Təbiət düşünür
Gəl çıxaq seyrinə uca dağların,Çəmən olan yerdə xalça nə lazım,Gözündən su içək buz bulaqların,Lilpar olan yerdə dolça nə lazım.
Nə kaman götürək, nə tar, nə qaval,Orda nəğmə də var, nəğməkar da var.Yarıb buludları dinəndə qartalO səsə bərabər bir səs harda var.
Gahdan yağış yağıb, külək əssə də,Qoruyar çardaqlı qayalar bizi,Ətrafı çən tutub, duman kəssə dəBələdçi cığırlar aparar bizi.
Torpağın ətrini fikirləşəndə,İpək tellərinə çiçək taxarsan.Səhərlər yadına güzgü düşəndə,Maral baxan gölə sən də baxarsan.
Titrəmə soyuğa, yanma sazağa,Üşüsək, otlardan yorğan istərik.Daş-kəsək toxunsa ələ, ayağaLoğman çiçəklərdən dərman istərik.
Zülmət gecələrdə parlayan şimşək,Yol üstdə göz qırpan mayak deyilmi?Gəlin təbiəti biz də düşünək,O özü hər şeyi düşünən kimi.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-tebiet-dusunur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Zimistan qəhrindən çıxıbdır yaza,Bürünüb yaşıla, ala bu yerlər.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Tökül, ey dağ çayı, uç qayalarda!Tökül, ey dağ çayı, uç qayalarda!Sonra şırıldayıb ax çəmənlərdən.