Qırmızı qarı
Bir pərdədə (xəyalı)
İştirak edənlər
QırmızıqarıBirinciqarovulçu
Padşahİkinciqarovulçu
VəzirRəqqasələr
BargahəmələsiQırmızıəsgərlər
Kəniz
Padşahın qəbul otağı. Müqabilində, qapının hər tərəfində bir qarovulçu,əlində nizə,
dayanıb. Taxtın dalından Qırmızı qarı çıxıb, taxtın üstündə əyləşir.
Birinciqarovulçu. Taxta əyləşəni görürmüsən?
İkinciqarovulçu. Elə bu şəhərdə əhvalatı söylənilən Qırmızı qarı deyilmi? Bu dəqiqə nizəni onun ürəyinə soxacağam. Gözəl fürsətdir. Padşahdan ziqiymət ənam alaram. (Hücum edir.) Ey ifritə, nə vaxtadək sən bu camaatı narahat edəcəksən?! Al nizəni! (İstəyir vursun, qarı əli ilə işarə edir, qarovulçunun əlindən nizə düşür. Qarı qalxıb ahəstə orta qapıdan çıxır. Qarovulçu dalınca baxır.)
Birinciqarovulçu (ikinciyə). Mən səni belə qorxaq bilməzdim. Mən bu saat onu öldürərəm. (Qarının dalınca çölə çıxır, məyus geri qayıdır.) Yoxdur, bilmirəm yerə batdı, yainki göyə çıxdı? Nə vaxtadək belə böyük bir hökumət bu qoca qarının əlində aciz qalacaq?
Ayaq səsi gəlir, qarovulçular cəld özlərini düzəldirlər. Üzlərini tuturlar qapıya.Qabaqda
vəzir, dalınca bargah əmələsi daxil olurlar.
Və zir. Siz çoxdanmı buradasınız?
Birinciqarovulçu. Bir saatdan artıqdır.
Və zir. Otağa kənar adam girməyibdir ki?
İkinciqarovulçu. Otaqda heç kəs yox idi. Qəflətən padşahın taxtı üstündə qırımızı libasda bir qarı göründü. Hücum etdik öldürməyə, gözümüzdən qeyb oldu.
Və zir. Bu ifritə neçə vaxtdır ki, şəhərin o yan-bu yanlarında görünməkdədir. Yəqin böyük bir hadisə əmələ gətirəcəkdir.
Bargahəmələsi. Üç ildir ki, görünməyirdi. Hamı onu ölmüş hesab edirdi. Nə hadisə eləmiş ola bilər? Padşahın canı səlamət, məmləkətdə əminasayiş. Vətən və padşah bədxahları hamısı dəstigir, möhkəm zəncirlərə vurulub. Kənar məmləkətlərdən heç bir afət gözlənmir. Nə ola bilər?
Və zir. Beş il bundan qabaq gecələr Qırmızı qarı bargahın qabağında görünürdü. Az çəkmədi ki padşahın ən sevimli arvadı ficətən vəfat etdi. Iki il ondan sonra yenə qarını gecə vaxtı topxana meydanında görüblər. Sübh vəliəhdin şikarda atdan yıxılıb öldüyünün xəbərini gətirdilər. O vaxtdan qarı yox olmuş idi. İmdi yenə gəlib, padşahın bütün halını mütəğəyyir edib.
Padşah (daxil olur). Ox!.. O məlun yenə şəhərin küçə və eydanlarında peyda olur. Kİmdir məni onun şərindən xilas etsin?
Rəqqasələr oynayır.
Və zir. Qibleyi-aləm. Ona heç bir silah kar etməyir. Güllə vururlar, öldürməyir. Xəncər ətini kəsməyir. Hətta bir az vaxt bundan əqdəm qarovulçular qarını həmçinin bu otaqda, sizin taxtınızın üstündə əyləşmiş görüblər. Qarovulçular öldürmək üçün üstünə hücum ediblər, nəhayət, qarı gözdən qayıb olubdur.
Padşah. Mənim taxtımın üstündə əyləşmiş görüblər?! Bu təzə xəbərdir.
Və zir. Padşahım, ehtiyat ediniz.
Padşah. Nə ehtiyat edəcəyəm? Ancaq onu yenə görünməyi oğlumun və övrətimin ölümünü yadıma salıbdır. Halımı pis edir. Neçə gündür ki, qarı şəhərdə görünür?
Və zir. Ilk dəfə, cümə günü məscidin minarəsinin birində azan çəkilən vaxt, qarı minarənin üstündə görünübdür. Neçə nəfər fərraş minarənin ayağında onun düşməyinə müntəzir olublar. Oradan qarı düşməyib, minarədən qeyb olubdur.
Padşah. Yox, bu nümayişlər mənim xoşuma gəlməyir, əlac lazımdır. Ələlxüsus da mənim taxtımda görünmüş. Daha harada görünübdür?
Vəzir. Bir də kəniz nəql edirdi, caharşənbə günü axşam, sizin yatacaq otağınızda görüb. Nə qədər səslənibdir, qarı cavab verməyib.
Padşah (hiddətlə). Mənim yatacaq otağımda! Bu saat sən kənizi bura çağır. (Fikir edir.) Mənim yatacaq otağımda?!
Və zir. Qibleyi-aləm, təşvişə heç bir səbəb yoxdur. Şükür olsun Allaha, canınız səlamət, hamı məxluq dəstgir. Şəhərlərin izhariübudiyyət xəbərini hər gün eşidirik. Bütün məmləkət sizin ömrünüzə dua göndərirlər. Qorxu heç yerdən ola bilməz.
Kəniz daxil olur.
Padşah (kənizə). Qarını necə gördün,söylə.
Kəniz (dizi üstə çökür). Padşahım, çaharşənbə günü, azan vaxtı rəxtxab düzəltmək üçün sizin yatacaq otağınıza getmişdim. Qapını açan tək gördüm Qırmızı qarı çarpayının başı tərəfində durub, əyilibqalxmaqdadır. Onu görəndə dizlərimə titrətmə düşdü. İstədim qışqıram, qarı mənə bir nəzər ilə baxdı ki, qorxudan nəfəsim tutuldu. Səs çıxara bilmədim. Nazik bir səs ilə xəbər aldım: sən kimsən, burada nə iş görürsən? Mənə heç bir cavab verməyib, otaqdan çıxdı. Dalınca mən də çıxdım eşiyə. Gördüm ki, yoxdur. Dübarə otağa qayıdıb, çarpayının üstündən bir parça zəncir tapdım. (Göstərir.)
Padşah. Buraya ver zənciri. (Alıb baxır.) Özüdür, özü! (Kənizə) Dur ayağa mürəxxəssən, gedə bilərsən. (Baş əyib gedir.) Ax, vəzir, çaharşənbə günündən bəri bu zəncir parçası mənə rahatlıq verməyir. Bir qədər gözümə yuxu gedən tək bu zəncir parçası vaqiədə həmin Qırmızı qarının əlində başımın üstündə zınqıldayan görüb həmin dəqiqə hövlnak yuxudan oyandım.
Və zir. Qibleyi-aləm, qarının vahiməsi əbəs yerə camaatın ürəyinə düşüb, hamını qara basıbdır. Qarının nə həddi var sizin yatacaq otağınıza girsin və hətta gəlib taxtınızın üzərində əyləşsin?!
Padşah. Mənə təsəllimi verirsən? Bəs bu zəncir parçasına nə deyirsən? Bunun mənasını bilmirsən, vəzir? Qarı bu zənciri qoymaqda xəbər verir ki, cəmi zəncirə tutulanların intiqamını səndən alacağam. (Birdən) Mənim dilimdən əmr ver. Məmləkətin hər bir şəhərinə, qəsəbəsinə və kəndinə casuslar göndərsinlər. Hər bir yerdə zərrəcə inqilab nişanəsi görünsə, onun kökünü kəssinlər. (Fikir edir.)
Və zir. Qibleyi-aləm, rəiyyətdə üsyan yoxdur. Üsyançılar hər nə var, ərz etdim ki, tutulub. On yeddi kənd top atəşi ilə Yer üzündən süpürülüb, həbsxanalar üsyançılar ilə doludur. Hamısının boyunlarına zəncirlər vurulub, hərəkət etməyə halətləri yoxdur.
Padşah. Dayan! Yenə zəncir dedin, zəncir yadıma düşdü, kifayətdir, deyirsən əmniyyətdir?
Və zir. Bəli, Qurban.
Padşah. Çox gözəl, inanıram sözünə, amma gərək hər təhər olsa Qırmızı qarının dəfi üçün çarə etmək. Nə qədər bu ifritə sağdır, mən rahat olmayacağam.
Və zir. Qibleyi-aləm, bu qarı bir sahirədir. Məmləkətin sahirlərini buraya cəm edərəm. Yəqin onun şərrinin dəfi üçün bir əlac tapılar. Siz, qibleyi-aləm, qara fikriləri başınızdan kənar ediniz. Məşğələnizi bir neçə gün eyş-işrətə verin. İnşallah tezliklə sahirlərin qüvvəsi ilə qarı yox olar.
Padşah. Gözəl məsləhətdir, əmr ver hərəmxanada olan rəqqasələr buraya cəm olsunlar.
Vəzir çıxır, padşah zəncir parçasını alıb baxır. Bu halda Qırmızı qarı qapının
ağzında peyda olur.
Padşah. Sənsən bu dünyanı qarışdİran məlun! (Qılıncı çəkib, yüyürür qarının üstünə.) Al, məlun!
Qarı (əli ilə işarə edir). Dayan, nə sənin və nə də sən tək dünyadakı padşahların qılıncı mənə yara vura bilməz. Mən qırmızı tufan elçisiyəm. O tufan bu saatda Yer üzündə əsməkdədir. Onun qarşısında padşahlar taxtı davam gətirməyib, birbəbir sərnigun olmuşlar. İndi də qırmızı tufan sənin bargahına yaxınlaşmaqdadır. Bu gün, gün batanda sən də gün ilə batacaqsan! (Qarı gedir. Padşah onun dalınca çıxır, məyus qayıdır yerində əyləşir. Rəqqasələr daxil olurlar.)
Padşah. Siz gərək bu gün məni lazımınca özünüzdən razı edəsiniz. Xələtin hesabı olmayacaqdır. Xəzinənin ağzını açıb cəmi dövlətimi qara fikirləri başımdan çıxaranlara verəcəyəm. Di başlayın.
Rəqqasələr oynayırlar.
Vəzir (daxil olur). Qibleyi-aləm, məmləkət əldən getdi. Hər bir yerdən bu saatda xəbər gəlibdir ki, qırmızı tufan məmləkəti bürüyübdür. Tufanın qabağında bir nəfər oğlan, özü də qırmızı libasda! Ağ atın ayaqları yerə dəyməyir və qabağında heç bir qüvvə davam gətirməyir. Məmanət göstərən də förən yanıb, puç olur. Zəncirlər özü özbaşına qırılıb yerə tökülür. Hər bir yerdə rəiyyət və qoşun onun tərəfinə keçirlər. Tufan bürüyübdür, təbdir lazımdır, tədbir.
Padşah. Əmr ver şəhər darvazalarını, bargahın qapılarını və pəncərələrini möhkəm bağlasınlar. Qarovullar öz yerlərində dayansınlar. Vay o adamın halına səhlənkarlıq edə! (Vəzir gedir, rəqqasələri) Dayanmayınız! Bir növ rəqs ediniz ki, ayaqlarınızı qoyduğunuz yerlər lərzəyə gəlsin! (Musiqi çalınır. Rəqqasələr oynayırlar.) Habelə, qoçaqlarım, habelə, iyidlərim. (Bu vaxt ətraf qızarır, ildırım çaxır, gurultu səhnəni tutur, pərdə düşənə qədər gurultu səsi kəsilməyir.) Ax! Qırmızı tufan bargahı bürüdü. Eybi yoxdur, qapılar bağlıdır. Qarovullar yerlərindədirlər. Heç kəsin əli mənə çatmaz! Mən hamıdan qüvvətliyəm, qüvvətli! Ax, yenə bu zəncir səsi gəlir! Nə yaman halətdir! Çalın, oynayın, mən sizinlə oynayacağam! (Rəqqasələr qarışıb oynayırlar.) Gözəl aləmdir! Əcəb aləmdir!
Oynayırlar. Padşah bihalət yıxılıb ölür. Qapılar özbaşına açılır. Qabaqca iki cərgə əsgər
daxil olub dururlar. Onların dalınca bir nəfər qırmızı libaslı oğlan əlində bayraq qapının
arasından daxil olur.
Qırmızı Qarı (küncdən çıxır). Qırmızı tufan bu məmləkəti də aldı! İndi daha mənim burada vəzifəm bitdi. Bu məmləkətdən mən İndi başqa məmləkətə gedirəm. Bu cavan nəinki tək bu padşahın, cəmi dünya padşahlarının qənimidir. Onun ismi cavan və insaniyyətdir! (Qarı gedir.)
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-qirmizi-qari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1Əziz qardaşım Əziz!
Müxtəsər tərcümeyi-halım1870-ci sənənin may ayının 4/17-ci günündə Şuşa qəzasında təvəllüd etmişəm. Atam Əsəd bəy qəza dəftərxanasının mütərcimi olub. Üç sinnində ikən atamı qeyb edib, bir neçə il əmim Əbdülkərim bəyin təhti-tərbiyəsində, sonra anamın ikinci şöhəri Həsənəli bəy Sadıqovun tərbiyəsi altına keçmişəm. Bu kişi mənə həqiqət ikinci atalıq etdiyindən, onu həmişə xeyirlə yad edirəm. Rus əlifbasının və rus qiraətini ilk dəfə Həsənəli bəydən öyrənmişəm. 1880-cı ilin may ayınadək kənddə olub, sonra Şuşa şəhərinə köçüb, altı sinifli şəhər məktəbinə girmək üçün hazırlanmağa başladım və bu niyyətlə məni müəllim Yusif bəy Məlik-Haqnəzərovun müvəqqəti yay məktəbinə qoydular. Sentyabr ayında imtahan verib, şəhər məktəbinə daxil oldum və bir ildən sonra Şuşada təzə açılmış realni məktəbə keçdim. Realni məktəbdə oxuyarkən, yenə hər ay Yusif bəyin “kontoruna” gedirdim. Yusif bəy mütəəssib bir teatro həvəskarı idi. Yay fəsillərində Şuşaya cəm olan kənd müəllimlərinin iştirakilə neçə teatrolar qabaqca Şahnəzərovun evində və sonra şəhər klubunun zalında verirdilər. Oynanılan əsərlər ancaq Mirzə Fətəlinin komediyalarıydı. Onlardan savayı meydanda heç bir əsər yox idi. Yusif bəy özü mütəəssib olub şagirdlərini də teatro tərəfinə həmişə təşviq edərdi. Və mənim teatroya həvəsim, onun təşviqi sayəsində başlanıb, gəldikcə artdı. Axır vaxtlarda Yusif bəylə aramızda sıxı bir rəfaqət var idi və qocalığına baxmayaraq, mənim əsərlərimdə rollar götürüb, gözəl oynardı.Realni məktəbin dördüncü sinfində ikən, Mirzə Fətəlinin komediyalarına oxşar əsərlər yazmağa başladım. Söz yox ki, bunlar hamısı zəif və uşaq əlindən çıxmış cızmaqaralar idi. Hər yazdığımı aparıb Yusif bəyə göstərərdim. O da oxuyub, fəqət imlamı düzəldib, qaytarardı özümə və gözəl nəsihət ilə yola salardı.
Tərcümeyi-halımTəvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu.1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı.
Bizim yabılığımızMəlumdur ki, dünyada cins at var. Bir cinsə köhlən, o birisinə yabı deyirlər. Köhlən at ilə yabının təfavütünü hamı bilir. Ona görə artıq təfsilata bu barədə ehtiyac yoxdur. Köhlən atlar aristokrat hesab olunurlar. Onların yeməyinə, içməyinə, tövləsinə həmişə artıq diqqət olunur. Bəzi köhlənə üçdörd nəfər adam qulluqçu təyin edirlər. Köhlən atlara gözəl yerlər ararlar, baha qiymətə alınmış çullar ilə onların lətif bədənlərini örtərlər. Köhlən atın qiyməti üç yüz manatdan tutmuş neçə minəcən gedər. Bir neçə il bundan irəli padşahlıq at zavodu üçün bir ata iki yüz min manat pul verib ingilisdən alıb gətirdilər.Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ağır işə köhlən atı nəcib olmağına görə salmazlar. Ağır işlər, arabalar və yüklər üçün də yabı saxlarlar. Yabının biri alınır otuz manatdan tutmuş altmış manatacan. Yabının yeməyinə, içməyinə artıq diqqət olunmaz. Ayda bir dəfə tumarlanmaz, həmişə belində bir ağır palan, görürsən gah çuval altında, gah səbət altına gedir.
Başqa şairlərin şeirləri
Ey qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?
میخانه ای که شوق تو باشد مدام اودایم به زور باده زند دور، جام او
May nəğməsiBu gün rəsmi-keçid var,Tez toplanın, uşaqlar!
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız