Yad eylə düşgəc şəbi-ğəm söhbəti-dilxahlar,Dartaram şəsrət bilə bagrımdan odlu ahlar.

Zərdü lağərdür visalın xirmənindən ayrılıb,Evinün divarinə mən tək yarışqan gahlar.

Bir mənim bir kuhkən Məcnun ilən yekdil rəfiq,Vadiyi-eşq içrə düşmiş bir neçə gümrahlar.

Payimali-ləşkəri-ğəm könlüm oldu lacərəm,Bəlkə afətdür hər tərəf, etsə zalim şahlar.

Keçdi məndən sali dövr ol mahü mən bihuş, vayKim, keçər bizdən xəbərsiz munca salü mahlar.Nə mən muflis əsirəm ol zənəxdan çahinəKim, bolupturlar əsir ol çahə saşib çahlar.

Kişvəri tək quluna sadiq şəha, yox bir qulun,Bolsa yüz min sadiqül-ixlasi-dövlətxahlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri