Nə eşqi, ülfəti gətirər yada.Nə hüsnü, camalı anlar qocalıq.Vaxtsız haray çəkən xoruzlar kimiGündə bir bağçada banlar qocalıq.

Nə xeyri, qaç, yüyür, dalından çatar,Ayağından qapar, qolundan tutar.Gecəli-gündüzlü qəsdinə yatar,Hər yerdə üzünü danlar qocalıq.

Əzəldən nə qanıb, nə də qandırıb,Abad könülləri yaxıb-yandırıb.Hüseyn Arifə nəsə qandırıb,İsmayıl Şıxlını yanlar qocalıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri