Afitabi-dilbəri ruyi çün mahındır sənün,Afitabə sayəban türfi-külahundur sənün.

Şö’leyi-şəm’i-hidayətdür cəmalun dilbəri,Sürmeyi-çeşmi-məlayik xaki rahındur sənün.

Sübhi-eydümdür visalun, həm xəti-səbzin bərat,Leylətül-me’rac həm zülfi-siyahındur sənün.

Kiprigün navəkləridür könlümün çakin tikən,Yürəgim qan eyləyən əgri nigahındur sənün.

Məqtə — şairin təxəllüsü olan son beyt. Xəstəxatir Kişvərini özgələr tək görmə kim,Sidq ilən bir bəndeyi-biiştibahındur sənün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq