Qalxanda, fərəhindənToy-bayram edir insan.Enəndə qəm sazınıÇalıb inlədir insan.

Gah açıb gülə dönür;Gah yanıb külə dönür,Gah sakit gölə dönür, –Bilmirsən nədir insan.

Dincəlməyir bir an da,Yay dağda, qış aranda,Həyatı anlayandaHəyatdan gedir insan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri