Ey könül, hər kimsəyə yar olmagil, yar özgədür,Yar olur hər kim, vəli yari-vəfadar özgədür.

Sürmə qapundan məni-bixanümani kim, sana,Bulunur aşiq, vəleykin aşiqi-zar özgədür.

Hüsnünə mən can verürmən, xəlq ana nəzzarə ki,Özgədür əhli tamaşavü xiridar özgədür.

Aşiqindir zahid, əmma canə qıymır vəqti-kar,İyü xəyalı özgəvü sevdayi-bazar özgədür.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bütpərəsti qınama, ey paki-damən şeyx kim,Zikrü təsbih özgəvü naqusü zünnar özgədür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq