Dağıstandan annəmə məktub

Deyirlər mənə ki, genə hər axşam,O titrək əllərin razi-niyazda.Bilirəm yolumu gözlədiyini,Mən gələ bilmədim sənə bu yaz da…Deyirlər hər sabah alnın möhürdə,Genə yalvarırsan Rəsulillaha…Bir şey ummayıb bu dilsiz dəhrdə,Ümid bağlamışsan böyük Allaha…Baxırsan daima sağır göylərə,Dərdi dərdin kimi ağır göylərə.Bəzən qulaq verib əzan səsinə,Dəyişir büsbütün o bət-bənizin,Üz tutub məscidin minarəsinəKöhnə səcdəgahda bükülür dizin…Əks edər mehraba sönük bir nida,Can verib durursan düşdügün oda.Bəzən üz çevirib qara Kəbəyə,Oxursan əsrinin son duasını.Bəlkə də keçən gün dönəcək deyə,Unutmazsan onun əlvidasını.Qaşların altından baxıb şimala,Ağlarsan yurdunun düşdüyü hala…Bəzən kipriyində iki damla yaş,Çıxarsan o tozlu yollar üstünə.Qəlbində çırpınar gizli bir təlaş,Derlər ki, bir dua oxursan mənə,Titrək dodaqlarla məni anarsan,Yanarsan, yanarsan, annə, yanarsan…Lakin mənim düşdügüm fırtınalar, boranlar,Mehrablarda əks edən dualardan nə anlar?Əsrlərlə izlənən o qaranlıq, əski yol,Çıxarmadı bizləri bir nicata, əmin ol.Nə çıxdı türbəsindən tapındığın məbədin?Mən anlamaq istəməm nə məzhəb, nə yol, nə din,Mənim yalnız ümidim Türk qəlbi, iradəsi,Mənim yalnız tutduğum millətimin haqq səsi.Mən yalnız iman etdim qollarımın zorona,Bu zor məni qurtarıb, çıxaracaq yarınaDağları titrədirkən qəlbimin daşan kini,Eh, sən ki bilməzsən bu gənc qəlbimdəkini…Mən atmışam o köhnə, əski görkümü, annə,Dinləsənə uzaqdan coşan türkümü, annə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri