Doğma kənd evində, kənd həyətində,Yeridi, yıxıldı, süzdü uşaqlıq.Ana qucağında, ata qolundaQayğılar gölündə üzdü uşaqlıq.

İncə təbiəti, incə ürəyiAndırır çəməndə gülü, çiçəyi.Azca gecikəndə çayı, çörəyiKüsüb, dodağını büzdü uşaqlıq.

Yaz fəsli torpaqdan qalxanda yoncaDüzlərin ətrinə batdı doyunca.Çöllərə düşəndə quzu dalıncaYağışa, yağmura dözdü uşaqlıq.

Əzəldən başqadır onun aləmi,Şirindir gülüşü, xoşdur qədəmi.Qarpızdan araba, kağızdan gəmiUydurub dünyanı gəzdi uşaqlıq.

Elə ki, səninlə üz-üzə gəldimÖmrümdə ilk dəfə o gün əyildim...Qollarım yanıma düşəndə bildimƏlini əlimdən üzdü uşaqlıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar