Millət dostları
Səhifə 1 / 2
Bir məclisdə xırda milli teatr
Əhli-məclis keyfiyyət bir məclisdə
Əsgərbəy – dava vəkili
Səfi – Əsgərbəyin nökəri
Firudinbəy – injiner
Ev sahibi
Səfərbəy – meşəbəyi
Vəlibəy – təbib
Mürsəlbəy – silistçi
Neçə nəfər mütəməddin əşxas
Əsgərbəyin qonaqları
Əhvalat keçir Əsgər bəyin mənzilində. Əsgər bəy stolun ətrafında gəzir. Nökər Səfi
stolun üstünə boşqablar və ənva məşrubat düzür.
Əsgərbəy. Səfi, sən niyə Martirosa demədin ki, həmişə göndərdiyi çaxırdan göndərsin? O bilmirmi ki, mən Qarakənd çaxırından savayı ayrısın xoşlamıram?
Səfi. Ağa, mən dedim, amma yəqin Qarakənd çaxırı qurtarıb. Əgər xahiş eləyirsən, aparım qaytarım, Qarakənd çaxırı gətirim. Qələt eləyir, özündə də olmasa, özgə yerdən alsın versin.
Əsgərbəy. Eybi yoxdur, qoy dursun, bunları verərəm Firudin bəylə Vəli bəy içərlər. Onlara Allah baxıbdır, hər nə zəhrimar versən qarınlarına doldurasıdırlar. Ancaq kef gətirsin.
Səfi. Doğru buyurursan, ağa, şkafda da bir üç-dörd butulka Qarakənd çaxırı var, sənin üçün kifayət elər. Bir də, ağa, bağışla, ayıb olmasın soruşmaq, bu qonaqlıq nədən ötrüdür?
Əsgərbəy. Vallah, bilmirəm nə tövr deyim başa düşəsən. Bu gün yoldaşlarımı qonaq çağırmışam, istəyirik bir cəmiyyət bina qoyaq ki, o cəmiyyət müsəlman camaatının həmişə qabağa getməsinə çalışsın. Məsələn, şkolalar açsın, pul yığıb füqəraların uşaqlarını böyük şkolalarda oxutsun və belə-belə xeyir işlər görsün, başa düşdün?
Səfi. Niyə düşmədim, çox gözəl başa düşdüm. Allah sənə ömür versin, ağa. Elə fəqir-füqəranın duası sənə bəsdir.
Əsgərbəy. Taqqıltı gəlir, çıx gör nədir, deyəsən qonaqlar gəlirlər. (Səfi çıxır.) Budur, neçə ildir ki, millət fikri mənim ürəyimdə bir böyük dağ olub. Amma tək olub kar görə bilməmişəm... İndi ümidvaram ki, bir belə yoldaşların köməyi ilə mənim başımdakı xəyallar hamısı vücuda gələ. (Daxil olurlar: Firudin bəy, Vəli bəy, Səfər bəy, Mürsəl bəy və bir neçə sair qonaqlar.) Buyurun, buyurun, ya Allah, bəs niyə gec gəldiniz? Firudin, sən ki saat birə vədə vermişdin, İndi üçün yarısıdır.
Firudinbəy. Doğrudur, mən vaxtında elə evdən çıxmışam, amma yolda Anna Petrovna çıxdı qabağıma, dedi, gərək mənimlə gedəsən Arakelovun mağazasına. Əlacım kəsildi, getdim, oradan bir neçə əskiüsküdən alıb məni yüklədi. Dedi gərək məni evə provodit eləyəsən. Nə qayırım, mən olmayım, sən ol, Anna Petrovnanın sözünü yerə salmaq olar? Aparıb evlərinə qoyub qayıtmışam. Odur ki, bir az apazdat elədim.
Əsgərbəy. Bəli, sənin damski kavalerliyinə söz yoxdur.
Vəlibəy. Əsgər bəy, mən səni bir anlaqlı adam bilirdim. Deyəsən heç bir zada gərək deyilsən. Əvvəla, bir belə adam ayaq üstə durub, birinə otur demirsən və bir də Firudin ki, bir belə zəhmət çəkib yorulub, lazımdır ki, Anna Petrovnanın sağlığına bunun bığının altına bir tərkaltı vurasan.
Əsgərbəy. Mənim deməyim nə lazımdır, açıq süfrə özü size çağırır. O ki qaldı Firudinə, o elə naxaldır ki, ona təklif-filan lazım deyil, özü töküb özü içəcək.
Firudinbəy. Mənim naxallığım sənə nədən məlumdur?
Əsgərbəy. Ondan məlumdur ki, budur neçə vaxtdır bu adamlar çalışır, heç biri İmdiyədək Anna Petrovna ilə aşna ola bilməyiblər. Amma sən sitallığına salıb aşna olubsan.
Səfərbəy. Siz öləsiniz, həzərat, mən İndiyədək min beş yüz manatdan artıq Anna Petrovnanın yolunda xərc eləmişəm, yenə tanış ola bilməmişəm. Amma bu zalımın bilmirəm əfsunu var, nədir?!
Əsgərbəy. Onun əfsunu elə haman mən deyən naxallıqdır. Həzərat, mən ölüm, quru danışıqdan fayda yoxdur, buyurun zakuskadanzaddan eləyin. Firudin, yaxınıma gəl, səni mən öz dəst-xəttimlə doyuzduracağam. (Qonaqlar əyləşirlər, Firudin bəy əyləşir Əsgər bəyin yanında. Əsgər bəy araq töküb ona verir və sair qonaqlar həmçinin rumkalara araq tökürlər.) Buyur, iç Anna Petrovnanın sağlığına.
Qonaqlarhamısı. Firudin, Anna Petrovnanın sağlığına.
İçirlər.
Mürsəlbəy. Allah sizin dostluğunuzu möhkəm eləsin. (İçir).
Firudinbəy. Sağ olun, çox razıyam. (İçir.) Tfu... nə murder araqdır! Bu zəqqumu haradan alıbsan, ay Əsgər? Bir onun şüşəsini bura ver görüm. (Baxır.) Oxay! Mənim zəhləm elə Popovun arağından gedir, bu da gedib Popov alıb. Niyə, bu dağılmış bazarda Smirnov tapılmır? Mürsəl bəy. A kişi, iç getsin o yana, sən nə anlayırsan Smirnov nədir, Popov nədir? İndi bu camaata özünü göstərirsən?
Vəlibəy. Siz öləsiniz, camaat, mənim otuz beş yaşım var, bir dəfə araq şüşəsinin üstünü oxumamışam. Neyləyirsən, qardaş, araq araqdır, iç getsin dərdinin dalınca. Müsəlman nə anlayır arağın ya çaxırın yaxşısını, pisini, əlinə düşdü, iç keflən, ya iskandal elə, ya yıxıl yat.
Səfi sup gətirib qoyur. İki butulka da çaxır qoyur Əsgərbəyin yanına
və məclis qurtarınca peydərpey çörək və meyvəcat gətirir.
Əsgərbəy. Həzərat, boşqablarınızı bir-bir verin sup töküm. (Töküb verir.) Zakuska ilə qarnınızı doydurmayın, sonra bir şey yeyə bilməzsiniz.
Qonaqlar şirin yeyirlər.
Mürsəlbəy. Firudin, mən ölüm, bir nağıl elə gərək Anna Petrovna ilə nə tövr aşna oldun?
Firudinbəy. Nə borcunuzdur, hər tövr oldum.
Qonaqlar. Firudin, mən ölüm, nağıl elə!
Firudinbəy. Adama bir yaxşı bakal onun sağlığına çaxır için deyim. (Qonaqlar hamısı şərab töküb “Anna Petrovnanın sağlığına” deyərək içirlər.) İndi deyim: sizin hərəniz bir neçə qədər pul xərc edibsiniz. Amma heç birinizə onunla aşna olmaq mümkün olmayıb. Amma mən bu yolda cəmicümlətanı üç manat altı şahı xərc eləmişəm. Bir gün çox murdar palçıqlı havada küçədə gedirdim. Gördüm Anna Petrovna yubkasının ətəyini yığıb əlinə, istəyir küçənin o tərəfinə keçsin. Bir faytonçuya yanaşıb dedim: qoçağım, nə verim faytonla şıdırğı o xanımın böyründən ötüb onu yıxasan? Faytonçu əvvəl qəbul eləmədi. Sonra onu üç manata razı elədim. Gözünə döndüyüm, faytonu tərpədib bunun böyründən nə tövr ilişdirdisə, təpəsi üstə getdi lığın içinə, ürəyi getdi. O saat üstünü aldım, bir fayton çağırıb içinə yıxıb apardım evlərinə. Ata-anasına keyfiyyəti nağıl elədim, az qaldılar məni duz kimi yalayalar. Bir azdan sonra Anna Petrovna da ayılıb əhvalatı bildi. O gündən mən olmuşam onların evlərinin məhrəmi.
Vəlibəy. Afərin, Firudin, afərin, Firudin! Həzərat! Firudin bəyin sağlığına. (Şərab tökür.) Firudin, qardaş, sağ ol. (İçir.)
Qonaqlar. Firudin, sağ ol.
İçirlər.
Əsgərbəy. Camaat, mən sizə iki-üç kəlmə söz demək istəyirəm. Təvəqqe eləyirəm bir-iki dəqiqə zarafatı kənara qoyub, qulaq asasınız.
Mürsəlbəy. Buyur, qulaq asırıq.
Əsgərbəy. Mən istəyirəm bizim bugünkü yığıncağımızın səbəbini sizə vəz eləyim.
Qonaqlar. Qulağımız səndədir, buyur.
Əsgərbəy (qalxır ayağa.) Yoldaşlar! O sözlər ki mən istəyirəm sizə deyim, sizin üçün bir təzə şey ola bilməz, çünki hamınız əhli-elm, əhli-savad və qələm, tarixdən baxəbər şəxslərsiniz. Sizə məlumdur ki, keçmiş zamanlardakı Avropa camaatı filcümlə zülmətə qərq idi, elimin işığı cəmi məşriq zəmini münəvvər eləmişdi. Tayifeyi-islam hər bir elmə dara və sənayedən baxəbər idi. Yada gətirin xülaveyiBəni Abbasiyəni, ələlxüsus Harun ər Rəşid əsrini, yada gətirin qarih xülafələrin əsrini. Amma İndi o əsrlərdən və keçmiş elmlərdən bir nişanə müsəlman arasında görmürük. Avropa, elmi müsəlmanın əlindən qəsb eləyib, elm və sənətin cəhətinə dünyaya sahiblik eləyir. Amma islam kor-koranə barmaqlarını yerə sürtə-sürtə özünə rahi-nicat axtarır. Bu bədbəxtliyin səbəbi kİmdir və nədir? Bu barədə danışmağı lazım bilmirəm. Ancaq ürək yanır, ciyər paralanır, göz yaşı nəfəsgahı tutur, hər bir müsəlmanın halətini mülahizə eləyəndə. Hamımıza məlumdur, yoldaşlar ki, qədim hunlər ki, İndi onlara Almaniya tayfası deyirlər, Avropaya gələndə nə sifətdə gəlmişdilər: vəhşisifət, bisərpa, hərəsi bir canavar dərisindən libas geymiş, ev əvəzində hərə biri yer altında bir qazma qayırıb orada vəhşi heyvan kimi zindəganlıq edirdilər. Çıraq ya şam bilmərrə tanımazdılar. O vədə müsəlman tayfasının bəqədir məqdur evləri var idi və heç olmasa evlərində bir piysuzları var idi ki, onunla evlərini işıq eləyirdilər. İndi o vəhşi camaat elektrik işığı icad eləyib, onunla barigaha bənzər evlərini münəvvər eləyirlər. Buna baxanda gərək müsəlmanlar elektrik işığından da gözəl bir işıq ixtira edəydilər. Amma, çifayda... İndi bu cahil tayfa, necə ki sizə ərz elədim, yolu itirib, adam axtarır ki, onun əlindən tutub zülmətdən işığa çıxarda. Bu yerdə də millətin intelegentlərdir. Ona görə mən sizə zəhmət verib buraya çağırmışam ki, biz burada millət üçün bir xeyir iş binası qoyaq. Mənim xahişim budur ki, biz bir cəmiyyət təsis eləyək və o cəmiyyətin adını “Avam arasında savad intişar edən cəmiyyət” qoyaq. Bu cəmiyyətin məramı xırda şkolalar açmaq, camaat arasında ucuz kitablar paylamaq, cürbəcür növlə pullar yığıb fəqir uşaqları böyük şkolalara göndərmək və sair təsisat-xeyriyyə bina etmək olsun. Ümidvaram ki, buraya cəm olan yoldaşlar ittifaq edib bu xeyir işin vücuda gəlməsinə səbəb olacaqlar. Dübarə təkrar edirəm: millətin gözü bizdədir və biz ki, adımızı millət dostları qoymuşuq, onun irəli getməyinə çalışmasaq, bir böyük günah elərik. (Əyləşir.)
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-millet-dostlari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Mükalimə)P r i s t a v – A gədə, sən qəribə bihəyasan. Neçə dəfə mənə söz veribsən ki, oğurluq eləmiyəsən. İndi bu nə işdi? Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan.
İanəKömürçü Muradın şəhərin kənar küçələrindən birində bir balaca daxması var idi. Cəmi mayəhtacı bir palaza, üç-dörd mis qaba və üç dəst rəxti-xaba münhəsir idi. Murad öləndən sonra haman daxmada qalan arvadı Fatmanisə və iki oğlu idi. Böyük oğlu Teymurun on yaşı tamam olmamışdı, kiçik oğlu Əmirin iki yaşı var idi. Fatmanisə qonşular üçün işləməklə balalarını dolandırırdı.Bir gün böyük oğlu Teymur bərk xəstələndi, belə ki, dirilməsindən həkim mirzə Səttar da naümid idi. Fatmanisə istəkli oğlunu belə görüb, gecələr sübhədək yatmayıb ağlayırdı. Axırda nəzir etdi ki, oğlu sağalsa, var-yox palazını satıb, bir qurban alıb kəssin. İttifaqən Mirzə Səttarın dərmanları səbəb düşüb Teymur sağaldı. Neçə gündən sonra Fatmanisə palazı qonşusu dəllal qozbel Pirquluya satıb, bir qoyun alıb qurban kəsdi. Naxoşluqdan təzə durmuş Teymur qurbanın kababından çox yediyindən, heyzə olub, vəfat elədi.
Yeni təbabətHəmədan sərdarı Qarınqulu xan yeyicilikdə böyük şöhrət qazanmışdı. Nökərləri söylərdilər ki, xan bir toğlunu içalatı ilə, quyruğu ilə doğradıb, qovurtdurub tək yeyir və üstündən də bir güvəc turş qatıq içib yıxılıb xorhaxor yatır. Hətta belə nağıl edirdilər: ətraf xanlardan onun kimi çox yeməkdə məşhur olanlar Həmədana gəlib xan ilə yeyişmə müsabiqəsi (mərci) qurardılar və xan hamısını məğlub edib yola salardı. Bir dəfə Ətəbatialiyədən Həmədana təzə bir axund təşrif gətirmişdi. Söz yox ki, axund sərdara salam verməyi vacibatdan bilib, xanın qulluğuna müşərrəf oldu. Xan axunda lazimeyi-nəvaziş və ehtiram göstərdikdən sonra, sabahı gün axundu nahara təklif etdi. Axund kəmali-məmnuniyyətlə sərdarın təklifini qəbul edib getdi.Sabahı günü xanın evində ziyafət üçün böyük hazırlıqlar görülməkdə idi. Bir yanda qoyun kəsilirdi, bir yanda toyuqlar kəsilirdi, göyərti təmizləyən kim, badımcan təmizləyən kim, badam qabığı arıdanlar, qoz ləpəsi təmizləyənlər, soğan soyanlar... xülasə, sərdarın aşpazxanası bir-birinə dəymişdi. Xan da əziz qonaqlarına müntəzir idi. Şəhərin üləması cəmiyyən dəvət olunmuşdular. Əlavə şəhərin əyanından, Zindığıddövlə, Sərsamilməmalik, Dumbulussəltənə, tacirbaşı Hacı Zeynəlfasiqin həmçinin sərdarın ziyafətinə çağırılmışdılar.
Sarı toyuqCavan Əhməd on sənə idi ki, öz arvadı Güləndamla yaşayırdı. Güləndam Əhmədin həm arvadı, həm əmisi qızı idi. Bunları beşikdə ikən bir-birinə nişanlamışdılar. Əmi qızı və əmi oğlu xeyli mehriban dolanmaqda idilər. Bu on sənənin müddətində bircə dəfə də olsun aralarında nə inciklik, nə də bir dürüst danışıq olmamışdır. Bunların bircə qəmləri var idi: övladları olmurdu. Bu övladsızlıqları hamıdan artıq onların ata-analarına təsir edirdi.Anası qızını neçə pirə və ocağa aparmışdı. “Altıbarmaq” seyidə əlli manat verib dua yazdırmışdı. Amma bunların heç birisi bir nəticə bağışlamamışdı. Axırda oğlanın anası dedi:
Başqa şairlərin şeirləri
Nə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,