İkinci məclis
Səhifə 1 / 3
Əhli-məclis
AğaMəhəmmədşahQacar
Cəfərquluxan
Əliquluxan }onun qardaşları
Hacıİbrahimxan – vəzir
MirzəCəfərxan – eşik ağası
ƏlifxanƏfşar
Üç nəfər sərkərdə, qulam və fərraşlar
Əvvəlinci məclis
Tehran. Ağa Məhəmməd şah Qacarın evi. Şah təxt üstündə əyləşib, yanında vəzir Hacı
İbrahim xan.
Ağa Məhəmmədşah Qacar. Şükür olsun Allahın cəlalına ki, Farsistana qalib olduq. Mən bunu yəqin etmişdim ki, Əlimurad xanın oğlu Cəfər xan Qacar qoşunun qabağında davam edib İsfəhanda otura bilməyəcək. Belə də oldu və şükür olsun Allaha ki, İsfəhan torpağına davasız malik olduq. Bunu da bilginən, Hacı İbrahim xan, mən dəxi Mazandarana qayıtmayacağam. Mənim fikrim Tehranın qələsini möhkəmləşdirib, Tehranı həmişəlik, İsfəhan əvəzinə İrana paytaxt etməkdir. Tehranın köçəri türk tayfalarının yaxınlığında olmağı çox şərtdir. Mən bilirəm ki, buranın paytaxt olmağı həmişəlik farsla türk arasında ədavətə bais olacaq. Amma bu ədavət ancaq ürəkdə qalıb, nəticə verməyəcək, çünki mən farsları da, türkləri də lazımınca tanımışam.
Hacı İbrahimxan. Qibleyi-aləm, belə deyirlər ki, Cəfər xan hərçənd İsfəhandan qaçıb, amma başına qoşun cəm etməyə məşğuldur.
Ağa Məhəmmədşah Qacar. Fikir etmə, Hacı İbrahim xan, bunlar hamısı xəyali-xamdır. Fars firqələrinin sərkərdələri heç vədə Cəfər xanın baydağının altına gəlməzlər ta ondan bir kəramət görməyələr. Onlar hər biri bir iddiaya düşüb gözləyəcəklər ki, qacarlarla zəndilərin arasına bir qilüqal düşsün. Ta ortalığa girib məramlarına çatsınlar. Amma Əli xan Əfşar ki, böyük qoşunla gəlib Tehran ətrafında düşüb və padşahlıq arzusundadır, onunla dava çətin olacaq. (Mirzə Cəfər xan daxil olur.) Mirzə! Nə xəbərlə gəldin?
Mirzə Cəfərxan. Qibleyi-aləm, budur, sübhdən İndiyədək göftgudur. Söhbət axır bu yerə yetdi ki, Əli xan Əfşar bizim hər bir təklifimizi mən etdi: – bizim aramızda kəskin qılıncdan və iti nizədən başqa vasitə ola bilməz, – deyib, öz qoşununa tərəf müraciət etdi.
Ağa Məhəmmədşah Qacar. Qoşunlar ki, rubəru durublar?
Mirzə Cəfərxan. Bəli, Qurban. Qacar qoşunu bir işarəyə məəttəldir ki, cəmi Əli xanın qoşununu bir türfətüleyndə nabud eləsin. Əli xan özündən çox müştəbihdir və onun qürurla danışıb getməyi sərkərdələri və ələlxüsus Əliqulu xanı halətdən çıxardıb. Hamısının hirsdən gözləri qızarıb. Təzə kəməndə keçmiş xam ərəb atı tək özlərini yeyirlər. Qibleyi-aləm, mən qoca Mirzə Cəfərin qeyrəti qəbul etmir ki, sən tək qəvi padşahın müqabilində Əli xan Əfşar tək adam cürət edib söz danışsın. Qibleyi-aləm! Izin ver qoşuna, qabaqca qılınc vuran mən qoca olaram. Ax, haradan alım Cəfərqulu xanı!
Ağa Məhəmmədşah Qacar. Səbr et, Mirzə Cəfər xan. Sən tədbirli kişisən, belə danışıq sənə şayistə deyil. Hər bir düşmənin müqabilinə qoşunla getsən, axırda qoşunsuz qalarsan. Dava var qılıncla qurtarar, dava var dillə. Əvvəl dil, sonra qılınc qoşunu mənə lazımdır. Mən Əli xanla dava etməyəcəyəm. Gəl əyləş, kağız, qələm götür, mən nə desəm yaz. (Mirzə Cəfər xan əyləşib, kağız və qələm götürür.) Yaz: Şahənşahi-İran Ağa Məhəmməd şah Qacar tərəfindən Əfşarın qəyur sərkərdələri ilə qoşunlarına! Əfşar qoşununun Qacar üstünə gəlməyini fikir etdikcə, mənim ürəyim qana dönür. Mənim səltənətimdən, cəlalımdan, şövkətimdən artıq İranın xoşbəxtliyidir. Amma iki türk tayfasının rubəru durub bir-birinin qanını tökməyi İranın tənəzzülünə səbəb olar və onun düşmənini ayaqlandırar. Mən heç mane deyiləm ki, Əfşar tayfası öz sərkərdələrinin təht-rəyasətində rahat dolanıb, özlərindən mənfəətbərdar olalar. Ancaq ürəkdən əfşarlarla qacarların birləşib ümumi düşmənin dəfinə çalışmaqlarını arzu edirəm. Qurtardın? Ver buraya. (Qol çəkir.) Bu kağızı götürüb çaparsan qoşuna, verərsən Əliqulu xana, deyərsən, sərkərdələrindən bir neçəsini götürsün, getsin. Əli xanın qoşununun müqabilində durub oxusun. Ümidvaram ki, bu kağız nəticə verə. Dayanma!
Mirzə Cəfər xan gedir.
Hacı İbrahimxan. Qibleyi-aləm, bu çox böyük təbdir idi ki, sizdən sadir oldu. Afərin belə tədbirə!
Ağa Məhəmməd şah Qacar. Dünyada iki adam məni həlakətdən qurtarıb, biri qardaşım Cəfərqulu xan və biri də bu Mirzə
Cəfər. Mən Kərim xanın yanında olan vaxt onun qardaşı Hüseynəli xan xahiş etmişdi ki, Mazandaran əhlini Kərim xanın üzünə ağ elətsin. Kərim xan mənə qoşun verib qardaşının müqabilinə göndərmək istəyirdi. Amma Mirzə Cəfər mane oldu. Məni göndərmədilər. Sən belə güman etmə ki, Mirzə Cəfərin mənə məhəbbəti var idi. Xeyr, onu vadar edən öz ağasına olan kəsrəti-ixlası idi. Mirzə Cəfər yəqin eləmişdi, əgər mən Mazandarana gəlsəm, yəqin Hüseynəli xanla birləşəcəyəm. Bunu da bil ki, əgər mən o vədə baş qovzasaydım, Kərim xanda o qədər zor var idi ki, məni az zamanda fövt edərdi. Odur ki, mən bu kişini əziz tuturam və özümə söz vermişəm ki, heç vədə Mirzə Cəfərin və onun xişü əqvamının üstündən nəzərimi kəsməyim.
Hacı İbrahimxan. Qibleyi-aləm, səbəb nə oldu ki, siz Cəfərqulu xan tək pəhləvanın qəlbinə dəydiniz? Qəzəbiniz tutmasın qibleyi-aləm ki, belə cəsarət edib soruşuram. Siz ki, ona İsfəhan hökumətini vədə vermişdiniz, nə səbəbə Mazandarana göndərdiniz?
Ağa Məhəmmədşah Qacar. Məsləhət belə oldu.
Hacı İbrahimxan. Məgər İsfəhana ondan layiq hakim tapacaqsınız?
Ağa Məhəmmədşah Qacar. Ondan layiq tapılmaz, ancaq burada bir sirr var ki, aça bilmirəm.
Hacı İbrahimxan. Qibleyi-aləm, məgər mən sizin qəzəbinizə düçar olmuşam? Buyurun belə olan surətdə cəllad mənim boynumu vursun. Mən dəxi zindəganlıq eləmək istəmirəm. İndiyədək mən şahın mübarək ağzından belə ləfz eşitməmişdim. Siz bilirsiniz ki, bu sirri daşa deyəsiniz daş camaata danışa bilər, amma mən Hacı İbrahim daşdan möhkəməm. (Baş əyib çıxır.)
Ağa Məhəmmədşah Qacar. Hacı İbrahim, deyəsən, incidi. Eybi yoxdur, könlünü alaram. Axır mən ona, necə deyim ki, Cəfərqulu xandan qorxuram. Mən o vədə şəkkə düşdüm ki, Baba xanı vəliəhd təyin edəndə əvvəl beyət edən Cəfərqulu xan oldu. Mən, doğrudur, ona İsfəhan hökumətini vədə vermişdim. Amma mən necə bu vədəyə əməl edim? Mənim nə qədər qoşunum var, hamısı Cəfərqulu xanı ata tək istəyir. Deyə bilərəm ki, qoşun onu məndən artıq istəyir. Əgər xahiş edə, qoşunun hamısını mənim üzümə durquza bilər. Necə ki, mənim qolumdan tutub, təxti-səltənətdə əyləşdirdi, həmçinin qolumdan tutub, endirib özü əyləşə bilər. Mən necə ona, İran padşahlarının paytaxtı olmuş İsfəhanın hökumətini verim? Mən ona Mazandaran hökumətini vermişəm, gedib əyləşib orada, olub guşənişin. Nə hökumətə şüru eləyir, nə çağırıram gəlir, nə yazdığım kağızlara cavab verir. Bu da məni daha artıq təşvişə salıb. Cəfərqulu mənə ərəbi beyət eləyib, ola bilər ki, mənim üzümə ağ olmasın, amma mənim varisimə rahatlıq verməyəcək. Bu mənim yəqinİmdir. İndidən tədbir lazımdır: əlacivaqiə piş əz vüqu, bayəd kərd. (Cağırır.) Qulam. (Qulam girir.) Hacı İbrahim xanı buraya çağır. (Qulam çıxır.) Hacı İbrahim xan təbdirli vəzirdir, lazımlı vəzirdir. (Hacı İbrahim xan daxil olur.) Hacı, deyəsən məndən rəncidə xatir oldun?
Hacı İbrahimxan. Qibleyi-aləm, mən nəkarəyəm, sizdən rəncidə xatir olmağı xəyalımdan da keçirə biləm. Mən hələ o mərtəbədə özümdən müştəbeh olmamışam.
Ağa Məhəmmədşah Qacar. Sən çıxandan sonra mən fikir elədim. Həqiqət, mən Cəfərqulu xan haqqında zülm eləmişəm, onuntək qardaşın ürəyinə dəymək zəhi nainsaflıqdır. Mən indi öz əməlimdən peşman olub, qət etmişəm ki, Cəfərqulu xanı çağırıb, göndərim İsfəhana.
Hacı İbrahimxan. Qibleyi-aləm, bağışlayın, yenə cəsarət eləyirəm. Siz indiyədək Cəfərqulu xana neçə sifarişlər edibsiniz, neçə kağız yazıbsınız, heç birisinə cavab verməyib. Qorxuram indi də gəlməyə.
Ağa Məhəmmədşah Qacar. İndi mən onu ayrı yolla çağıraram. Mən bilirəm, Cəfərqulu xan anasının xatirini çox istəyir. Bu saat sən get Cəfərqulunun anasının yanına, deginən, şah ondan xahiş edir ki, özü zəhmət çəkib Mazandarana getsin. Əvvəl Cəfərqulu xana mənim dilimdən salam yetirsin və desin ki, mən öz əməlimdən peşman olub, onu İsfəhana hakim təyin etdim. Və mənim əziz qardaşımdan təvəqqe etsin ki, İsfəhandan qabaq Tehrana gəlsin, bir görüşək. Çünki könlüm onu çox istəyir və bir də İsfəhan barəsində bir para vacib məsələlərin müzakirəsi vacibdir.
Hacı İbrahimxan. Bu tədbir İranın dəxi də tərəqqisinə bais olacaq. Mürəxxəs olur. (Çıxır.)
Baş verə biləcək vaqiənin əlacını baş verməzdən əvvəl etmək lazımdır.
Mirzə Cəfərxan (daxil olur). Qibleyi-aləm. Afərin tədbirə, necə ki, qibleyi-aləm hökm etmişdi, Əliqulu xan sərkərdələrdən iki nəfəri və məni götürüb yeridi Əli xanın qoşununa tərəf. Qoşununmüqabilində durub kağızı uca sövtlə oxudu. Kağız qurtaran tək Əlixanın sərkərdələri və qoşunu səs-səsə verib dedilər ki, Əliqulu xan,biz sənə tabeyik və nə qədər qəvi düşmən müqabilinə aparsan, baş və canla dalınca getməyə hazırıq. Amma qacarlarla biz dava etməyəcəyik. Əli xanın qolu boşaldı. İndi, budur, özü də, sərkərdələri də gəlib qapıda durub, hüzuri-aliyə müşərrəf olmağa izin istəyirlər.
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-aga-mehemmed-sah-qacar-ikinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Doxsanıncı illərin ortasında simvolizm deyilən bir ədəbiyyat üsulu teatro səhnəsinə atıldı. Alman ədibi Hauptmanın “Qərq olmuş çan” sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna xeyli uyğun olması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvolik bir əsər teatromuz üçün yazmaq fikrinə düşdüm. Nəhayət 1901-ci sənədə “Pəri cadu” nam əsərimi yazdım. Bu neçə ilin müddətində “Pəri cadu”nun səhnədə müvəffəqiyyət qazanmasına səbəb, haman mən dediyim simvolizmin bizim ruhumuza uyğun olmasıdır. “Pəri cadu”ya mövhumat adı qoyurlar... “Pəri cadu”nun ideyası: hər kəsin öz əlinin əməli onun müqəddəratını təmin edər. İnsan, taleyini kənarda axtarmayıb öz-özündə axtarmalıdır. Nəfs-əmmarə dalına düşüb gedərsə bəlalərə uğrayıb fot olar. Nəvsilə mübarizə edib əlinin əməyinə bağlanarsa, axtardığı məqsədə nail ola bilər. İnsanın təbiətində iki əsas qüvvə həmişə bir-biri ilə vuruşmadadır. Bu iki əsas – nəfsi-əmmarə ilə əql və fikirdir. Ən qədimdə bu iki əsası insan özündən xaricdə bilib, onlara təbiət məqam verib, allahlıq libasına geyindirirdilər: Hürmüzd, Əhrimən; Çində xeyir, şər allahları. Axırda şeytan və Allah. Pərinin ürəyində həmçinin iki əsas vuruşur. Nəvsi iblis şəklində mübarizə tərəfə çəkir, əqli səlim şeyx sifətində səbr etməyi məsləhət görür. Bu iki şəxs onun ürəyində vuruşan iki əsasın mücəssəmələridir. Xırda şəyatin onun dəğdəğələridir.İnsanı həmişə nəhs yollara iğva edən nəfsi-əmmarə Şamama cadu sifətində ortalığa çıxıb. Bu qarı həm Qurbanın, həm Hafizə xanımın, həm Pərinin təbiətində olub, onları asan vəchlə səadətə nail olmaq yoluna çəkib, hamısını məhv edir və Qurban öləndən qabaq öz səhvini anlayıb, Səliməsi tərəfə qaçmaq istəyirsə də daha iş işdən keçdiyindən, nəfsinin çəngəlində fot olur.
Artistlik sənəti haqqında1.Artist Ruhulla bəradərimə. Bəradərim, dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist üzünü unluyub acı həqiqətləri sənətin şəkəri ilə şirinlədib camaata yedirdir. Bu cəhətdən artistliyin yolları nə qədər ağır, tikanlı olsa da, qiymətlidir. Çünki nəticəsi parlaqdır. Bu sözləri həmişə xəyalında saxla.
Abbas Mirzə Şərifzadə haqqında1Dursunəli – Hamlet! Nə böyük məsafə! Nə ağır yollar! Nə parlaq nailiyyət!
Mirzə Fətəlinin faciəsiMart ayının 12-də Mirzə Fətəlinin vəfatından tamam 50 il keçir. Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm qoyandan axır nəfəsinə qədər böyük bir faciə içərisində keçmişdir. Epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi. Ətraf zülmət və cəhalət, bir nəfər də olsa dil bilən yox, camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər – başlarında şeyxül-islam Molla Əhməd olmaq üzrə Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın işığının qabağına qalın bir pərdə çəkirdilər. Mirzə Fətəlinin faciəsini tamamilə anlamaq istəyənlər “Kimyagər” komediyasında onun Molla Nuru şairin dili ilə söylədiyi sözlərə diqqət yetirməlidirlər. Molla Nuru üzünü mülklərini, evlərini girov qoyub, Molla İbrahim Xəlilin yanına gümüş almağa gedənlərə tutub deyir: “Hər kişinin öz peşəsi özü üçün bir iksirdir”.Bunun cavabında ondan soruşurlar: “Sən ki şairsən və şairlik də sənin peşəndir, bəs nə səbəbə bu sənətin sayəsində sənin dövlətin yoxdur?”
Başqa şairlərin şeirləri
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
HəcvNəsli-Hacı Çələbinin nəvəsi İsa bəy,Həsən əfəndinin oğlu İsa bəy erkək eşşək