Sevin, duyun təbiəti
İnsan gəlir, insan gedir,Dəyişirik nəsil-nəsil,Ana torpaq əbədidir,Ana torpaq köçən deyil,Dəyişsə də görkəmini,Dəyişməyən xilqəti var.Sinəsi gen, qoynu dərin,Min sirri, min hikməti var,Ay balalar, əbəs yerəBaşlamadım bu söhbəti –Sevin, duyun, təbiəti!
Qayaları canlı tarix,Yazılıdır, naxışlıdır.Çal papaqlı dağları var,Çiskinlidir, yağışlıdır.Daşları var, babaların,Arxasıdır, səngəridir.Qartalların qərargahı,İgidlərin ləngəridir.Kim unudar ömür boyu,Bu vüqarı, əzəməti?Sevin, duyun, təbiəti!
Meşələri ətirlidir,Palıd, vələs, çinar, zoğal.Çeşmələrə ayaq açan,Ürkək əlik, kövrək maral,Kığ, baldırğan, yemlik, çaşır,Can dərmanı, yaz küləyi.Səhər-səhər at belində,Mahnı deyən meşəbəyi.Hər gölün öz yaraşığı,Hər bulağın öz ləzzəti...Sevin, duyun, təbiəti!Dənizləri göz işləməz,Süzər qayıq, üzər gəmi.Karvan-karvan balıq keçər –Hərəsinin öz aləmi.Dalğaları ağ köpüklü,Nəhənglərin yatağıdır.Dağ çayları, dağ selləri,Mayasıdır, dayağıdır.Altı dolu, üstü dolu...Öz mədəni, öz sərvətiSevin, duyun, təbiəti!
Neçə şair, neçə rəssam,Baharına olub aşiq.Yayında istisinə,Könül verib alışmışıq.Sarı telli gözəl payız,Hər açanda qapımızı.Öz neməti, öz varıyla,Şadlandırıb oğlu, qızı.Ürəklərdən silinərmi,Qışın da qış məhəbbəti...Sevin, duyun təbiəti!
Hansı fəsil tez yaranıb,Hansı fəsil tez doğulub.Bu zamanın yollarında,Dörd fəsil, dörd qardaş olub.Bahar əkər, yay becərər,Payız yığar, qış qoruyar.Yer üzündə hər qardaşın,Öz əməyi, öz işi var.Canımızın qüdrətidir,Odun, suyun hərarəti,Sevin, duyun, təbiəti!
Bulaqlardan asta için,Daş atmayın ağaclara.Toxunmayın kəkliklərə,Ceyranlara, turaclara,Yuva edir, uçurmayın,Hər yumurta bir baladır.Bir quş üçün adi çöp də,Bir çəpərdir, bir qaladır.Bir çay itsə bir ölkənin,İtər xeyri, bərəkəti.Sevin, duyun, təbiəti!
Təbiətin övladıyıq,Təbiət ən böyük ana.Öz döşündən süd verir o,Milyon-milyon yaranana.Mənalıdır əzəl başdan,İşığı da, küləyi də.Dumanı da, tüstüsü də,Dolusu da, şimşəyi də.Ay balalar, unutmayın,Dərk edin bu həqiqəti –Sevin, duyun, təbiəti!
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-sevin-duyun-tebieti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Soyuq bulaqSoyuq bulaq, Soyuq bulaq,Gəl sinəmin üstündən ax!