Böyük şəhidimizə
Münir Kari üçün
Özün bir nur ikən “qanlı ulduzun”Zülmət olduğunu qandın dedilər…Türk üçün yaranmış bu qoca Şərqə,Yeni bir gün doğar sandın, dedilər.
Göz dikib qaralan dağlar ardına,Baxıb qəribsədin doğma yurduna,Ürəkdən qızaraq “Şimal qurdu”naAltun orduları andın, dedilər.
Vətən bir çıraqdı, sən bir pərvanə,Dolanıb başına qıyardın cana,Bilmədinmi düşər yurd sevən qana?Sən də millət üçün yandın, dedilər…
Qoyaraq millətin qəlbini dağlı,Düzdülər qurşuna qolları bağlı,Altay qəhrəmanı, Türküstan oğlu,Dünyaya dəyər bir candın, dedilər.
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-boyuk-sehidimize
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ülküdaşım Leylaya*Qanadım yox, uçub gəlsəm yaxana,
Qalx, sevgilimQalx, sevgilim, qalx da məni yola vur,Gec gəlinsə yurd başına çökəcək…
QorkiyəSən, daşqın dənizlərin qayalarla çarpışan,Yİldırımlar söndürən dalğasından yarandın.
QərbəYenə qanla dolmuş afaqın,Canavar gözlərində kin parlar.