Birinci şəkil
Səhifə 1 / 2
Kor İsrafilin evinin qabağında Şərəf və oğlu İmran əyləşmişlər. Gün batmağa meyl edir.
İmran. Ana, axı mən acam, səhərdən ağzıma bir tikə çörək almamışam.
Şərəf. Necə eləyim, ay bala? Mən yedim sənə vermədim? Mən də sənin kimi acam. İndi atan, qardaşın gələrlər, çörək də gətirərlər.
İmran. Ana can, atama belə yazığım gəlir ki, səhərdən evdən çıxır, axşamadək bu kənddən o kəndə piyada uzun yollar gedir, axşam yorulmuş gəlir yıxılır, gecə sübhədək canının ağrısından yata bilməyir. Nə vaxtadək bizim dolanışacağımız belə keçəcəkdir?
Şərəf. Əlac nədir, anan sənə Qurban olsun. Atanın gözləri olsaydı, indi işləyirdi, əkirdi, tökürdü, biz də dolanırdıq.
İmran. Ana can, atamın gözləri nədən tutuldu?
Şərəf. Ay bala, mən sənin atanın evinə gələndə elə gözləri kor idi. Uşaqlıqda çiçək çıxarıb, ondan kor olmuşdu.
İmran. Yadındadırmı, ana can, atam bir dəfə naxoşladı, üç gün dilənməyə gedə bilmədi. Çardağın altında yazıq kişi uzanmışdı. Gəldim yanında oturdum, əlimi qoydum sinəsinin üstünə, soruşdum: ata haran ağrıyır? Əlimdən tutub məni özünə tərəf çəkdi, başımı sığalladı, üzümdən öpdü. Sonra əlini sifətimə çəkib dedi: ay bala, nə olardı bircə sənin, qardaşının, ananın sifətini görəydim, ondan sonra öləydim. Atama elə yazığım gəldi, gözlərimdən yaş axdı.
Şərəf. Göydən hər nə bəla gəlsə, ay oğul, kasıba, yoxsula gəlir. Varlılarını, dövlətlilərin, bəylərin birinin uşaqları çiçək çıxarmayırlar. Kəndə çiçəkdöyən gələndə, gedir onların uşaqlarının çiçəklərini döyür, plovlarını yeyir, evlərində rahat yatır, səhərdən də durub, çıxır gedir işinə. Fəqirfüqəraya qulaq asan yoxdur. Odur ki, onların uşaqları da çiçəkdən kor olurlar.
İmran. Ana can, bir də kəndimizə çiçəkdöyən gəlsə, məni apar, yalvar çiçəyimi döysün, mən də dədəm kimi kor olmayım.
Şərəf. Yaxşı, bala!
İmran (bir qədər sükutdan sonra). Ana can, axı mən acından öldüm.
Şərəf. Bir azca səbr elə, oğul. Görürsən gün əyilib, batmağa az qalıbdı. İndicə atan da, qardaşın da gələcəklər. Durum bir az su qızdırım, atan gələndə ayaqlarını yuyum. (Qalxıb o yan-bu yana boylanır.) Bax, odur gəlirlər.
İmran (sevinmiş). Hanı, hanı? (Atasının qarşısına yüyürür.)
Şərəf çırpıdan ocaq qalayıb, üstünə qazanda su qoyur. İsrafil Salmanın çiynindən yapışmış daxil olur. İmran dallarınca gəlir.
İsrafil (Şərəfə). Ay arvad, altıma bir şey sal, nəfəsdən düşmüşəm.
Şərəf (döşəkcə salır). Gəl burada otur. (Qolundan tutub, oturdur.)
İsrafil (əyləşir). Ayaqlarım taqətdən düşüb. Bir azdan sonra daha
heç məndə gəzməyə hal qalmayacaqdır. Bilmirəm bu külfət necə dolanacaq?
S a lma n. Qəm yemə, ata. Bir az keçər rahat olarsan. Bundan sonra sən evdə oturarsan. Mən qazanıb gətirərəm. Üç-dörd ildən sonra İmran da imraz elər, o da başlar qazanmağa, belə keçməz.
İmran (atasının xurcununu açıb baxır). Ana, atam ət də gətirib.
İsrafil. Gətirmişəm, oğlum, ət də gətirmişəm. (Arvadına) Ay Şərəf, o əti at qazana, bir şey bişir, uşaqlar yesinlər.
Şərəf. Ocağa su qoymuşam. Ayaqlarını yuyum, sonra əti asaram.
İsrafil. Ayaqlarımı yatanda yuyarsan. Qabaqca əti as, uşaqlar acdırar.
Şərəf. Yaxşı, elə olsun. (Xurcunu götürüb aparır ocağın yanına, orada içindən ət və çörək parçalarını çıxarır. Bir parça çörək İmrana verir.) Ala, bunu ye, İndicə şorba bişirəcəyəm, doyunca yeyib yatarsan. İmran çörəyi alıb yeyir.
İsrafil (Salmana). Bala, Salman, danışmaq asandır, iş görmək çətin. Deyirsən mənə evdə oturum, sən qazanıb məni saxlayarsan. Sən nə işə yapışacaqsan ki, qazanıb bu külfəti saxlaya biləsən?
Salman. Ata, budur neçə aydır, axşam sən və anam yatandan sonra mən evdən gedib gecənin yarısından sonra gəlirəm. Niyə heç bir soruşmursan ki, bala, bu gecələri nə gəzirsən? Mən axşamlar gedib bizim kənd müəllimi Mirzə Həsəndən dərs alıram. Bir neçə yoldaşıq. İndi oxumaq, yazmaq bilirəm. Bir də, ata, bir iş var: müsavat hökumətinin axır günləridir. Bu günsabah Azərbaycana təzə hökumət gələcəkdir: işçi və kəndli hökuməti. Məmləkətin ixtiyarı İndiyədək ayaq altında əzilməkdə olan fəqir-füqəraya veriləcək. Ondan sonra bizim kimi yoxsulların hamısının əhvalı yaxşılaşacaqdır.
İsrafil. Ay oğul, yuxu görürsən, nədi? Başı qapazlı fəqir-füqəra işmi apara bilər?
Salman. Doğrudan da, bu işlər indiyə kimi çox adama yuxu kimi gəlirdi. Amma bu yolda işləyənlər də az deyildi. Işləyənləri öldürürdülər, Sibirə sürgün edirdilər. Onlar buna baxmayıb sözlərinin üstündə mərdi-mərdana dururdular və deyirdilər: füqəra milyonlarcadır, dövlətlilər minlərcə. Az çoxa ağalıq eləyə bilməz. Hökumət çoxun əlində olmalıdır. Bu yolda zəhmət çəkənlərin başında, canından keçən, ölümdən qorxmayan bir adam var ki, ona yoldaş Lenin deyirlər. Tamam Rusiyada bu saat işçi-kəndlilər onun sayəsində hökumətlik edirlər. İndi növbət bizə gəlir.
İsrafil. Ay bala, sən bu işləri haradan bilirsən, bəs indiyədək niyə danışmırdın?
S a lma n. Açıq danışmağın vaxtı deyildi. Bizim burada xəlvət komitəmiz var, hər yerdən bizə xəbər gəlir. Bakıda adamlarımız işləyir. Bir neçə gündən sonra çıxıb, açıq-açığına söyləyib, xalqın hüququnu anladacağıq.
Hacı Bayram (yolla ötərkən dayanır). Ay İsrafil, yenə balalarını başına toplayıb nə söhbət eləyirsən?
İsrafil. Nə söhbət eləyəcəyəm, ay hacı! Bizim dərd-qəmdən başqa nə söhbətimiz ola bilər?
Hacı Bayram. Sənin nə dərdi-qəmin ola bilər? Üçdə alacağın yoxdur, beşdə verəcəyin. Mənim kimi mal-qoyun dərdi çəkmirsən. Xalqın müftə çörəyindən yeyib yatırsan.
Şərəf (əlində soğan doğrayarkən, ahəstə). Səni görüm, İsrafilin gününə düşəsən, arvadın da mənim günümə, onda görərsən ki, dərdqəm nəyə deyərlər.
S a lma n. Az qalıbdır, ana. Bir azdan sonra biz çəkən dərd və qəmdən o da çəkəcək.
İsrafil. Ay hacı, hər adamın dərdi özünə görə yükdür. Böyük başın böyük ağrısı olar, balaca başın da balaca ağrısı.
Hacı Bayram. Ay İsrafil, sənin bu oğlun Salman qoçaq oğlana oxşayır. Gəlsənə onu mənə nökər verəsən? Ona yedikcə çörək verərəm, geydikcə paltar verərəm. Bir qədər məvacib təyin elərəm. Bir neçə vaxt qapıda-bacada işlər, mənim işlərimə bələd olar. Sonra gəldikcə işini, məvacibini artıraram, sən də rahat dolanarsan.
İsrafil. Mənim sözüm yoxdur, özü razı isə, getsin.
Hacı Bayram. Özü nə deyib razı olmayacaq! Onu oğul kimi saxlayacağam. Həmişə o da, səndə məndən razı qalacaqsınız.
İsrafil (oğluna). Razısanmı, ay oğul?
S a lma n. Sən razı olandan sonra, mənim nə sözüm ola bilər.
Hacı Bayram. Onda bu günlərdə gələrsən bağlaşarıq, başlarsan işləməyə.
Şərəf. Hacı Bayram, səni and verirəm balalarının canına, mənim balama ağır iş tutdurma.
Hacı Bayram. Arxayın ol, mən ona gücünə görə iş verərəm. Arxayın ol bacı. Di salamat qalın. (Salmana) Bu gün bazar ertəsidir. Cümə axşamı səhərdən gələrsən, yaxşı da gündür. (Gedir.)
Salman. Baş üstə.
Hacı Bayram (dübarə qayıdır). Bax, orada duran başı şapkalını görürsən? (Barmağı ilə göstərir.) Elə adamlardan bacardıqca uzaq qaç. Sənin ağlını başından oynadarlar. (Gedir.)
S a lma n. Hacı Bayramın evinə girmək bəd olmaz. Evi yaxşı evdir, kənd idarəsinə yaxşı yarar.
İsrafil. Ay oğul, o kimi göstərdi?
Salman. Bizim kənd müəllimi Mirzə Həsəni göstərdi.
İsrafil. Bir belə ki, sən onu tərif eləyirsən, onu görüm dünya durduqca dursun.
Salman. Necə tərif eləməyim? Mənim və yoldaşlarımın gözlərini açan, xalqı haqq yola çağİran o deyilmi?
Mirzə Həsən gəlir.
Mirzə Həsən. Salaməleyküm, ay İsrafil dayı. Necəsən? O yekəqarın kulakla nə söhbət eləyirdin?
İsrafil. Kulak nədir, ay mirzə?
Mirzə Həsən. Fəqir-füqəranın, işçilərin zəhmətlərindən varlanıb, onları tapdalayana kulak deyirlər. Nə əcəb iltifat üstünə gəlib, səninlə söhbət eləyirdi?!
İsrafil. Bir söhbət yox idi, ay mirzə. Deyir, oğlun Salmanı mənə nökər ver.
Mirzə Həsən. Sən necə? Razı oldun?
İsrafil. Əlacım nədir, ay sənə canım Qurban. Qocalmışam, əzməyə
taqətim yoxdur. İndiyədək uşaq idi, mənim də əlacım yox idi,
dilənib külfət saxlayırdım. İndi daha böyüyübdür, bundan sonra da o
qazansın məni dolandırsın.
Mir zə Həsən. Sən elə eləmə, Israfil dayı. Mən sənin dilindən bir ərzihal yazaram, göndərərəm lazımi yerinə, sənin uşaqların böyüyüb səni saxlamağa qadir olunca, sənə məvacib kəsərlər. Uşaqların ikisini də göndər mənim yanıma dərs oxusunlar, savad alsınlar. Savadlandılarmı, hər biri bir iş sahibi olar. Sən də rahat yaşarsan.
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-yoldas-koroglu-birinci-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əzizim, yüz il məni,Xalına düz ilməni.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqəBəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm