Ay dolanar, il dolanarSəni unuda bilmərəm.Könül yanar, can odlanarSəni unuda bilmərəm.

Yaz üzülə, payız keçə,İstər gündüz, istər gecəNecə gözəl gəlib keçəSəni unuda bilmərəm.

Sözün saxladı sözümü,Gözün ovladı gözümüUnutmayınca özümüSəni unuda bilmərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri