Demirəm, bəsindir məhdud bir həyat,Zövqsüz, ilhamsız dolasan yaşa.Demirəm, qınına çəkilib pas at,Dünyada dünyadan xəbərsiz yaşa.

Demirəm, bir küncdə çürüsün ömür,Təkcə özünə bax, özünü dindir.Demirəm, nəyinə lazımdır Luvr,Eyfel qülləsinin mənası nədir?!.

Demirəm, Berlini, Bağdadı gəzmə,Şərqin Şərq, Qərbin də Qərb aləmi var.Biləsən nə qədər Yer üzərindəİnsan sevinci var, insan qəmi var.

Demirəm, Motsartı, Baxı dinləmə,Tək sədəfli sazın yapış telindən.Vurğundan dedinsə, Bayrondan demə,Bunu deməmişəm, demərəm də mən.

Deyirəm, xəbərin varmı, de səninMil necə dəyişib, Muğan necədir?Seyrinə daldınmı de Daşkəsənin,Lənkəran necədir, Salyan necədir?

Deyirəm, ömründə atlı, piyada,Bir körpü üstündən keçdiyin varmı?Bir yol Dəli dağı gətirib yada,Ceyran bulağından içdiyin varmı?

Seçə bilərsənmi görsən bir dəfəQarağat kolundan pambıq kolunu?Yolunu saldınmı Ağdam tərəfə?Tapa bilərsənmi Qaxın yolunu?

Qədim Qarabağda Yetim segahıElin məclisində dinləmisənmi?Kərəmin fəryadı, Dilqəmin ahı,Ruhunu yaxıbmı bu vaxta kimi?

Düşünmək istəsən dərindən düşün,Zatına bələdik, çox da şişmə sən.Özünü özgəyə tanıtmaq üçünDəyişib rəngini özgələşmə sən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri