Xəyalat
Səhifə 1 / 2
Mirzə Fətəli Axundovun təvəllüdünün yüz illik
yubileyi münasibətilə yazılmış
Bir məclisdə
Əşxas
MirzəFətəliAxundov
Rəşid – onun oğlu
Kitabpaylayanşəxs
Hatəmxanağa – mülkədar, qarabağlı
HacıQara – sövdagər
DərvişMəstəlişah – cadugəri-məşhur
MollaİbrahimXəlil – kimyagər
Nökər – Mirzə Fətəlinin evində
Əhvalat vaqe olur Tiflisdə, Mirzə Fətəlinin evində. Mirzə Fətəli əyləşib yazıstolunun
dalında. Daxil olur kitabpaylayan şəxs.
Mi rzəFətəli. Hə, nə xəbərlə gəldin? Kitabların hamısını paylaya bildinmi?
Kitabpaylayan. Nə ərz edim? Elə payladım ki, paylamasaydım ondan yaxşı olardı.
Mi rzəFətəli. Necə?
Kitabpaylayan. Bir müsəlman kitaba yaxın düşmədi. Hər kəsə verdim, dedi...
Mi rzəFətəli. Nə dedi?
Kitabpaylayan. Deyə bilmirəm. Qorxuram ovqatınız təlx ola.
Mi rzəFətəli. Sən deməmiş də mən özüm anlayıram. Deyiblər, at o yana kafirin kitabını! Belədirmi?
Kitabpaylayan. Bəli! Deyirlər kitab oxumaq istəsək, o qədər lazımlı kitablar var ki, üstünü toz basa-basa qalıb bu şkaflarda. Oturub hər qaravəllini oxusaq, gərək adımızı dəli qoyaq. Hətta bir bəy var idi, dedi: “Mən Mirzə Fətəlini yaxşı tanıyıram, özü ilə da qədimdən aşnalığım var. Ona deginən ki, o bir ağıllı adam sayılır, eyib deyilmi ki, belə cəfəngiyata qələmini sərf edib, özünü aləm içində rüsvay edir” Bu halda bir hacı üzünü camaata tutub dedi: “Camaat, qaçın bu kitablardan. Əgər bunlar mənfəətli kitablar olsaydı, camaata müftə paylamazdılar. Yəqin Mirzə Fətəli, necə ki, özü laməzhəb olub, Allahın yolundan çıxıb, elə də istəyir camaatı laməzhəb etsin”. Xülasə, bir nəfər kitablara yaxın düşmədi.
Mi rzəFətəli. Bəs kitablar necə oldu?
Kitabpaylayan. Sabahı günü camaat kitabların üstünə bir halətlə töküldü ki, özüm də təəccüb etdim: dedim, aya, bir gecədə bu təğyir bunlarda haradan əmələ gəldi? Sonra eşitdim ki, bir mollanın təhkirinə görə gəlib, məndən kitabları alıb aparıb odlayıblar və bir qədərini də biri bir manatdan ermənilərə satıblar. Heyf olsun sizin zəhmətiniz, səyiniz.
Mi rzəFətəli. Eybi yoxdur. Anlayana nəsihət etmək ağılsızlığa dəlalət edər. Nəsihəti avama, qanmayana edərlər. Avam əvvəl sənin nəsihətini anlamayacaq, sənə əziyyət edəcək, föhş verəcək. Hamısına mütəhəmmil olmalı. Bizdən qabaq da kişilər gəliblər və millət yolunda çalışıbdırlar. Onları nə müsibətlərə düçar ediblər? Öldürüblər, oda atıblar, kitablarını mənim kitablarım kimi odlayıblar. İllər keçib, zəmanələr dolanıb, o şəxslərin əkdikləri toxumlar bar verib. İndi onların qəbirləri ziyarətgah olubdur. Vaxt olar mənim də toxumlarım bar verər. Mən bəlkə o günləri görməyim. Amma oğlum, nəvələrim də görsələr mənə hesabdır. Camaatın avamlığına baxma, mən səpdiyim toxum qabil torpağa səpilib. Mən millətimin gələcəyinə və xoşbəxt günlərinə xatircəməm və bu xəyalla da ölüb gedəcəyəm. Hər bir qaranlığın axırı işıqdır və mənim millətim də yəqinİmdir ki, zülmətiəbədi içində deyil, onun da bir ışıqlı günləri var. O vədə öz babalarının əməllərindən xəcalət çəkib, xeyirxahları ilə bədxahlarını, əlbəttə, tanıyacaqlar. Arzu edərdim ki, mənim tək təkfir olanların qədəri çox olaydı, bəlkə millətin işıqlı günü tez gələydi. (Kitabpaylayana) Zəhmət çəkibsən, yorulubsan, get rahat ol.
Kitabpaylayan. Mirzə, mənim zəhmətlərim sizin zəhmətlərinizin yüzdən biri ola bilməz. Millət yolunda zəhmət çəkmək böyük rahatlıq deyilmi?
Mirzə Fətəli. Kaş hamı belə anlayaydı! Nə olardı, bizim də sair millətlər tək hər şəhərdə üç-dörd qanan, oxumuş adamlarımız olaydı ki, avama tərbiyə verib tərəqqi yolları göstərəydilər. Bu əyyamda şəhər camaatının ümidgahları axundlar və hacılardır. Kənd əhalisinin ümidgahı bəylərdir. Bunların heç birisi millət üçün çalışmır. Hamısı öz cibləri üçün zəhmət çəkirlər. Utanmırlar, həya eləmirlər, dindirəndə bir məsəl də çəkirlər, deyirlər: “El üçün ağlayan gözsüz qalar”. Heç kəs onlara demir ki, ağlayın el üçün, ağlayın millət üçün, qoyun gözləriniz kor olsun. O qədər ağlayın, canınız çıxınca və bilin ki, sizin millət yolunda kor olan gözləriniz, ağlamayan gözlərin hamısından yaxşıdır! Namərdlər, namərdlər!.. Gözlü ikən korlar!.. Diri ikən ölmüşlər!.. (Kitabpaylayana) Get rahat ol!
Kitabpaylayan gedir. Rəşid – on beş yaşında uşaq, rəngi qaçmış daxil olur.
Mirzə Fətəli (Rəşidə). Bala, rəngin niyə qaçıb?
Rəşid. Ata, yola çıxıram, camaat məni rahat qoymur. Şkolaya gedib gəlincə iki min pis-pis sözlər deyirlər. Deyirlər ki, Mirzə Fətəlinin oğludur, bunun atası bütün müsəlmanların kişilərini, övrətlərini həcv edib. Onun evini dağıdıb, özünü də öldürəcəyik. Bir uşaq da dalımca bir daş atdı, dəysə idi, ölmüşdüm. Yaxşı ki, dəymədi. Ata, bəlkə gəldilər bizi qırdılar?
Mi rzəFətəli. Qorxma, bala, heç kəs bizi öldürə bilməz. Sənin atan camaata haqq yolu göstərir. Böyüyüb təvarixdə də görərsən ki, haqq danışanlara nə əziyyətlər ediblər. Nə eybi var, qoy bizə də əziyyət etsinlər. Bir vaxt olar bu yaman danışan adamların övladları mənim zəhmətlərimə qiymət verərlər. Get ananın yanına, naharını elə.
Rəşid gedir.
Nökər (daxil olur). Ağa, Hatəmxan ağa, budur, çox hirsli gəlir.
Mi rzəFətəli. Qoy gəlsin.
Nökər çıxır.
Hatəmxanağa (daxil olur). Çox sağ ol, mirzə! Çox sağ ol! Biz həmişə fəxr edərdik ki, müsəlmandan da bir nəfər çıxıbdır ki, bu mənsəbə çatıb, sərdara dilmanc olub. Sən də belə? A kişi, sənin atan bir mömin, müqəddəs molla idi. Heç utanmırsan, ata-babanın yolunu itirirsən?
Mi rzəFətəli. Qızışma, Hatəmxan ağa! Bircə əyləş, görüm nə deyirsən?
Hatəmxanağa. Əyləşməyəcəyəm. Gedirəm, elə bir neçə söz deməliyəm.
Mi rzəFətəli. Buyur görək nə deyəcəksən?
Hatəmxanağa. Cəmi aləm bilir ki, sən müsəlmanlıqdan çıxıbsan. Oruc bilməzsən, namaz bilməzsən, özün də rus qaydası ilə dolanırsan.Bu sənin öz işİndir, özün bilərsən və Allahına da qiyamətdə özün cavab verərsən. Bircə de görüm sair camaatdan nə istəyirsən? Sənsiz də elə camaat Allah yolunu itirib. Elə biri mənim özüm. Bir nəfər çör-çöp yığan kafir firəngi neçə vaxt evimdə saxlamışam. Evimeşiyim olub murdar. Qab-qacağım hamısı səgdəm. Dahı bundan artıq məndən nə istəyirsən? Yoxsa xahiş edirsən ki, bu ağsaqqal vaxtımda övrətin başından yaylığını alım, buraxım küçələrə? Və ya qolunu qoluma keçirib aparım o Müctəhid bağıdır, nə dağılmışdır, orada ona rusun çayını, qəhvəsini içirdim? Və ya bu ki, mən də qardaşım oğlu Şahbaz tək başımın tükünü uzadıb, iki yana darayım? Zəhmət çəkmə, mirzə! Zəhmət çəkmə! Mən heç vaxt ayağıma çəkmə geyib, küçələrin palçığını evimə gətirmərəm. Heç vaxt hənadan, rəngdən əl çəkmərəm. Yüz sənin tək Mirzə Fətəli gələ, mən bu gözəl əllərimi qoyub qaşıqla xörək yemərəm. Mən dəli deyiləm dörd ağacı bir-birinə calayıb adını kürsü qoyub, Məhərrəm bəyin qırğısı tək üstünə qonam. Ayıbdır, əzizim, özün, yenə deyirəm, hər nə bilirsən elə. Daha müsəlmanların əməllərinə toxunma. Bunun axırı xeyir nəticə verməz. Axırda rüsvayi-cahan olarsan.
Mi rzə Fə təli. Hatəmxan ağa! Mən əlimə qələm alanda rüsvayicahan olmağı, təkfiri, föhşü, hətta ölümü qəbul etmişəm. Hər nə deyəcəksən de. Hamısı qəbulumdur və nə səbəbə də qəbul etmişəm, onu sən anlamazsan. Ancaq bir vaxt olar, sənin oğlun və nəvən anlar. Sən mənə söyürsən, amma sənin oğlun və qəvən mənə rəhmət oxuyacaqlar, yəqin bil.
Hatəmxanağa. Mənim oğlum? Mənim nəvəm? Səhv etmə! Mənim oğlum mənim belimdən əmələ gəlib. Mənim oğlum gədafərzənddən doğulmayıbdır! (Qeyzli) Əgər mənim oğlum mən tutduğum yoldan bir qədəm kənara qoya, mənə Allah lənət etsin əgər ona nifrət edib, onu oğulluqdan çıxartmasam. Elə oğlu Allah gərək qiyamətdə donuz sifətində gətirsin. Hələ bunlar hamısı bir kənara, sən mənim özümü məsxərəyə qoyubsan, bu heç, bu övrət-uşaqla nə işin var? Sən özün hərçənd müsəlmanlıqdan kənar bir adamsan, amma yenə nə qədər olsa, sənin qanın müsəlman qanıdır. Heç sənə müsəlmanın ismətinə toxunmaq yaraşarmı? Qardaş, niyə mənim övrətimin, qızımın adını camaat bilsin? Eyib olsun sənin üçün, çox eyib olsun!
Mi rzəFətəli. Haqqın var, Hatəmxan ağa, sənin də cəmi sənə oxşayanların da haqları var. Mən sinəmi sizin nasəza sözlərinizə sipər eləmişəm.
Hatəmxanağa. Bunlar hamısı heç bir şey deyil, məgərinki ədavət. Əlbəttə, gəda oğlu gəlib bir mənsəb sahibi olanda, bizim tək nəcib bəyləri bəyənməz. Eybi yoxdur, mən də gedərəm cəmi Qarabağın bəylərini yığaram bu yerə, deyərəm: “Ay bəylər, bir nəfər şəkili mollasının oğlu gedib oturub Tiflisdə, hamı biz bəylərdə sataşmamış yer qoymadı. Özümüzü məsxərə edib, övrət-uşaqlarımızı məsxərə edib, dolanacağımıza sataşır, dinimizə, məzhəbimizə əl atır, gərək bu... Əstəğfürullah, yenə ağzıma gələni demişdim... Gərək onun ağzı yumulsun. Onda görərsən başına nə oyun açarlar. (Ayağa durur.) Çiyninə bir qatma bağlayıbsan, elə bilirsən ki, heç kəsin sənə əli çatmaz? Səndən sərdarın xud özünə elə bir möhkəm donos verdirim ki, səni birbaş Sibirə itirsinlər. (Gedə-gedə) Biz bəylərin əlinin zərbini sınayarsan, sonra sakit olarsan!
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-xeyalat
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İsti yay günlərindən biri idi. Evin bürküsü məni boğduğundan, durub küçəyə çıxdım. Küçədə də, doğrudur, hava çox isti idi, amma bununla belə, balaca bir külək də əsirdi. Camaat istinin əziyyətindən küçələrdə əkindən qayıtmış yornuq öküz kimi o yan-bu yana dolaşırdı. Sərin su satılan dükanların qabağında xalq növbəyə durub, bir şahı, iki şahı verib özlərini bir az sərinlədirdilər. Cibi bir qədər pullular özlərini pivəxanalara verir, oralarda axşam sərini düşənədək vaxtlarını keçirməyə hazırlaşırdılar. Bir əlimdə papağım, o biri əlimdə dəsmalım şəhər bağının darvazasından ötəndə, bağdan bir nəfər məni səslədi. Dönüb qədim dostum Kərbəlayı Hüseynəlini gördüm.Bu görüşdən dolayı çox şad olub bağa girdik. Salamlaşdıqdan və əhvalpürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik.
MüsibətSərdarovların evində şivən qopmuşdu. Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi.Neçə il idi ki, Sərdarov vətənini tərk edib, Türküstana getmişdi. Bu müddətdə Türküstanda onun böyük ticarəti, hər şəhərdə mülkü, karvansarası, ticarətxanasının şöbələri var idi. Krasnovodski o tərəfə addayandan sonra hər şəhərdə Sərdarovun adını eşidə bilərdin. Rusiyanın cəmi ticarət mərkəzlərində Sərdarovun etibarı var idi və banklar həvəslə onun üzünə öz qapılarını açırdılar. Sərdarovu nəinki Rusiya, hətta İran da tanıyırdı. Ildə neçə dəfə böyük karvanlar Hacı Səlim Sərdarovun xuşkabar yüklərini Xorasandan Türküstana gətirirdilər. Hacının sərvəti haqqında növbənöv hekayələr söylənərdi və onun banklarda olan pulunun qədərini milyon hesab edərdilər. Bir nəfər hacının əqrəbasından getdiyi Kərbəlaya and içərdi ki, bu sözü ona Hacı Səlim özü söyləmiş. Biz onun sərvətinin qədərini bilmirik, az idimi, çox idimi; dörd bacısı da bilmirdi; ancaq bircə şey məlum idi. Hacı Səlim çox böyük sərvət sahibi idi.
Ovçu QasımOvçuların yalan danışmaları hər bir yerdə məlumdur. “Ovçu yalanı” zərbülməsəldir. Bununla belə, vay o şəxsin halına ki, ovçunun hekayələrinə inanmayıb başını bulaya və yainki çiyinlərini qısa, yaxud dodağı altında təbəssüm edə; ovçu o saat inciyib daha hekayətlərin dalısını söyləməyəcək və deyəcək:– Doğrudur, ovçu çox yalan danışan olar və mənim yoldaşlarımın arasında da qurama-qarışıq söyləyən çoxdur. Amma mən ömrümdə yalan söyləməmişəm.
QisasMüsavatın dövrü idi. Şəhərin böyük meydanlarının birində neçə yüz nəfər iki nəfəri əhatə etmişdi. Bu iki nəfərin üstünə hər tərəfdən hədə və föhş tökülməkdə idi. Əhatə olanlardan birisi üzünü izdihama tutub söyləyirdi: “Ay camaat, biz iki qardaşı siz tutub buraya öldürməyə gətiribsiniz. Əgər sizdə namus varsa, bir nəfəriniz gəlin qabağa, hər ikimizi öldürün. İkimizin də silahsız olduğumuzu görürsünüz”.Camaat bunların sözlərinə etina etməyərək, hər tərəfdən föhş yağdırırdılar.
Başqa şairlərin şeirləri
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Qurbanın olum, getmə, Əli, bircə dayan, durQurbanın olum, getmə, Əli, bircə dayan, dur,Göz yaşıma bax, gör necə ardınca rəvandır.
همی ستیزه برد زلف یار با شمشادشگفت نیست گر از وی همیشه باشم شاد
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür