Allah, Peyğəmbər, Xəlifə
Səhifə 1 / 2
Məhəmməd öləndən sonra onun varisləri xeyli fikirləşməli, götür-qoy etməli oldular. Əhmədi-mürsəlin, Qasimi rəhmətin¹ adını yazmaq, irsini qorumaq, buyurduğu qayda-qanunları hifz edib saxlamaq lazım idi. Doğrudur, daha meraca² gedib-gələn yox idi, amma rəsullahın³ xətəmun-nəbiyin⁴ yer üzərində kölgəsi daim gəzir, ruhu gecə-gündüz dolanır, nəfəsi bir addımda duyulur, Qüreyşi övladları vaxtlı-vaxtında boy atıb böyüyürdülər...
Götür-qoy çox çəkmədi, baş sındırmaq da bir o qədər lazım olmadı: varisləri özlərini “xəlifə” elan etdilər, dövlətlərinə isə “xilafət” adı qoydular. Əllərinə Allahın müqəddəs kitabını – Quranı alıb başlarının üstünə İslamın yaşıl ələmini tutub atlarını dördnala obadan-obaya,
¹ Məhəmməd peyğəmbərin ləqəbləri
² Allahın göydəki məskəni
³ Allahın elçisi
⁴ Peyğəmbərin möhürü yurddan-yurda, mahaldan-mahala çapdılar. Xilafət öz adamlarını, əlaltılarını, xəbərçilərini, qulaqçılarını, güdükçülərini İslama boyun əyən ölkələrə səpələdi, onlar da bu gün burda, sabah orda göbələk kimi göyərdilər, artıb çoxaldılar...
Yedilər, içdilər, harınladılar, gözləri də qızanda başqalarının namusuna əl atdılar, bakirə qızları, kəniz-cariyyə adı ilə hərəmxanalarına doldurdular, oğlanları qul adı ilə bazarlarda satdılar...
Hamısı da “rəhmli və mərhəmətli olan” Allah adından. Həm də bir olan Allahın əbədi müqəddəs kitabı Quranın buyurduğu ilə... “Bəzən də La-ilahə illəllah Məhəmməddin rəsulullah”¹ deməkdən imtina edənləri, “La caliba illəllah”² hökmünə inanmaq istəməyənləri qılıncdan keçirdilər... Balaca bir ərəb tayfasının dini etiqadına hamı asanlıqla boyun əymədi. İslam ayaq tutub oba-oba, yurd-yurd, ölkə-ölkə gəzsə də, hər yerdə rəğbətlə qarşılamışdı. Qorqud Dədənin yurduna sakin olanlar isə daha artıq inadkarlıq göstərdilər. Onlar öz qanlarına boyansalar da, qılınclarını qınına qoymadılar, dağlara çəkilib bir insan ömrü qədər vuruşdular. Ata öləndə qılıncını oğluna, baba öləndə nəvəsinə, oğul öləndə atasına, qardaş öləndə bacısına verdi. Şəhid oldular, amma tabe olmadılar. Bir alim deyib: “Azərbaycanlılar da o millətlərdəndi ki, öz azadlığı, öz istiqlaliyyəti, öz namusu yolunda həmişə silah götürməyə, at belinə sıçramağa, qılınca qurşanmağa hazırdır... Onlar qalib, ya məğlub olmalarının fərqinə varmadan həmişə döyüşə girir, vuruşa atılırlar...”
Xilafət sərkərdəsi Səlman ibn Rabiə azərbaycanlılarla vuruşa-vuruşa öz qoşunlarını Beyləqana yeridəndə bunu gördü, bərdəlilər son adamlarına kimi şəhid olanda, amma boyun əyməyəndə bunun şahidi oldu...”
İgidlər atların belindən düşmədilər, əllərini qılınclarının dəstəsindən çəkmədilər. Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Həmədan, Şabran düzlərindən atların kişnərtisi kəsilmədi...
Bunu bilən xilafət sərkərdəsi Məhəmməd ibn Mərvan sonralar azərbaycanlılara daha amansızcasına divan tutmağa başladı...
Səfvan oğlu Vard da ələ keçdi. Mənsur oğlu İbbən də³, Abdulla oğlu Babək də...
¹ Allahdan başqa heç bir ibadət olunan varlıq yoxdur və Məhəmməd Allahın elçisidir.
² Allah məğlubedilməzdir.
³ Babəkdən əvvəlki kəndli hərəkatının başçısı
Əcəmi yol boyu get-gedə bunları fikirləşir, kitablardan oxuduqlarını, eşitdiklərini, bildiklərini götür-qoy etdikcə ürəyi sıxılır, nəfəsi təngiyirdi. Ona elə gəlirdi ki, haradansa baxan minlərlə intizar dolu gözlər onu addım-addım izləyir, xilafətin çağırılmamış xidmətçilərindən biri Hatib ibn Mübarələ onun evində edəcəkləri söhbətdə bənna oğlunun özünü necə aparacağını görmək, necə danışacağını eşitmək istəyirdilər...
Əcəmi məsciddəki söhbətdən sonra baş şeyxlə üzə-üzə gəlmək arzusunda deyildi. Buna görə də onun sifarişini qulaqardına vurmuşdu...
Bu gün isə baş şeyx xüsusi mürid göndərib onu evinə dəvət etmişdi.
Əcəminin də qəlbində nədənsə məsciddəki söhbəti davam etdirmək, fikrindən keçənləri heç olmasa ikilikdə “qoca Bağdad tülküsü”nə deyib yüngülləşmək arzusu baş qaldırmışdı...
Əcəmi cavan bir gəlinin açdığı darvazadan içəri girəndə baş şeyx hovuzun başındakı dibacədə uzanıb mürgüləyirdi.
Əcəmi bəlkə də Hatib ibn Mübarəkin bu dəvətini qəbul edib onun həyətinə ayaq basmazdı. Amma Dəryanurdan sonra aralarında yaranan uçurumu dərinləşdirmək, ürəyindəki kin-küdurəti büruzə verməmək qəsdində idi. Baş şeyx sifətdən mülayim görünsə də, kəlməbaşı Qurana müraciət etsə də, məclisdə insafdan, mürvətdən, ləyaqətdən, düzlükdən danışsa da, qəddar idi, satqın idi, rəzil idi. Bunları bilirdi Əcəmi. Əcəmi onu da bilirdi ki, Hatib ibn Mübarəkdən hər cür nadanlıq, naqislik gözləmək olar... O, dini, Quranı əlində dəstəvuz edib çoxunu istədiyi vaxt yolundan çıxara bilər. Axı o, həmişə İslam adından danışır, xilafət adından fitva verir...
Əcəmi cavan gəlinin salamını aldı, az qala pıçıltı ilə dediyi xoşgəldinə razılıq etdi. Ötəri olsa da başını qaldırıb onun kədərli sifətinə, həsrətli gözlərinə baxdı. Deyəsən, bu gəlin məscidin axırıncı hücrəsində ötəri gördüyü övrət idi. Əcəminin ürəyindən ani də olsa qəribə bir hiss keçdi: “Görünür, bəzi kişilər ocağın odunu keçirib külüynən oynamağı xoşlayırlar..!
– Sabahınız xeyir.
Hatib ibn Mübarək uzandığı dibaçənin üstündə gözünü tənbəl-tənbəl açıb onu salamlayana baxdı. Özünü elə göstərdi ki, guya onu həqiqətən huş aparmışdı. Əcəmi ürəyində fikirləşib dedi: “Desələr dünən ölmüsən, mən inanmaram. Çünki bu ölməyində də bir biclik, bir kələk olar sənin...”
Əcəmi darvazadan içəri girəndə onun bağaranın¹ yanında sovçudan su töküb taxta teştdə paltar yuyan cavan gəlinin açıq baldırlarına hərisliklə oğrun-oğrun baxmasını görmüşdü...
Hatib ibn Mübarək gözlərini necə tənbəl-tənbəl açmışdı, eləcə də qəddini düzəldib ayağa qalxdı, qılçaları arasına aldığı çəliyini dibaçəyə söykədi, sonra Əcəminin salamını aldı:
– Sabahın xeyir, Əbubəkr oğlu... Buyur bura.
Hatib ibn Mübarək onu hovuzun baş tərəfinə salınmış xalçanın üstündə oturmağa dəvət etdi. Özü də “Ya Allah” deyərək güllü döşəkçənin üstündə bardaş qurub əyləşəndən sonra şəvə kimi səddanəsini çevirməyə başladı... Və çevirə-çevirə də Əcəmiyə başqa döşəkcənin üstündə oturmağı işarə elədi.
Əcəmi səndəl ağacını qurşağına keçirəndə baş şeyx onu ürəyində qarğadı: “Görüb-görəcəyin elə o əlindəki bəqqəm² olsun...”
Əcəmi keçib əyləşdi və əyləşən kimi də soruşdu:
– Mən sizə qulaq asıram, cənab əş-şeyx ər-rəis.
– Bəlkə Əbubəkr oğlunun səhər təamına meyli var?.. Birdən söhbətimiz haçalanar, bu da səbəb olar bir yerdə çörək kəsməməyimizə... Ay qız, Şəmsiyyə! – cavan gəlini səslədi.
– Bəli, cənab şeyx! – Cavan gəlin taxta teştin üstündən dikəlib qəddini düzəltdi.
Əcəmi əlini qaldırıb cavan gəlinə öz işində olmasını işarə etdi.
Baş şeyxin danışığının arasında gizlənən xəbərdarlığı hiss etdiyi üçün ötkəm səslə dedi:
– Mən bu fikirdəyəm ki, cənab əş-şeyx ər-rəis məni evinə qonaq dəvət etməyib... O ki, qaldı mənə, keçən dəfə məsciddə etdiyimiz söhbətlər barədə bir az ətraflı danışmağa ehtiyac duyduğum üçün gəlmişəm... Və buna görə də siz cənabların dəvətini qəbul etmişəm... Mənə bu da agahdır ki, məndən bədgümansınız... Buna görə də, çalışacağam ki, sizi maraqlandıran suallara öz nöqteyi-nəzərimi düzgün izhar edim. Qaldı səhər təamına meylimin olub-olmamasına... təklifiniz üçün minnətdaram. Hatib ibn Mübarək də arif adam idi. Əcəminin sözlərindəki incə kinayəni, onun həyətinə dəvət olunmadığından razı qalmadığını, Dəryanurdan sonra baş şeyxə qarşı ürəyində gəzdirdiyi nifrəti birbaşa deməsə də, danışığındakı ahəngin vurğuları özünü büruzə vermişdi və bunları da ev sahibi dərhal başa düşmüşdü. Hələ onun millətinin qarasınca ürəyindən nadancasına fikirlər də keçirmişdi: “Züllü avac avacun”.¹
¹ Su quyusunun üstündəki qurğu
² Səndəl ağacı
– Nə var, nə yox Əbubəkr oğlu? – Baş şeyx adəti üzrə hamının bir-birinə verdiyi sualı Əcəmiyə də verdi.
– Nə olacaq, işləyirik, çalışırıq. Şafir Əfzələddin demişkən: “Vəta, Adəm, Xizr, Musa üçün məna naxışları vururam hər gün...” Ən ümdə işimiz sərdabəni tikib başa çatdırmaq, hökmdarın fərmanına əməl etməkdir... Sarayın hökmü belədir ki, sərdabə gərək verilən vaxtda hazır ola, özü də xəlifə sərdabəsindən əskik olmaya. Məsələn, Üzzöhəb² kimi...
Baş şeyx fikrə getdi: “Görəsən, səlcuq Toğrulun³ artığı niyə belə təbərrük olub? Şəmsəddin oğlunun iştəhasına bax!.. Deyəsən öz dağarsığını çuvalların yanına sürükləmək qəsdindədi...”
İstədi ürəyindən keçənləri Əcəmiyə deyə, ancaq demədi, ehtiyat etdi.
Ehtiyat etdi ki, birdən Əcəmi də deyər: Dul olanda nə olar. Aalahın elçisi Məhəmməd peyğəmbərin özü də ilkinə dul övrət almadı?.. Yanında pirkeşik⁴ işləyəndə Xüvəylid ibn Əsədin iki dəfə ərdə olan dul qızı Xədicənin varına aldanıb onu özünə övrət eləmədi? Üstəlik, onu öləndə Məkkədə dəfn elətmədi?..” “Üzzöhəb kimi?! Yəni mərhum xəlifənin sərdabəsinə oxşar, eləmi?. Sualına cavab almamış fürsəti də fövtə vermək istəmədi:
– Yeri gəlmişkən, istərdim biləm: Əbubəkr oğlu Möminə xatuna tikdiyi sərdabədən daha əzəmətli, başqa möhtəşəm bir sərdabə tikə bilərmi?
Əcəmi baş şeyxin bu dəfəki sualının arxasında gizlənən xəbis niyyəti tuta bilmədi:
– Niyə tikmirəm, tikərəm... Sərdabə yox, lazım olsa qəsr də tikərəm... Siz İslamın gücünə necə inanırsınızsa, mənim də sənətin qüdrətinə etiqadım bir o qədər çoxdur. Sabahını bu gündən, gələn ayını bu aydan, gələn ilini bu ildən məhsuldar görməyi bacarmayan sənətkar əsl sənətkar
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-ibrahimov-esrin-onda-biri-allah-peygember-xelife
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.
Axşam əzanından sonraŞəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”
Əsrin onda biriCahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:
Analar kövrək olurlar– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.
Başqa şairlərin şeirləri
— Həsən:Göstərəndə qaşlarının tayını,
Haray, harayZülm eyləyib bu gərdişi-dövran, haray haray!Ömrüm yetişdi axıra, ey can, haray, haray!
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Allah, AllahBahar adım eşitdim,Bağrım yandı, Allah, Allah!