Demir
Milyon naxış vurur bahar torpağa,Güvənib hüsnünə: – Baharam, – demir.Zirvə buz bağlayıb, bürünür ağa,Donur axşam-sabah: – Donuram! – demir.
Palıd sakit qalxıb, səssiz boy atır,Söyüd dirçəlməmiş özünü dartır.Gölməçə harayı qulaq batırır,Ümman dilə gəlib: – Mən varam! – demir.
Çətin gün həyatın imtahanıdı,Yaxşını, yamanı tarix tanıdı.Sınsa da igidin qolu, qanadı,Sindirib özünü: – Sınıram! – demir.
Tufanlar qoynunda sınaqdan çıxan,Sağında, solunda şimşəklər çaxan,Başından yüz dəfə tüstülər qalxanDağ yanır, bir dəfə: – Yanıram! – demir.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-demir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Sevirdim göy üzündəbuludlar çaxnaşanda,
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
UrmuYurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,