Səhifə 2 / 2 · 50%

İsrafil. İndi Salmanın gedib hacı Bayramın evində qulluq eləməsini məsləhət görmürsən?

M ir zəHəsən (bir qədər fikirdən sonra). Hələlik qoy getsin. (Salmana) Eybi yoxdur, bir neçə günlüyə get. Sənin ona yaxın olmağın lazımdır. Axşamlar yenə öz qaydası ilə görüşərik. Sonra işə baxarıq. (İsrafilə)

İsrafil dayı, hacı bayramların hökumət sürmələrinə az qalıbdır. Onun tək kulakların, hampaların, mülkədar-bəylərin və xanların haqqında başqa fikirlər var. Bu günlərdə onun cəmi var-yoxunu əlindən alıb camaata verəcəklər, özündən xəbəri yoxdur.

İsrafil. Mən bunu anlamadım, ay mirzə. Məni dürüst başa sal. Necə yəni onun malını əlindən alıb camaata verəcəklər?

M ir zəHəsən. Burada başa düşməməli bir şey yoxdur. Hacı Bayram üçün dövlət, mal qazanan haman onun qapısındakı rəncbərlərdir, çobanlardır, naxırçılardır, kəndin kişiləri, arvadlarıdır. Bunlar zəhmət çəkiblər, zəhmətlərinin meyvəsini Hacı Bayram yeyib. İndi ona deyəcəklər ki, daha kifayət edər: mal zəhmət çəkənİndir, hazır üstündə oturub müftə yeyənlərin deyil. Odur ki, onun əlindəki camaat qazandığı malı alıb, camaatın özünə verəcəklər. İndi başa düşdünmü?

İsrafil. Çox gözəl başa düşdüm. Bəs bunu İndiyədək niyə eləmirdilər?

Mirzə Həsən. İndiyədək hökumət başında bəylər, xanlar oturublar, özləri kimiləri də saxlayıblar. İndi təzə hökumət gözlənir, zəhmətkeşlər hökuməti, işçi-kəndli hökuməti.

İsrafil. Mən buna inanmırdım. Salman doğru deyirmiş. Bax, hökumət buna deyərlər. Ömrün uzun olsun, ay mirzə, mənim ürəyimi şad elədin.

Mirzə Həsən. Di salamat qalın, mən gedirəm. Əlbəttə, uşaqları məktəbə göndərərsən.

İsrafil. Baş üstə, ömrün uzun olsun. Xata-baladan uzaq olasan.

Şərəf. Ay mirzə, kasıb koması olanda nə olar, yaxşı şorba bişirirəm, otur, bir-iki qaşıq yeginən.

Mirzə Həsən. Yox, Şərəf xala, çörəyin bol olsun, çox razıyam. Ancaq qaranlıq düşənədək mən gərək evdə olam.

Şərəf. Nə deyirəm, sən bilən yaxşıdır.

İsrafil. Mirzə, ərizəni nə vaxt yazacaqsan?

Mirzə Həsən. Nə vaxt uzaqdır. Bir az səbr elə, vaxtı yaxınlaşır. Hələ ki, xudahafiz. Salamat olun. (Gedir.)

İsrafil. Xoş gəldin, göz üstə gəldin, ömrün uzun olsun.

Salman (Mirzə Həsəni ötürür). Mirzə, bu gün bir təzə xəbər yoxdur?

Mirzə Həsən. Yaxşı xəbər var. Şura hökumətinin gəlməsi bir həftə çəkməz.

Salman. Deməli, zəhmətkeşlərin əziyyətlərinin axırıdır.

Mirzə Həsən. Çörəkdən sonra gələrsən, təzə gələn məktubları sənə göstərərəm. Yoldaşlara xəbər ver, hazırda dursunlar. Təzə xəbərə görə Dağıstanda Şura hökuməti qurulmuş, müsavat vəzirlərinin başları ziyafətlərə qarışıb dünyadan xəbərləri yoxdur. Cəbhə büsbütün açıqdır. Şura qoşunu məmaniətsiz Bakıya girə biləcək.

Salman. Bəlkə dəmir yolunu dağıtdılar?

Mirzə Həsən. Bu mümkün deyil. Dəmir yolu əmələləri heç vədə buna yol verməzlər. Xülasə, yoldaşlara deginən hazırda dursunlar. İnqilab vaxtı həmişə bir qarışıqlıq gözləmək olar. Bizim kənddə də bir para dələduzlardan ara qarışdırma gözləmək olar. Kənddə asayişin pozulmasına gərək bizim yoldaşlar yol verməsinlər.

S a lma n. Hazırdadırlar. Mürəxxəs olum. Bir-iki saatdan görüşərik. (Qayıdır.)

İsrafil. Salman gedir qulluğa. Payız girənədək də məni İmran gəzdirər. Mirzə Həsənin ömrü uzun olsun. Bəlkə onun köməyi ilə zəhmətdən, əzabdan qurtaraq.

Şərəf. Daha qaranlıq düşür, durun gedək içəri, mən də şorbanı bişirim gətirim.

İsrafil. Ay oğul, gəl qolumdan yapış.

Salman onun qolundan yapışıb içəri aparır.

Şərəf (ocağın kənarında). Zəhmət, məşəqqətlə ömür keçirdik, kirpiyimizlə od götürdük. Mirzə deyən doğru olsaydı, ömrümüzün axırında işıqlı gün görərdik. Mirzə yalançı oğlan deyil.

İmran. Ana, şorba bişmədi?

Şərəf. Bir azca səbr elə, oğlum, İndicə bişər.

Salman (içəridən çıxıb bir qədər göy üzünə baxır). Ana, o işıldayan ulduzu görürsən?

Şərəf. Çoban ulduzunumu deyirsən, ay bala?

Salman. Onu deyirəm. Bax, ana, onun beş guşəsi var. O nəinki bir çobanların, cəmi əlsiz-ayaqsızların, füqəranın, kasıbların, tər töküb əl qabarı ilə çörək qazananların, bizim kimi yoxsulların nicat ulduzudur. Bir vaxt olar, beşguşəli ulduzun nuru sayəsində cəmi zəhmətkeşlər və fəqir-füqəra xoşbəxt və rahat yaşar.

Şərəf. O günü görüb, ölsəydim, dərdim olmazdı.

S a lma n. Görərsən, ana, tezliklə görərsən!

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri

Bayatılar

Əzizim, yüz il məni,Xalına düz ilməni.

Molla Cümə2 dəq
Təcnis: Çığrışıb çığrışıb ötən sonalar

Çığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən

Üşarı1 dəq
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və

Məsihi5 dəq
Mənəm

Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm

Mirzə1 dəq