Bir dəfə gəlir insan,Bir dəfə də əbədiKöçüb gedir dünyadan,Bu doğru,lakin mənəTamam başqa bir həyatHəyatda qismət oldu.Şeirlə nəfəs alıb,Şeirlə yaşa doldum.Hər yeni könül açanŞerimlə təzələnib.Mən yenidən doğuldum.Yeni söz – yeni fikir.Yeni söz – yeni həyat.Hər könül bulandıranŞerimlə buza dönüb,Boğulduqca boğuldum.Köhnə söz – köhnə qəbir,Köhnə söz – vaxtsız vəfat.Bir dəfə gəlir insanBir dəfə də əbədiKöçüb gedir dünyadanBu doğru,lakin mənəDəxli yox zərrə qədər.Bir şerim doğulandaDoğulub gülmüşəm mən.Bir şerim boğulandaBoğulub ölmüşəm mən.Yüz dəfə karvanımıÇəkib Yer kürəsindən,Yüz dəfə bu dünyayaYenidən gəlmişəm mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri