Səhifə 1 / 2

Mələkə Zahidə xatun sarayda hökmdara məxsus yaşayış otaqlarında yerləşmişdi. Bu otaqlarda vaxtı ilə Atabəy-əzəmlə Möminə xatun yaşamışdı, bu otaqlarda onların uşaqları – Nüsrətəddin, Müzəffərəddin ayaq tutub yerimişlər, böyüyüb boya-buxuna dolmuş, ərsəyə gəlmişdilər.

Cahan Pəhləvan Naxçıvana varid olan gün əvvəlcə həmin otaqlarda yaşamaqdan imtina etmək istəmişdi, ancaq sonra nə fikirləşmişdisə razılıq vermişdi. Razılıq vermişdi ki, deyəndə ki, birdən ürəyindən

¹ Məzar keçmişdi: otaqların boş saxlamağın düşər-düşməzi olar. Qoy başqasının nəfəsi isidincə, necə ki, Naxçıvandayam, öz nəfəsim, övladlarımın nəfəsi isitsin atam-anam ömür sürən otaqları. Qoy bu otaqlarda hər axşam qəndillərdə şamlar yansın, gülüş səsləri eşidilsin. Beş günlük dünyadı, axıra kimi qara geyinib yas saxlamaq olmaz ki!..

Otaqlar hökmdara, onun ailəsinə məxsus qaydada bəzəldilib düzəldilmişdi. Özü də səliqə-səhmana elə diqqət yetirilmiş, elə fikir verilmişdi ki, Zahidə xatun da, qızı Cəlaliyyə də xidmətçilərə razılıq etməyə məcbur olmuş, hətta onlara xırda-xuruş hədiyyələr də vermişdilər.

...Axşam idi. Gündüz yağan bahar leysanı Naxçıvanın havasını büllur kimi saflaşdırmışdı. Baharın ortalarına xas olan sərinlik pəncərələrə vurulan zərbafta pərdələrin arasından içəri axaraq otaqlarda ürəyə yatan bir abı-hava yaratmışdı. Divarlardakı ləmələrə düzülən müxtəlif güldanlardan qalxan Seyidabad güllərin ətri adamı bihuş edirdi... Cahan Pəhləvan cüvarından hələ qayıtmamışdı. Hökmdar üçüncü gün idi ki, Naxçıvandan məşriq tərəfdəki geniş düzənliyin ən əlverişli yerində şərti olaraq düzəldilmiş xüsusi cədəlgahda¹ qoşunun döyüş məşqini keçirir, əsgərlərin hazırlığını yoxlayırdı. Qoşun başçıları, məliklər razılıq alıb evlərinə qayıtsalar da, Cahan Pəhləvan müqəddəs Əshabkəhf² pirindən azacıq aşağıdakı təpənin üstündə qurulan qızıl günbəzli ipək çadırında gecələyirdi. Hökmdarın xasiyyətinə, onun sərtliyinə yaxından bələd olan inanılmış mühafizlər səhərə kimi çimir eləmədən atabəy-əzəmin ilk varisinin keşiyini çəkirdilər. Bunu bilən mələkə ilə balaca xatun da öz otaqlarında rahat, qayğısız yaşayır, axşamlar deyib-gülür, gecələrdə yumşaq təxti-xablarda şirin yuxuya gedirdilər. Zahidə xatun bu gün bərk məşğul idi. Bəzək otağında əyləşərək son günlərdə onun görüşünə gələn rəis, məlik, tacir arvadlarının gətirdikləri hədiyyələrə baxır, saf-çürük edirdi.

Zahidə xatun əl saxlayıb içəri otaqda qızıl payəli dibaçədə nazlana-nazlana mürgüləyən qızını çağırdı:

– Cəlaliyyə!

Balaca xatun diksindi:

– Nə deyirsən, ana?

Bir bura gəl.

¹ Döyüş meydanı
² Mağara sahibləri (Naxçıvanın şərqində olan müqəddəs yer)

Cəlaliyyə dibaçənin üstündən qalxdı, sol əlinin dalını ağzının üstünə qoyub əsnədi, mələkənin oturduğu otağa keçdi.

Zahidə xatun başını qaldırıb qızına baxdı. Hökmdarın bütün varlığında-bədənində, ürəyində həyat eşqi qaynayıb coşan arvadı birdən həm sevindi, həm də kədərləndi. Sevindi ki, özündən sonra bu torpaq üstündə belə gözəl-göyçək, boylu-buxunlu, qəşəng əndamlı, ağ üzlü, qara gözlü bir əvəz qoyub gedəcək, kədərləndi ki, heyf, özü yaşa dolur. Axı ona artıq agah idi ki, Cəlaliyyə hökmdarın sonbeşiyidi!..

– Bax gör bunlardan hansı xoşuna gəlir, seç-götür. – Zahidə xatun qızıl bəzəkləri, daş-qaşları göstərdi. – Bu dəsti rəisin övrəti Nəsrin xatun gətirib... Bu dəsti tacirbaşı... adı yadımdan çıxdı, o gombul xatun gətirib... – Üstü qiymətli daş-qaşla işlənmiş qızıl küşvərəni bir ovucdan o biri ovucuna keçirdi. – Şərur məliki mərhum babanın, indi isə atanın məlikləri içərisində ən varlısıdı. Düzdü, bir az kobuddu, yonulmamış kişidi, amma var-dövləti çoxdu... Var-dövlət də ki, kişinin bütün eyiblərinin üstünü örtür. – Mələkə öz-özünə danışa-danışa küşvərini bir də nəzərdən keçirdi. – Di al qoy öz mücrünə.

Cəlaliyyə çiyinlərini çəkib çox laqeydliklə dedi:

– Nəyimə lazımdı?..

– Qız, necə nəyimə lazımdı? – Zahidə xatun yana-yana qızını yamsılayıb deyindi: – Deyəsən, sən bani-Eldəgəzlərin heç bir dişisinə bənzəmirsən. Analığın türk qızı Kütabə qızıl üçün ölür, o biri analığın Rey hakiminin qızı, o bihəya İnanc zülü gedir daş-qaş üçün, var-dövlət üçün, sənsə başlamısan nəyimə lazımdı? Bilmirəm kimə oxşadın!

Cəlaliyyə ucadan güldü:

– Kimə oxşayacağam, əmicanıma. Arslan əminin xatununa. Sən ki, bilirsən o da qızılxor deyil!

– Onun ərinin adı qızıldı... Qızıl Arslan! Daha nəyinə gərəkdi qızıl!

– Zahidə xatunun səsində bir kinayə var idi. Buna görə də Cəlaliyyə qabağa gedib anasının sözlərinə gözlənilməyən bir cavab verdi:

– Mən də çalışıram ki, əmim kimi bir kişinin, qəddi-qamətli, ağıllı-zəkalı bir igidin övrəti olum. Onda mənə də qızıl gərək olmaz. – Ana diqqətlə qızına baxdı. Cəlaliyyə az qala gündən-günə boy atıb yaşa dolurdu, gözəlləşirdi. Elə bil Allah-Təala öz əlilə onun bədənini ağ mərmərdən yonmuşdu, süd gölündə çimizdirib minalamışdı, saçlarına şəvə, qaşlarına vəsmə, gözlərinə sürmə çəkmişdi; yanaqlarına lalə, dodaqlarına nar yarpağı rəngi vurmuşdu...

– Bərəkallah! – Zahidə xatun bəlkə də buna görə qızını qarsalamadı, ağır söz deməyib güzəştə getdi. Bəs əminin başqa xasiyyətlərini niyə demirsən?

– Nədi başqa xasiyyəti mənim əmimin?.. De da!

– Meyxordu... həm də... yaman dilli-dilavər olmusan bura gələndən!

– Zahidə xatun bu dəfə qızına barmağını silkələdi.

– Naxçıvan xoşuma gəlir...

Elə bu vaxt kəniz içəri girdi:

– Mələk xatun, dediyiniz usta gəlib.

Zahidə xatun kənizə işarə elədi ki, dayanıb gözləsin. Sonra otağa keçdi, geyinib düzəndi, bər-bəzəyini təzələdi, üst-başını ətirləyib qayıtdı:

– Deynən buyursun.

– Tək buyursun, ya dəbirinən?

– Tək...

Kəniz çıxdı, bir az sonra Əcəmi içəri girdi, əvvəlcə baş endirib, Mələkə ilə salamlaşdı, sonra balaca xatunun kefini xəbər aldı. Mələkənin işarəsilə keçib qızıl payəli kürsünün yanında dayandı. Zahidə xatun bunu görcək özü də keçib əyləşdi və bundan sonra Əcəmi səndəl ağacını qurşağına taxıb öz yerini tutdu və ağ Səmərqənd kağızına bükülmüş balaca bağlamanı dizlərinin üstünə qoyub fikirləşdi: “Hökmdar övrəti olmağa layiqdir. Həm sifəti gözəldi, həm də əndamı yaraşıqlıdı... Gözləri qaynardı, hərəkətləri şuxdu, duruşu da ürəyə yatımlıdı...”

Nəzərlərini Zahidə xatundan ayırıb soruşdu:

– Zənnimcə, mələkə gərək ki, əvvəlinci kərədir Naxçıvana təşrif gətirir?

Bəli. – Mələkənin əvəzinə qızı cavab verdi.

– Cəlaliyyə!.. Ustad Əcəmi məndən xəbər alır...

– Bağışla, ana. – Cəlaliyyə tez səhvini başa düşdü və pərt olub qızardı. Zahidə xatun qızının dediyi “bəli” kəlməsini təkrar etdi. Əcəmi balaca xatuna baxıb gülümsədi və ayağa qalxıb, yenidən əlini sinəsinə qoyub azacıq baş endirdi:

– Hökmdarın sevimli mələkəsi öz əziz qızı balaca xatunla bizim şəhərimizə xoş gəlib, səfa gətirib. Mələkə inana bilər ki, özü gəlməsə də, onun barəsində xoş sədalar, daha düzünü desəm, əsil-nəcabəti, gözəlliyi, xeyirxahlığı, yüksək ağıl sahibi olması barədə xəbərlər çoxdan gəlib Naxçıvan əhlinə çatıb...

Cəlaliyyə anasına baxıb qımışdı, iri ala gözləri oynadı. Elə bil deyirdi: “Aha, mən dinmirəm, özün danış, razılıq elə...”

Zahidə xatun təriflərdən qızardı, al yanaqları bir az da pörtüb gözəlləşdi. İri, ara gözlərində elə bil möcüzəli bir şəfəq alışıb şölələndi...

Əcəmi isə öz tərifindən razı idi. Axı bilirdi ki, bütün qadınlar belədi: tərif üçün, mədhiyyə üçün zülü gedirlər. Hakim də olsa, qəlbini ələ almağı bacarsalar, boş damarından tuta bilsələr, daşı ətəyindən töküb hər hansı bir günahı bağışlar, ölüm cəzasını belə ləğv edər. Bəli, sərtlik, ötkəmlik ilk yaranışından kişiyə pay düşübsə, incəlik, zəriflik də qadına qismət olub... Taleyin qismətindən isə heç kimin imtina etməyə haqqı yoxdur. Haqqı yoxdur deyəndə ki, gücü çatmaz, qüvvəsi bəs etməz bina bəni-Adəmin. Kim nə deyir qoy desin...

Zahidə xatun da qonağa borclu qalmaq istəmədi:

– Sizin bu təriflərinizi hökmdara hörmət kimi təbir edirəm – dedi və söhbəti dəyişdi: – Ustad memar əvvəlcə desin görək yaşayışı necədir?

– Pis deyil. Yüzlər kimi, minlər kimi ömür sürürəm bəsimdi. Qayğı və diqqəti üçün təşəkkür edirəm mələkə Zahidə xatuna... Sizi narahat etməkdə məramım isə çox sadədi. Həm Sizi görməyi özümə borc bildim... Həm də balaca xatuna öz hazırladığım balaca bir hədiyyəni gətirdim. Eşitmişəm ki, balaca kitab aşiqidi. – Əcəmi dizinin üstünə qoyduğu balaca bağlamanı açdı, oradan bir kitabı götürüb Cəlaliyyə verdi. Cəlaliyyə gözləri işıqlandı.

– Sağ olun, ustad! – Cəlaliyyə razılıq etdi. – Müəllimim Əbubəkr Dost deyir ki, “Əl kitəb nemələnis fi səatil vəhdə”¹.

Mərhəba! – Əcəmi də balaca xatuna razılıq etdi.

Zahidə xatun maraq göstərib kitabı qızından aldı və xeyli baxandan sonra dedi:

– Əziyyət çəkmisiniz, ustad!

– Xoşdu mənim üçün ki, kitab balaca xatunun da, mələkinin də xoşuna gəldi. Cəlaliyyə kitabı sinəsinə sıxdı. Kitab Məhsəti xanımın “rübailəri” idi. Əcəmi onun cildini qoz qabığından hazırlamışdı. Üstünə də fil sümüyündən incə naxışlar işləmişdi. Cildin kənarındakı şəbəkələrin içərisində miniatür gül və quş rəsmləri çəkilmişdi. Onun vərəqlərinin kənarları müxtəlif rənglərlə, müxtəlif naxışlarla haşiyələnmiş, hər vərəqin ortasında saxlanan ağ yerə isə bir xəttat məharətilə şairənin gözəl rübailərindən biri yazılmışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Hamı gedən yol

Cahan Pəhləvan sərdabənin açılışından sonra xəstəliyindən Həmədana dönməmişdi. Şirazlı təbibi-xünkarın dedikləri düz çıxmamışdı: hökmdar bimarü-rəncur idi. Sarayda da, şəhərstanda da, söz-söhbət gəzirdi ki, şahın halı gün-gün xarablaşır.Hökmdarın xəstələnməsi, atabəy-əzəmdən sonra üz-gözləri öyrəşmiş vəliəhdin onları əbədilik tərk etməsi ehtimalı bir sıra məliklərin, sarayın xəlvətiyyəsinə yaxın olan varlıların ciddi narahatlığına səbəb olmuşdu. Sarayın daxilində də bayırında da söz-söhbətə bir an belə ara verilmirdi:

16 dəq
Dərban və mühafiz (qış söhbəti)

Böyük çillə təzəcə çıxmışdı. Kiçik çillə bütün gücünü toplayıb şəhər əhlinə öz zərbi-dəstini göstərirdi.Allahın elə ildə iki dəfə bu yerlərin sakinlərinə qəzəbi tuturdu: yayın ortalarında güclü istisi ilə, qışın ortalarında sərt soyuğu ilə.

9 dəq
Qəfil küləklər əsəndə

Günəş məşriqdən neçə dəfə çıxıb məğribdə neçə dəfə doğub qürub etdi – heç kəs hesablamadı, neçə-neçə bulaqlar birləşib çaylara qovuşdu, heç kim baş açmadı, dəryalara nə qədər təzə sular axdı – heç kim fərqinə varmadı, neçə-neçə gündüz gecəni qovdu, neçə-neçə gündüzün gecə üzünə zülmət pərdəsi çəkdi – heç kim bilmədi.Əcəmi də günəşin doğub batmasına tamaşa edə-edə, bulaqlardan su içə-içə, çaylardan adlayıb neçə-neçə gecəni gündüzə, gündüzü gecəyə qata-qata, nağıllarda deyilən kimi, neçə-neçə yollardan keçdi, aşırımlar aşdı, keçdikcə də, aşdıqca da saçlarına düşən dən çoxaldı, illər çin-çin olub yaşının üstünə qalandı...

14 dəq
Saray dəbirinin son yazısı

Ey dünya! Ey ərşi-fələk! Ey asəfi-dövran! Gərdişindən fələyin özü də baş aça bilməyən dünya! Bolluca-bolluca dərdi-səri, acısı- ağusu, azca-azca şadlığı-sevinci, şirini-şəkəri olan dünya!.. Birinə batman-batman yamanlıq, birinə misqal-misqal yaxşılıq paylayan dünya... Gəlimli-gedimli, olumlu-ölümlü, qalımlı-itimli dünya. Gör kimlər gəldi, kimlər getdi, kimlər öldü, kimlər qaldı, kimlər itdi səndə? Birinə mərd, birinə namərd dünya!.. Hanı atabəy-əzəm Şəmsəddin Eldəgəz? Hanı onun bir sözü iki olmayan, qılıncından qan daman oğulları Nüsrətəddin Cahan Pəhləvan, Müzəfərəddin Qızıl Arslan? Hanı atlarının kişnərtisi bir günlük mənzildən eşidilən nəvələri Mahmud, Əmiran, Əbubəkr, Özbək? Hanı bütün bəni-Eldəgəz, Hanı? Bəyaz saçlı mərhum anam deyərdi: “Bizim bu dünyadan köçüb axirət dünyasına getməyimizə bir o qədər qalmır. Bu gün-sabah cənab Mehdi Sahib əs-Zaman zühur edəcək. Zühur edən kimi də bu dünyaya onun öz ümməti gələcək...” Madam ki, belə olacaq, onda bu dünyanı mütləqa hifz edib Mehdi Sahib əz-Zamana da, onun ümmətinə də abad halda, qurulu qaldı tikili halda təhvil vermək gərəkdir... Əlbəttə, bunlar çox vaxt bizdən asılı olmur, tarixin öz dərsi, zamanın öz gərdişi mövcuddur. Tarix, zaman isə istiqbala gedən yollardır. Əyri-üyrüsü də olur, düpdüzü də, dolayısı olur, hamarı da... Nə olur-olsun, amma mən bir dəbir kimi onu bilirəm ki, gün keçəcək, həftə ötəcək, ay dolanacaq, il ilə qovuşacaq, Günəş yenə məşriqdən tülu edib doğacaq, məğribdə qürub edib batacaq. Bu ulu dünyamıza nəsillər gəlib, nəsillər gedəcək, nə şahları yada salacaqlar, nə də padşahları; nə xaqanları xatırlayan olacaq, nə də hökmdarları... Amma Əcəmini, Əbubəkr oğlu Əcəmini hamı yad edəcək, hamı xatırlayacaq-xeyirxah əməlinə görə, ilkin növbədə, bəzəkli gəlinə oxşayan, həmişə canlı kimi görünən, nəfəs alan, insanların ovqatını təzələyən “Mərhaba, mərhəba!” Və bunu da deyəcəklər:“Ey insanlar, bu yurd da, onun üstündəki abidələr də sizə bir ata-baba amanatı...” Axı böyük ustadın özü də ürəyindən keçənləri abidənin lal kitabələrinə elə beləcə həkk edib: “Təlatüm içrə biz, sükunətdə daim ruzgar. Köçərik dünyadan, amma bu qalar yadigar...”

2 dəq

Başqa şairlərin şeirləri