. Ona görə sair fürqəradan seçirəm. Sizin hər biriniz həftədə bir tümən pul alacaqsınız, bəşərti belə söhbətləri boşlayasınız (pul verir). Bu tümənləri qoyun
cibinizə, yenə qarışın camaata. Sonra camaat ayağından da nəzir çatar.
Qoca və cavan pulları alıb qayıdırlar.
Qoca (cavana). Bala, bu işin adına nə deyərlər?
Cavan. Nə deyəcəklər? Dilə qıfıl vurmaq.
Qoca. Dürüstdür. Bizim dilimizi bağlamaq üçün hər birimizə həftədə bir tümən məvacib kəsdilər. İndi fikir et, gör şəhərdə dolanıb, ağanın kəşfikəramətindən danışan müftəxorlar nə qədər məvacib alırlar?!
Birqadın (amilə). Ay qardaş, bizə nə verirsən ver, yola sal, qapımı bağlı qoyub gəlmişəm, evim yiyəsizdir.
Amil. Çox danışma, dayan Xalq alanda sən də alarsan.
İkinciqadın (birincisinə). A Fatmanisə, sən də buradasan? Oğlun azarlı idi, sağaldımı?
Birinciqadın. Oğlum sağaldısa, mənim burada nə işim var?! Həkim pulu tapmadım. Dedilər ki, bizim naxoşlarımızın dərmanı ancaq Hacı
Mirzə Əhməd ağanın ulağının ayaq basdığı yerin torpağıdı. Getdim bir ovuc gətirdim. Təhvil suyuna çalıb tökdüm naxoşun boğazına. O saat yuxu tutdu, yatdı. Elə o yatan idi ki, yatdı. Heç ayılmadı. Evim yıxıldı, qaldım düzlərdə.
Amil (Q a d ı nın üzərinə acıqlanır). Arvad, çox füzulluq eləmə, səsini kəs!
Birinciqadın. Mən nə danışdım, ay qardaş, dərdimicə qonşuma dedim.
Am i l. Xub. Xub, sakit ol.
İkinciamil (çıxır). Camaat, növbə ilə düzülün, arvadlar bir tərəfə, kişilər də o biri tərəfə. Ağa təşrif gətirir.
Hacı Mirzə Əhməd ağa çıxır, qapıda dayanıb yavaşcadan dua oxuyub salavat çevirir.
Dalınca bir nəfər, əlində içi pul ilə dolu cam, çıxır. Müctəhid camaatın arasında yeriyərək
sağa və sola pul paylayır. Hamı baş əyərək pulları alır. Pulu payladıqdan sonra üzünü
camaata tutur.
Hacı Mirzə Əhmədağa. Eyyühənnas!
Amil (ucadan). Xamuş! Ağanın sizə sözü var.
Hacı Mirzə Əhmədağa. Eyyühənnas, xudavənd-aləm buyurur: əlfüqərai əyali vəl əğniyai vükəlai. Yəni füqəra mənim əyalımdır və sərvətdarlar mənim vəkillərim. Bu sizə təqsim olunan imam malını göndərənlər həmin Allahın vəkilləridirlər. Onların gün-gündən artmasına dua eləmək hər fəqirin borcudur. Allahümmə təqəbbəl ehsanəlməhsinin behəqqi Mühəmməd və aleh və behörməti sərətülfatihə. (Müctəhid və camaat fatihə oxuyurlar.) Gedin, Allah sizə yar olsun.
Camaat dağılır.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-kamran-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1812-ci il idi. Napoleonun qoşunları Moskvaya doğru hərəkət edirdi. Zaqafqaziyada Nadir şah imperiyasının xarabalıqları üzərində yaranmış asılı və yarımasılı xanlıqlar, Pavel və Aleksandrın əlindən bir cüt general epoleti alan və xalqla istədikləri kimi rəftar edən despotlar tərəfindən idarə olunurdu. Xalq onların zülmü altında inləyirdi. Əhalinin həyatı və əmlakı bütünlüklə xanların əlində idi. Feodallara tabe olan kiçik bəylər özlərinin iyrənc tələblərini ödəmək və xanları daha da varlandırmaq üçün əhalinin son tikə çörəyini əlindən alırdılar. Müharibəyə başı qarışan mərkəzi hökumətin ucqarların həyatına nəzarət etmək imkanı yox idi və üsyanlara yol verməmək üçün cahil xanların özbaşınalığına göz yumurdu. Feodal xanların, bəylərin, xüsusən ruhanilərin caynağında olan xalq, nadanlığın tünd qaranlığında boğulurdu. Ancaq mollalar savadlı idilər, qalan xalq isə cəhalətdə qalmışdı, o vaxt ziyalıların olması haqqında düşünməyə belə dəyməzdi.Xalqın ağlında və düşüncəsində çox böyük çevriliş yaradan ilk Azərbaycan dramaturqu və mütəfəkkiri M.F.Axundov belə amansız cəhalətin hökm sürdüyü bir zamanda, 1812-ci ildə Şəki xanlığının mərkəzi Nuxa şəhərində doğulmuşdur.
Mirzə Fətəli və ərəb əlifbasıƏrəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin, bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi müsəvvitənin yazılmamasıdır.Ona görə bu əlifbanın istər islahi, istər büsbütün təğyiri yolunda çalışanlar çox olublar: Mirzə Məlkum xan, Mirzə Rza xan, Abdulla bəy Əfəndizadə, osmanlı ədiblərinin çoxu, islahçılar bir qədər müvəffəqiyyət qazanıblar isə, təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə verib, buradan Şərq ölkələrinə yayılmaqdadır.
Maksim Qorkinin həyat və yaradıcılığıÇocuqluqda və cavanlıqda cürbəcür bəlalara, müsibətlərə düçar olan, yurdsuz insanlar kimi yurdsuz-yuvasız, həftələrlə ac və sərgərdan dünyanı dolanıb, axırda yeni və köhnə dünyanın əziz və möhtərəm mühərriri olan və hər İki dünyanı heyrətə gətirən inqilab ədəbiyyatında “Fırtına elçisi” adını almış və Maksim Qorki təxəllüsü ilə məşhur Aleksey Maksimoviç Peşkov 1869-cu il mart ayının 29-da Nijni-Novqorod şəhərində dünyaya gəlibdir. İki ildən sonra Qorkinin atası paraxodstvo müdirliyinə təyin olunub ailəsi ilə bərabər Həştərxana köçür. Burada çocuq Qorki vəba xətsəliyi tutur, xəstəlik oğuldan ataya sirayət edir və onun ölməsinə səbəb olun. Anası dübarə oğlunu götürüb Nijni-Novqoroda qayıtmağa məcbur olur. 1875-ci ildə 7 yaşında Qorkinin məktəbə göndərilir. 1877-ci ildə vərəm xəstəliyindən vəfat edən anasından da əli çıxıb, kimsəsiz və yetim qalır. On yaşında bir çəkmə satan dükana xidmətə gedir. nəhayət, burada oxumaq ona müyəssər olmur; aclıq onu çörəkçi şagirdliyinə getməyə məcbur edir.Qazanda bir para studentlərlə ülfət bağlayıb onların vasitəsilə xəlvət işləməkdə olan bir inqilabi təşkilata daxil olur. Burada birinci dəfə olaraq Qorki inqilabi, iqtisadi və ictimai ədəbiyyatla aşina olur. Qorkinin Qazanda yaşamaqdan məqsədi hazırlaşıb darülfünuna daxil olmaq idi. Fəqət darülfünun qapısının proletar sinfi üzünə bağlı olmasını yəqin edib xəyalından daşındı.
Azərbaycanda teatrXalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər.Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi.
Başqa şairlərin şeirləri
Zülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
VermədimXoş bəyanlıq virdim oldu, böhtana yol vermədim,Şirin süxən əndəlibəm, hədyana yol vermədim,