Arasında
Sən gəzərsən, a bəxtəvərÇiçəklə gül arasında.Mən qalmışam səhər-səhər,Alovla kül arasında.
Gülüşündən gül çilənir,Yanaqların qönçələnir.Tər bədənin cilvələnirİpəklə tül arasında.
Dost aralı, yad yaxındı,Kim gedib kimə sığındı.Hüseyn Arif, nə qırğındıGözlə könül arasında.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-arasinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir