Əzizlədim dönə-dönə,Dönüb yenə əzizlərəm.Yönün bəri düşər deyə,Yolu, izi təmizlərəm.

Ovutmaq üçün ürəyi,Bu sevgini, bu istəyi,Torpaqda qızıl çiçəyi,Göydə ulduzu izlərəm.

Söz var, qaşla, gözlə dedin,Söz var, onu sözlə dedin,Hüseynə: – Gözlə! – dedinÖmür gözləsə, gözlərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri