Təbiət alimi, təbiət vurğunu akademikHəsən Əliyevə ithaf edirəm

Ən böyük anadır təbiət bizə,Ən ulu, ən qədim həyat aşığı.Ümmanlar səbridir, dağlar vüqarı,Qayalar alnının sərt qırışığı.

Günləri, ayları basıb bağrına,Açıb qollarını fəsillər üçün.Döşündən süd əmib ötən nəsillər,Düşünür gələcək nəsillər üçün.

Torpaq yorulsa da torpaqdır yenə,Yerin açılmamış neçə qatı var.Qatlar neft qatları, qızıl qatları,Hər qatın nə qədər ehtiyatı var.

Qayğıyla doludur ana təbiət,Onun meyvəsini dadmayan varmı?Təbiət özü də qayğıya möhtac,Qayğısız varlıq da qanadlanarmı?

Süzür təyyarələr, uçur maşınlar,Küçələr boyunca benzin qoxusu.Zavod tüstüləri qıvrılıb qalxır,Tüstülər havada zəhər ordusu.

Ağır hücumuna tozun, dumanınÜrəklər, ciyərlər necə dayansın?Xəbərdar eyləyin boz səhralarıPalıdlar oyansın, şamlar oyansın.

Meşələr seyrəlib, sular azalıbDuraq təbiətin keşiyində biz.Tablaya bilərmi bircə an beləBalıqlar dənizsiz, quşlar meşəsiz?

Neçə yol amansız hökmünü duyduq,Çöllərdə, düzlərdə yağışın, selin.Yaşıl səngər kimi yaşıl ağaclarKəssin qabağını küləyin, yelin.

Məsəl var: – Anadır evin dirəyi,Bir dirək yıxılsa bir divar yatar.Ana təbiəti itirsək, əgərBir ev yox, bir kənd yox, bir dünya batar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri