27
Tükəzban gözünü açanda ətrafa boylandı. Harada olduğunu müəyyənləşdirə bilmədi. Sonra başının üstündə dayanmış Zeynəbi gördü:
– Bura haradır, qızım?
– Xəstəxanadır, xala.
Arvad xeyli susdu. Başına gələnləri yadına saldı. Qızın sarıqlı əlləri gözünə sataşdı.
– Sənə nə olub, qızım?
– Heç nə, Tükəzban xala.
Arvad otağa göz gəzdirdi. səsi titrədi:
– Bəs İmran gəlmədi?
– Bu saat gələcək. Bir az əvvəl buradaydı. Kəndə getdi. İndicə qayıdar. Zeynəb hiss etdi ki, Tükəzban xala ona inanmır.
– Məndən gizlətmə, qızım. İmranın başı əlində deyil.
– Heç nə yoxdur, Tükəzban xala.
Arvadın gözü qapıya zilləndi. O ağır-ağır nəfəs alır, intizarla oğlunu gözləyirdi. Həkimlər iki-üç dəfə xəstənin yanına gəlib onu müayinə etmişdilər. Hər dətə məyusluqla geri qayıtmışdılar. Tükəzban xala ağır yanmışdı. Onun sağalacağına ümid çox azdı. Bunu, deyəsən, özü də hiss edirdi...
Zeynəb can verən arvadın üzünə baxıb göz yaşlarını güclə saxlayırdı. Tibb bacıları, çarpayıda sakitcə uzanıb gözünü qapıdan çəkməyən arvada baxıb kövrəldilər. Elə bil arvad oğlunu görməmiş can vermək istəmirdi.
Həkimlər Zeynəbə dedilər ki, kəndə xəbər göndərsin, arvadın oğlunu çağırsınlar. Yazıqdır, arvad əli uzalı getməsin. Zeynəb zəng elədi. Nəsib dayı cavab verdi. Yarım saatdan sonra İmranı da zaminə götürüb gələcəyini söylədi. Tükəzban xala gözünü qapıdan çəkib yenə Zeynəbin üzünə baxdı.
– Qızım, deyəsən, axı mən öləcəyəm.
– Elə söz danışma, Tükəzban xala, səndə nə var ki...
– Yox, qızım, daha gözlərim tor görür...Bəs İmran gəlmədi?
Bu saat gələcək.
Zeynəb hönkürtüsünü boğmaq üçün dəsmalı ağzına aparır, dişinə salıb didişdirirdi.
– Bala, dərdin alım... bəlkə o gələnəcən canımı tapşırdım... vəsiyyətimi sənə eləyirəm.
Zeynəb hıçqırdı.
– Ağlama, qızım...yaranan öləcək...Ancaq...oğul toyunu görmədim...
– Görəcəksən, Tükəzban xala.
– Yox, bala gecdir, diləyim ürəyimdə qaldı.
– Heç nə olmaz. Nərgiz müəllimə harda olsa gəlib çıxacaq. O, İmranı çox istəyir.
– Eh, qızım, - arvad köksünü ötürdü. - İstəyən olsaydı, indiyəcən gəlib çıxartdı. Yox...deyəsən o, İmranın qədrini bilmədi. - Tükəzban xala sönməkdə olan gözlərini Zeynəbin üzündən çəkmədi. - Qızım... məndən...gizləmə...düzünü de...barı son nəfəsimdə hər şeyi bilim, sən...İmranı...çoxmu istəyirsən?
Zeynəb Tükəzban xalanın nə demək istədiyini başa düşdü. Amma ölüm ayağında olan bu arvada nə desin? Nə cavab versin?
– Niyə dinmirsən, qızım?
– Tükəzban xala...
– Can bala!..
– İmranı kim istəmir ki, Tükəzban xala?
– İstəməyənlər var... qızım. Olmasaydı... mən bu kökə düşməzdim.
O, inildəyib yenə gözlərini qapıya zillədi.
– Zeynəb... bala... özünbilirsən ki, İmranın heç kəsi yoxdur... O lap tək qalır. Onu sənə tapşırıram... İmran əmanəti, dərdin alım!.. Onu tək buraxma... Özün qulluğunu elə, onun anası, bacısı ol... Bəs niyə gəlmədi?
Tükəzban xala susdu, onun gözləri yenə qapıda idi. Aradan xeyli keçdi. Qapı açıldı. Nəsib dayı ilə İmran içəri girdi. Səs-küy eşidən arvad zarıdı. Zeynəb göz yaşını saxlaya bilmədi.
– Tükəzban xala, İmran gəldi.
Ananın sifətində ani bir canlanma sezildi.
– Hanı?.. Gözüm görmür... Pəncərəni niyə örtübsünüz? Açın!
Zeynəb dəsmalı ağzına tutub çarpayıdan aralandı. Açıq pəncərənin qabağında dayandı. Onun çiyni qalxıb-enirdi. İmran çarpayının qabağında diz çökdü.
– Ana!
– Can... səsinə qurban... hardasan?
– Burdayam, ana, yanındayam.
– Bircə gözümün qabağına gəl, boyuna tamaşa eləyim. Üzünü görüm, yastığımı bir az qaldır.
İmran anasının saçını sığalladı.
– Hardaydın, bala?
– Özgə yerə göndərmişdilər, ana.
– Adam da... anasını... intizarda qoyarmı? Bu işığı niyə yandırmılar?.. Otağa niyə qaranlıq çökdü? Bala, hardasan, üzünü görmürəm.
Heç kəs dinmirdi.
Tükəzban xala oğlunun qolları arasında sustaldı, dodaqları titrədi.
– Şükür... Səni... gördüm... Bala!
O son dəfə çırpındı, sinəsi dolusu nəfəs aldı. Köksünü ötürüb dincəldi. Onun hərəkətsiz gözləri oğluna zillənmişdi. İmran bircə dəfə:
– Ana! - deyə hıçqırdı və ağzı üstə çarpayıya döşəndi.
Ertəsi günü Tükəzban xalanı kəndin kənarındakı qəbristanlıqda əri Səmədlə yanaşı basdırdılar. Göyün üzü açılmışdı. Elə bil buludlar gözlərini sıxıb yaşlarını axıtdıqdan sonra çəkilib uzaqlara getmişdi. Günəş də gözü yaşlı-yaşlı gülən uşaqlar kimi üfüqdən boylanırdı. Çöl-tərdə ot cücərmişdi. Baş-başa verən qəbir daşlarının arası belə yaşıl rəngə boyanmışdı. Otlar parıldayırdı. Göy qurşağının ucu kəndin qurtaracağında yerə enirdi.
Camaat çəkildikdən sonra da İmran qəbristanlıqdan ayrılmadı. Yalnız qaranlıq düşüb, işıqlar yananda Zeynəb onun qoluna toxundu. İmran dinməz- söyləməz onunla yanaşı evə qayıtdı.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-ayrilan-yollar-27
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yoldaş Fətullayev kənd şura sədri Mustafa kişinin isti otağında əyləşmişdi. Döşəməyə gəbələr salınmışdı. Divardan da gəbələr asılmışdı. Küncdəki nikelli çarpayının üstünə təzə ipək yorğan-döşək düzülmüşdü. Evin ortasındakı dəmir soba gurhagurnan yanırdı. Ocaq azca öləziyən kimi Mustafa kişi əyilib doğranmış odunlardan sobaya atırdı. İçəri elə isti idi ki, kəndin üstünü qış aldığını, bayırda qar-boran olduğunu adam heç ağlına gətirə bilmirdi. Bura Mustafa kişinin qonaq otağı idi. Qəza mərkəzindən gələn hörmətli adamlar burada çörək yeyir, burada da yatardılar. Fətullayev mizin arxasında oturub həmişə özü ilə gəzdirdiyi yan çantasını açmış və kağızları stolun üstünə səpələmişdi. O nəyi isə axtarır, müxtəlif adlar, famillər yazılmış siyahıları diqqətlə nəzərdən keçirir, dönə-dönə yoxlayırdı. O özünün və rus əsgərlərinin buraya nə üçün gəldiyini hələ heç kəsə deməmişdi. Mustafa kişi də qorxusundan soruşmamışdı. Şura sədri bilmirdi ki, qaranlıq qarışıb, əl-ayaq yığşırılandan sonra əsgərlər həyətlərə, qapılara dağılmışdı. Onlar heç kəsi içəridən bayıra buraxmır və keşik çəkirdilər. Gecədən xeyli keçmiş yoldaş Fətullayev kağızlarını yığışdırdı və üzünü Mustafa kişiyə tutdu:– Səhər tezdən - işıqlaşan kimi adamların burda olsun. Silahlı komsomolçularını deyirəm. Onlarla söhbətim var. İndi isə, gəl yataq, səhər tezdən durmalıyıq, işimiz çoxdur. Amma elə elə ki, gecə peç sönməsin.
VIII fəsil, 3Fətullayev dabanı üstə fırlandı və şura sədrinin sözünü ağzında qoydu:– Olmaz! Bir də bilmirsən o bağlamalarda nə var?
VIII fəsil, 4Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. Dünəndən kişilərinə çörək gətirən arvadlar evlərinə getməmişdilər. Onlar qonşu həyətlərdə, damların böyründə, çəpərlərin dibində büzüşüb oturmuşdular. Ümid edirdilər ki, böyüklərin ürəyinə insaf gələcək və kişilərin yemək üçün evlərdən gətirilən şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, evlər qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, həyət-bacaları qardan təmizləyər, mal-qaranı həyətə çıxardar, sonra da kürəyi götürüb yollarda cığır açardılar. Bacalarından tüstü qalxan evlərin belindəki qarı təmizləməyin ayrı ləzzəti var idi. Uşaqlar da, elə böyüklər də bundan ayrı zövq alardılar. Amma indi həyətlərdə nə malqara görünür, nə də qar təmizləyirdilər.Məsciddəki camaat soyuqdan titrəşirdi. Biryandan qar-şaxta, bir yandan da aclıq onları əldən salmışdı. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar, Qar adamın gözünü qamaşdırırdı.
VIII fəsil, 5Gün əyilmişdi. Yenidən sazaq başlayırdı. Kimsə hasarın dibinə yaxınlaşdı və tüfəngini gətirmək üçün icazə istədi. Onu iki rus əsgəri süngünün qabağına salıb evinə apardı. Oğlan tövlənin axurunda gizlətdiyi tüfəngi götürdü və əsgərlərə verdi. Onu buraxdılar. Bundan sonra camaat irdələndi, silahlarını gətirib təhvil verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı.Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları məktəbin həyətindəki kalafaya doldurdular. Dustaqlar elə zənd etdilər ki, onları elə buradaca güllələyəcəklər. Amma onlara dəymədilər. Aradan bir az keçəndən sonra Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar.
Başqa şairlərin şeirləri
İlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,