Burası bir yaşıl, səfalı cənnət,Hasarları odlu və gurultulu...Kölgədə oturub bir zəngin adamƏsil cənnət əhli, Tanrının qulu.

Burası bir bağdır, həm də gözəl bağ,Göyü açıq mavi, havası tozsuz.Gün pərdədən keçib yayılır yerə,Torpaq üstə yatıb avara bir qız.

O toxucu qızdır Kirmandan gəlmə,Babası ölübdür, itib anası,O bir fahişədir, zavallı insan,Damdan onun artıq, düşübdür tası.

Burası Tehranın lap göbəyindəQurulan vahədir və gülən röya.Axın-axın gəlir işsiz adamlarİşsiz adamlar ah, gəlməzlər saya.

Bir “sığınacaq”dır bu şəfəqli bağSürgün edilənə, yurdsuz olana.Bu cənnətdə yaşar cəhənnəm əhliKövsərindən içərlər qana-qana.

Bir yerdə dərs oxur, yoxsul tələbə,Onu məşğul edən elm, həvəsdir.Budur, uzaqlardan qopur bir səda,“Bəxtiyarlıq satan” uşaq səsidir...

Bax yolda dilənən “ab hövüzü” dür,Günəşdən yanmış bir qoca kəndli...Kövşəndən qovulmuş binəva adamOnu başa salmır Tehranın dili.

Burası bir yaşıl cənnət olsa da,İlham verməz heç şair olana.Bu bağın torpağı, gülü, çiçəyi,Göz yaşilə islaq boyanmış qana.

Burası bir bağdır, örtmüş ağaclar,Ondakı pisliyi yadlar gözündən.Burası bağ deyil, qara ləkədir,Silinməzdir əsla Tehran üzündən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri