Uşaqlıqda nə rayon, nə də şəhər tanıdım,Şəkərabad kəndini böyük aləm sanırdım.Onun hər bir koması görünürdü çox uca,Yorulurdum gedəndə bu başdan o başacan...

İllər keçdi, böyüdük, oxumaq üçün hərəYollandı bir şəhərə...Müharibə başlandı... Silaha sarılıb mən,Sinəmi səngər edib, keçdim döyüşmələrdən,Moskvanı, Kiyevi, ən böyük şəhərləriGörüb, min bir zəfərlə yenə qayıtdım geri.Kəndimizə çatarkən evciyəzə oxşadı,Gördüm ki, çox gülüncmüş uşaqlıq etiqadı.Qollarımı çırmayıb dedim: – Sevimlidostlar!Gəlin qurub yaradaq, nə qədər gücümüz var.Qoy sevimli kəndimiz yar-yaraşıqlı olsun,Gecəsi də gündüz tək nurlu, işıqlı olsun!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri