İyirmi altıncı şəkil
Gecə. İbrahim xan ailə üzvlərilə birlikdə böyük ipək çadırdadır. Xidmətçi həyəcanla daxil olur.
Xidmətçi
Xan həzrətləri, əsgərlər çadırı əhatə eləyirlər.
Çadırda həyəcan... Qarmaqarışıqlıq, İbrahim xan irəli yeriyir. Lisaneviçin komandası eşidilir.
Lisaneviç
Doğra!
Əsgərlər siyirməqılınc çadıra dolub birinci xanı vururlar, sonra ailə üzvlərini doğrayırlar. İşıq Tubu xanımın üstünə düşür.
Tubu xanım (Lisaneviçə)
İnsafın olsun, heç olmasa, bu uşağa rəhm elə.
Lisaneviç (qışqırır)
Doğra! İkisini də! (Əsgərlər Tubu xanımı da, uşağı da vururlar).
İşıq İbrahim xanın üzərinə düşür.
İbrahim xan (güclə dikəlib qışqırır)
Ey mənim qəhrəman millətim! Eşit! Mən yadelli düşmənə inanıb, sənə xəyanət etdiyim üçün...
Lisaneviç (qışqırıb onun sözünü kəsir)
Doğra!
Əsgər xanı qılıncla təkrar vurur. Bayırda at ayağının tappıltıları, güllə səsləri eşidilir. Səhnə tüstü içində görünməz olur və dəyişir.
İbrahim xanın çadırı.
Ağabəyim ağa gözlərini yarı qapayaraq sükut içində dayanmışdır.
Bayırda səslər
Saday bəy, ortadan çıxmaq istəyən iki əsgəri də tutduq.
Səs
Mayor Lisaneviç qaçıb özünü erməni kəndinə saldı. Kəndi nə qədər axtardıqsa, tapılmadı. Ağdam, Qarabulaq yollarına da atlılar çapdı.
İşıq sönür.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-hokmdar-ve-qizi-iyirmi-altinci-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...
Atayevlər ailəsiİştirak edirlərXosrov Atayev*
Birinci pərdəBirinci şəkilXosrov Atayevin evi. Reyhan pianino çalır. Mehrican otağa daxil olur və dayanıb musiqini dinləyir. Reyhan, nəhayət, son akkordu vuraraq, dərindən nəfəs alır. Üzündə xoşbəxt bir ifadə var.*
İkinci pərdəDördüncü şəkilSadıq Sadıqovun evi. Bahalı mebellər. Ortada üstü cürbəcür yeməklərlə dolu böyük stol. Qapının zəngi vurulur. Lətafət tələsik addımlarla gedib açır.*
Başqa şairlərin şeirləri
Nazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Gəraylı: Siz görək sani-biçunSiz görək sani-biçun,Nə əcəb sənət eyləmiş,
Yavaş-yavaşDəli könlüm xəyal etmə, gəlirəm yavaş-yavaş,Cismim hicranın bölürəm yavaş-yavaş.