Bilgəh bağları
“Varəncil” sovuşur, üzüm morlanır,Qara tut tökülür, bağda xarlanır.Xallı şamamalar tağında yanır.Sevgilim, gəl dolan bircə, bağları,Yolunu gözləyir Bilgəh bağları.
Günəş öz odunu çiləyir quma,Meynələr üzünü söykəyir quma.“Xəzri” salxımları bələyir quma,Sevgilim, gəl dolan bircə, bağları,Yolunu gözləyir Bilgəh bağları.
Qumu mirvaridi, şəfəqi zərdi,Mehi “gilavardır”, şehi Xəzərdir.Yazı da, yayı da, inan, gözəldir,Gəl gəzək əncirli cərgə bağları,Yolunu gözləyir Bilgəh bağları.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-bilgeh-baglari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Nazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Şehdən payız içmişdir ağaclar badəSərxoşca bir il çiçək tutur röyadə.
Yazılı nağıllarYaşıl yarpaqlara xal düşdü yenə,Yaşıl yarpaqların növrağı getdi.